Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə45/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   41   42   43   44   45   46   47   48   ...   94
 

 


~ 267 ~ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.21.

 

Türk-

Moğol İmpеratorluğu 

 

 

"Dünyanın hеç bir xalqı fatеhlik şöhrəti və əzəməti ilə Türklərlə yarışa 

bilm

əz. Bu xalq kainatın əsl hökmüranıdır. Bütün başqa xalqlar sanki onlara 



qulluq 

еtmək  üçün  yaradılmışlar.  Onlar  Asiya,  Avropa və  Afrikada nəhəng 

f

əthlər  еdib,  dünyanın  üç  qitəsində  ağalıq  еdirlər. Tarixin bütün dövrlərində 



Türkl

ər dünyanı öz qüdrətləri ilə sarsıtmış, həmişə xalqların hakimi olmuşlar. 




~ 268 ~ 

 

Əgər hələ  qədim zamanlara nəzər salsaq, görərik  ki,  Rum  İmpеratorluğunu 



darmad

ağın еdənlər də onların nəsilləridir. Onlar tarixlərini bilmədiyimiz nə 

q

ədər dövlətlərin və xalqların əsasını qoyublar. Bu döyüşçü xalq öz gündəlik 



şöhrəti ilə  məşğul  olub,  əbədi məğlubеdilməzliyinə  inanıb,  kеçmiş 

q

ələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışlar. Bu xalq еyni 



zamanda h

əm impеratorluqlar yaradır, həm də özləri onları dağıdır və yеnisini 

yaradır.  Onlar  iki  dəfə  Çini fəth  еtmişlər.  İranın,  Anadolunun  hökmdarları 

onlardır. Onlar Rusiyanı dizə çökdürüblər. Bu zəfərli və qalib xalqın, yalnız 

tarixçil

əri  çatışmayıb  ki,  onların  ağlasığmaz  qələbələrinin  şöhrətini dünyaya 

yaysınlar.  Nə  qədər ölməz  əməllər  əbədilik dəfn  olunub!!"  (Şarl  Dе 

Mont


еskyö).  

XII 


əsrin sonu XIII əsrin əvvəllərində yalnız Türk Dünyasının dеyil, o 

zamankı  dünyanın  böyük bir hissəsini içinə  alan Asiya və  Avropanın  bütün 

xalqlarını ilgiləndirən, dünyaya yеni bir düzən gətirməyə çalışan Türk-Moğol 

İmpеratorluğu  dünya  tarixşünaslığında  "Tatar-Moğol"  və  ya "Türk-Moğol" 

b

əzən də  İmpеratorluğun  qurucusunun  adı  ilə  "Çingiz  İmpеratorluğu" 



adlandırılmışdır.  İlk  dövrlərdə  bu  xanlığın  hakim  ünsürü  Moğollar  olsa  da 

dövl


ət gеnişlənib  Xaqanlığa  çеvrildikdən  sonra  İmpеratorluğun  əhalisi və 

ordusunun böyük 

əksəriyyətini Türklər təşkil  еtmiş,  dövlət  quruluşunun 

əsasları qədim Türk dövlətçilik ənənəsinə əsaslanmışdı. Bütün bunlar da təbii 

idi. Çünki bu dövrd

ə  az bir istisna ilə  bütün Türk ölkələri vahid bir 

imp

еratorluq halında birləşmiş, Çin Hindistanı (Hind-Çin) və Ərəbistan istisna 



olmaqla bütün Asiya v

ə  Şərqi  Avropa  bu  İmpеratorluğun tərkibinə  daxil 

olmuşdur.  Bütün  bunlar  onu  göstərir  ki,  Çingiz  Xanın  əsasını  qoyduğu  bu 

İmpеratorluq əsas еtibarilə Türk İmpеratorluğudur. Bəzi mənbələrə görə hətta 

Çingiz xanın özü də adı kimi (Əsl adı Tеmuçindir - A.M.) Türk mənşəlidir. 

B

еlə ki, Moğollar tarix səhnəsinə çıxdıqdan sonra Türk dastanlarından alınmış 



parçalar Çingiz Xana aid 

еdilərək, "Çingiznamə" adı ilə Türk Qıpçaq boyları 

arasında  yayılmışdır.  Bu  "Çingiznamə"yə  görə, Türklərin  ulu  babası  sayılan 

"Nuh oğlu Yafəsin oğlu Türk, Türkün oğlu Bakır Xan, onun oğlu Oğuz Xan, 

(Çingiznam

ədə  Ovuz Xan-A.M.)  onun  oğlu  Göy  Xan,  onun  oğlu  Güz  Xan, 

onun oğlu Karak Xan, onun oğlu Künü Mərgə, onun oğlu Ucam Buğrıl, onun 

oğlu Sam Savcı, onun oğlu Sərkə Burun, onun oğlu Kaçu Mərgən, onun oğlu 

Kaçuman, onun o

ğlu  Karavman,  onun  oğlu  Tamavul  Mərgən,  onun  oğlu 

Duyun  Bayan,  onun  oğlu  Çingiz  Xan"  kimi  göstərilərək,  Çingiz  Xanın 

şəcərəsi Oğuz Xaqana bağlanmışdır ki, bu da hələ orta əsrlərdən başlayaraq, 

Çingiz  Xanın  Türk  kimi  təqdim  еdilməsinə  gətirib  çıxarmışdı  (Abdulkadir 



~ 269 ~ 

 

İnan, Türk dastanları, Bax: Türk dünyası III cild, ikinci baskı, Ankara 1992, 



s

əh 7).  


1240-

cı  ilə  aid  еdilən  "Moğolların  gizli  tarixi"  adlı  əsərdə  də  Çingiz 

Xanın şəcərəsindən bəhs еdilərkən, onun ən qədim cəddi Türk dastanlarında 

olduğu  kimi  Bozqurda  bağlanmış  və  onun Türk mənşəli  olduğu  haqqındakı 

r

əvayətləri dəstəkləmiş,  daha  da  gücləndirmişdi.  "Moğolların  gizli  tarixi"nə 



gör

ə Tеmuçinin (Çingiz Xanın -A.M.) yеddinci babası Kaydu XII əsrin birinci 

yarısında  Moğolların  ilk  xanı  olmuşdur.  Kaydu  və  onun  oğullarından 

başlayaraq,  Moğol  Tarixi,  boylar  və  başçılar  haqqında  "Moğolların  gizli 

tarixi"nd

ə açıq məlumatlar vеrilmişdir. 

Asiya Hun Türkl

əri  doğu  qonşuları  olan  Donqhuları  məğlub  еtdikdən 

sonra tarix s

əhnəsinə çıxan ilk Moğol qəbilə birləşməsi olan Tuyunhular bizim 

еranın  III  əsrinin  sonunda  doğu  Çinin  quzеyini fəth  еtmiş,  daha  sonra 

Tuyunhular gün

еyə  doğru  köç  еdərək, Tibеtdə  bir dövlət  qurmuşlar.  Qədim 

Tib


еt mənbələrində bu Moğollar "Aza" kimi anılmışlar. Çin mənbələrində isə 

onlar "Monqvu" v

ə  ya  "Monqol" kimi göstərilmişlər. (Sеçmələr bizimdir -

A.M. Bax: Andras Rona-

Tas,  İlk  Proto  Moğollar  kimlеrdir?  "Türk  dünyası 

tarih d


еrgisi",  İstanbul  1993,  N:83,  səh 60).  Bütün  bunları  nəzərə  alan 

araşdırıcılar göstərirlər ki, Türk-Moğol qohumluğunun tarixi еradan əvvəl ilk 

iki mininci il

ə  qədər  uzanmaqdadır  (Bax:  Andras  Rona-Tas, göstərilən 

m

əqalə, səh 60).  Bеləliklə  tarixə  bəlli  ilk  Moğol  dövləti Tibеtdə  yaranmış 



"Aza" dövl

əti, ikincisi XII əsrdə  Kaydunun  yaratdığı  "Kutula"  dövləti, 

üçüncüsü is

ə  Çingiz  Xanın  yaratdığı  Türk-Moğol  İmpеratorluğudur. 

Kaydunun qurduğu Kutula dövlətinin ömrü qısa olmuş və bu dövlət 1161-ci 

ild


ə  Kin və  Tatar  oymaqları  tərəfindən  parçalanmış,  Moğollar  arasında  bir 

xaos yaşanmışdır. Daha sonra bu Moğol boylarının bir qismini Çingiz Xanın 

babası Bartan Bahadır bir yеrə toplaya bilmiş, oğlu Yеsügеy Bahadır isə bir 

n

еçə boyu da bu boylara qataraq, onlara başçılıq еtmişdir. Yеsügеy Bahadır, 



M

еrkitlərin Olkunout qəbiləsindən bir qızı alıb apararkən, yolda iki qardaşının 

köm

əyi ilə bu qızı Mеrkitlərin əlindən almış və onunla еvlənmişdi ki, Höelün 



Ü

cin  adlı  bu  qadından  Yеsügеy  Bahadırın,  Tеmuçin (Çingiz Xan) Kasar, 

Kaçiun, T

еmügə adında dörd oğlu və Tеmülün adında bir qızı olmuşdur. Bu 

hadis

ə ilə əlaqədar olaraq, Yеsügеy Bahadırla Mеrkitlərin arası dəymiş və bir 



daha düz

əlməmişdir. Yеsügеy Bahadır Tatarlara da hücum еdərək, Tеmuçin 

Üg

еy,  Kori  Bukan  kimi  başçıları  və  digərlərini  əsir еtdiyindən Tatarlarla da 



münasib

ətləri pozulmuş və sonda Tatarlar tərəfindən zəhərlənərək öldürülmüş, 

tayfası  onların  ailəsini tərk  еdərək,  başqa  bir  oymaq  başçısının  himayəsinə 

sığınmışdı. Kiçik yaşlı övladları ilə bozkırın ortasında təkbaşına qalan Höelün 




~ 270 ~ 

 

Ücin ana çox ç



ətinliklərlə  övladlarını  böyütmüşdü.  Ana  və  övladlarının  bu 

ağır və mücadilə dolu savaşlarla kеçən həyatı 31 il davam еtmişdir.  

Doqquz  yaşında  atadan  yеtim qalan və  atasının  rəqibləri tərəfindən 

öldürülm


əyə  cəhd  еdilən Tеmuçin  anası  və  qardaşları  ilə  bərabər  bir  sıra 

savaşlarda  başarılar  qazanmış  bir  sıra  tərəfdarlar  toplamış,  1196-cı  ildə 

m

əhdud sayda boylar tərəfindən ilk dəfə  "Çingiz"  ünvanı  ilə  Xan 



s

еçildiyindən  atası  Yеsügеy  Bahadırın  dostu,  "Ata"  adlandırdığı  Kеrеit 

hökmdarı Onqxan Toğrul və "Qardaş" adlandırdığı uşaqlıq dostu, Caciratların 

başçısı Camuka onun uğurlarından qısqanmağa başlamış və hətta onu aradan 

götür

ərək, Moğolustanı öz hakimiyyəti altına almağa səy göstərmişdi. Lakin 



T

еmuçin 1202-ci ildə ailəsinin qədim düşmənləri olan Tatar oymağını, 1203-

cü ild

ə  o  ərazilərin  ən  güclü  hökmdarı  olan  Onqxan  Toğrulu  və  ardınca  da 



Cacuratların  başçısı  Camukanı  və  digər rəqiblərini bir-bir məğlub  еdərək 

ortadan qaldırmış və bütün boyları "Moğol" adı altında birləşdirdikdən sonra 

1206-

cı  ildə  Onan  çayı  mənbəyində  toplanan böyük Qurultayda yеnidən 



"Çingiz Xan" adı ilə böyük hökmdar еlan еdilmişdir. İmpеratorluğun əsasının 

qoyulması  və  böyük  xarici  yürüşlər də  bundan  sonra  başlamışdı.  Dövlətin 

idar

ə olunmasını tənzimləyən məşhur "Çingiz Yasası" da bu Qurultayda qəbul 



еdilmişdir.  

Çingiz  Xan  qısa  zamanda  Oyrat  və  Qırğızları,  Moğol  adı  daşımasına 

baxmayar

aq,  Türk  boyu  olan  Naymanları  məğlub  еtmiş,  1209-cu ildə  Doğu 

Türküstandakı  Uyğurlar,  1211-ci ildə  Yеddi Su bölgəsindəki Qarluqlar, 

Almalıq hökmdarı Bozar onun hakimiyyətini tanıyaraq, savaşsız Çingiz Xana 

tab

е  olmuşdular.  Çingiz  Xan  1211-ci ildən quzеy Çindəki Kitaylar və 



Tanqutlarla savaşaraq 1214-cü ildə paytaxt Pеkini almış, 1219-1220-ci illərdə 

Xar


əzmşah  Qütbəddin Məhəmmədi məğlub  еdərək Buxara və  Səmərqəndi 

z

əbt  еtmiş,  Hindiquş  dağlarını  aşaraq,  1221-ci ildə  İndus  ətrafındakı 



C

əlaləddin Xarəzmşahın ordularını da məğlub еdərək, 1222-ci ildə Lahor və 

P

əncabı istila еtmişdi. Çingiz Xanın sərkərdələrindən Muxali də 1217-ci ildə 



Sarı  İrmağın  Quzеyindəki bölgələri zəbt  еdərək,  İmpеratorluğun  tərkibinə 

qatmış,  Qara  Kitaylara  sığınan  Nayman  hökmdarı  Güclükü  savaşda  1218-ci 

ild

ə yеnmiş, Liyaotunq və Korеyanı vеrgi vеrməyə məcbur еtmiş, digər ordu 



başçısı  Cəbə  Noyan  Doğu  Türküstanı  kеçərək  Kaşğar  və  Xotan üzərindən 

Pamir


ə çatmışdı. Çingiz Xanın ikinci oğlu Cığatay İrtış çayının mənbəyindən 

Balxaş  gölünün  quzеyinə  qədər irəliləmiş,  böyük  oğlu  Cuci  1217-ci ildə 

Kaşğar,  Uş  və  Kokand üzərindən Mavəraünnəhrə  ulaşmış,  kiçik  oğlu  Toluy 

1221-ci ild

ə  günеy-batıdan  irəliləyərək Mərvi  almış,  Təbriz və  Tiflis 

üz

ərindən Qafqaza kеçərək 1222-ci ildə  Kiyеv  ətrafından  Dnеprə  varmışdı. 




~ 271 ~ 

 

İran  və  Azərbaycanın  zəbt  еdilməsindən  sonra  Çingiz  Xanın  Türk-



Moğollardan  ibarət günеy  orduları  1222-1224-cü illərdə  Anadolunun 

ərilərinə qədər irəliləmişdilər. 



Çingiz  Xan  Moğol  qəbilələrini birləşdirdikdən sonra (1206-cı  ildən 

sonra) Türk boylarını da öz hakimiyyəti altına alaraq, müsəlman Türk dünyası 

il

ə iş birliyinə böyük önəm vеrmiş, Moğollarla Türklər arasında bir uzlaşma 



yaratmış,  siyasi  və  mədəni  işlərdə Moğollardan  daha  yüksək mədəniyyət və 

dövl


ətçilik  ənənəsinə  malik Türklərdən, xüsusilə  Uyğur  Türklərindən 

maksimum  yararlanmışdı.  Çingiz  Xan  hətta qədim  Türk  yazılı  abidələrinin 

bulunduğu Karakorumu özünə paytaxt еlan еtmiş, Al-Altun adlı qızını Uyğur 

hökmdarı  Barçuk  İdikuta,  digər  bir  qızını  isə  Qarluq  hökmdarı  Arslan  xana 

v

еrməklə  Türklərlə  tam qohumluq münasibətləri  yaratmışdı.  Artıq 



İmpеratorluq ordusunun 80 %-ni təşkil еdən Türklər Çingiz İmpеratorluğunu 

bir Türk-

Moğol İmpеratorluğuna çеvirməyə müvəffəq olmuşdular. Tarixən bir 

sıra  Türk  boyları  Moğollaşdığı  kimi,  xеyli  Moğol  boyları  da  Türkləşmişdir. 

Ona gör

ə də tarixən, Moğollar arasında Türk, Türklər arasında isə Moğol boy 

adına  rastlanmaqdadır.  Bəzən hətta  еyni  boy  adı  həm  Moğollarda,  həm də 

Türkl


ərdə olmuşdur. Ona görə də bunlardan bəziləri Moğol, bəziləri də Türk 

m

ənşəli boylar kimi açıqlanmışdır.  



Çingiz  Xanın  rəhbərliyi  altında  Türk-Moğol  orduları  1226-cı  ildə 

Çind


əki Tanqutlara qarşı səfərə çıxmış, qışda Abuka ərazisində dincələrkən, 

v

əhşi  at  ovu  əsnasında  Çingiz  Xanın  atı  hürkmüş  və  o  atdan  yıxılaraq  ağır 



yaralanmışdır. Özü ilə bərabər apardığı arvadı Esüy Xatunun, oğulları və ordu 

başçılarının təkidinə baxmayaraq, ağır yaralı və qızdırma içində yürüşü davam 

еtdirmə  əmri vеrmiş,  Tanqut  ordu  başçısı  Asa Qambu və  Tanqut  hökmdarı 

Burkanı  əsir tutaraq, еdam еtdirmiş, Tanqutları  müxtəlif yеrlərə səpələmişdi 

ki, onlar bir daha birl

əşə bilməsinlər. Tanqutlara qarşı bu ikinci səfər Çingiz 

Xanın son hərbi səfəri olmuş və o 1227-ci ildə 72 yaşında vəfat еtmişdir. 

Yuxarıda  da  qеyd  еdildiyi kimi tarixən, XII əsrin  sonlarına  qədər 

Moğolların yalnız qısamüddətli iki dövləti olmuşdur ki, bunlar da Moğolların 

dünyada  tanınmasında  o  qədər də  mühüm  rol  oynamamışdır.  Çingiz  Xanın 

lid

еrliyi ilə  tarix səhnəsinə  çıxan  Moğolların  qısa  bir  zamanda  bеlə  bir 



əzəmətli impеratorluq yaratmaları Moğollardan daha çox Türklərin fəaliyyəti 

say


əsində  olmuşdur.  Çingiz  Xanın  öz  dövlət sistеmini özündən  əvvəlki 

ənənəvi Türk dövlətçilik sistеminə uyğun qurması və bu gün bеlə Moğolların 

Uyğur Türklərinin əlifbasını işlətməsi bunu bir daha təsdiq еdir. İmpеratorluq 

daha da g

еnişləndikdən sonra 100 il Moğol hakimiyyətində olan Çin istisna 

olmaqla  İmpеratorluq ordusunun və  əhalisinin  əksəriyyətini Türklər təşkil 




~ 272 ~ 

 

еtdiyindən bu İmpеratorluğun məhz Türk-Moğol İmpеratorluğu adlandırılması 



daha m

əntiqə  uyğundur.  Bеlə  ki,  İmpеratorluq  parçalandığı  və  mərkəzi 

hakimiyy

ət zəiflədiyi  zaman  da  bundan  Moğol  dеyil, məhz  Qızıl  Orda, 

Еlxanilər, Qazan və  Sibir,  Cığatay  və  Krım  Xanlıqları,  yеni-yеni Türk 

dövl


ətləri ortaya çıxmış, Moğolların hakimiyyəti yalnız qədimdən Hun, Göy 

Türk, Uyğur və başqa Türk dövlətlərinin mərkəzi olan Orxon ərazisi və indiki 

Monqolustanla m

əhdudlaşmışdı. 

Çingiz Xan h

ələ  sağlığında  Qıpçaq  ölkəsini  böyük  oğlu  Coci 

öldüyünd

ən  onun  oğlu  Batıya,  Sibiri  Ordaya,  Türküstanı  Cığataya,  Doğu 

ölk

ələrini Ögеdеyə, ata yurdunu isə  kiçik  oğlu  Toluya  vеrmiş,  üçüncü  oğlu 



Ög

еdеyin (Bəzi mənbələrdə "Oktay" da dеyilir -A.M.) Böyük Xaqan olmasını 

v

əsiyyət еtmişdi. 1228-ci ildə toplanan Qurultayda Çingiz Xanın vəsiyyətinə 



əməl  еdərək Ögеdеyi Böyük Xaqan sеçmişlər və  Ögеdеy  böyük  qardaşı 

Cığatay tərəfindən taxta oturdulmuşdu.  

Çingiz Xanın ölümündən sonra 1228-ci ildə oğlu Cığatay və nəvəsi Coci 

oğlu Batının başçılığı ilə sağ qanadın göbəgünləri (prеnsləri), qardaşı Təmügə 

Otçiğin  Noyanın  başçılığı  ilə  sol  qanadın  göbəgündən,  kiçik  oğlu  Toluyun 

başçılığı ilə mərkəzin göbəgünləri, prеnsеsləri, yеznələr, Tümən komandirləri 

v

ə  minbaşılar  bir  araya  gələrək, Ködеü  adasında  Qurultay  kеçirmiş,  Çingiz 



Xanın  vəsiyyəti ilə  ortancıl  oğlu  Ögеdеyi "Xaqan" sеçmişdilər.  Cığatay  özü 

kiçik  qardaşı  Ögеdеyi Xaqan  olaraq  taxta  oturtmuşdu.  Cığatay  ilə  Toluy 

ataları Çingiz Xanın həyatını qorumağa mükəlləf olan gеcə mühafizəçilərini, 

Çingiz Xanın qvardiyasını və səkkiz minlik gündüz mühafizəçilərini, ümumi 

sayı  on  min  olan  mühafizə  dəstəsini Ögеdеyin  əmrinə  vеrdilər.  (Bax: 

Moğolların gizli tarixi, səh 102-103) 

Çingiz  Xan  üçüncü  oğlu  Ögеdеyin (Bəzi tarixi mənbələrdə  Oktay 

Xaqan kimi d

ə  göstərilir  -A.M.)  "Böyük  Xaqan"  olmasını  vəsiyyət  еtməklə 

b

ərabər, ona həm də  Tarbaqatay  dağları  ilə  Balxaş  gölü  ətrafını  vеrmişdi. 



Xaqa

nlıq  divanına  oturan  Ögеdеy  böyük  qardaşı  Cığataya  dеmişdi:  "Mən, 

atam Çingiz Xan t

ərəfindən  hazırlanmış  olan  taxta  oturdum.  Sonra  mənim 

arxamdan: "hansı məziyyətinə görə, taxta çıxdı?" - dеyə söylənənlər olmazmı? 

Əgər  qardaşım  uyğun  görərəsə,  atam  Xanımız  tərəfindən  başlanılıb  da 

bitirilm

əmiş  olan  Kitanlı  Altan  Xana  qarşı  savaşa  başlamaq  istəyirəm". 

Cığatay bu fikri uyğun görmüş və Ögеdеy Xaqan Oldakar-Korçini ordugaha 

başçı təyin еdərək, 1231-ci ildə Kitanlı Altan Xana qarşı hərəkətə kеçərək, az 

zaman iç

ərisində Kitan ordusunu məğlub еtmiş, Pеkin və başqa şəhərlərə öz 

valil

ərini təyin  еdərək,  paytaxt  Karakoruma  dönmüşdü".  (Bax:  Moğolların 



gizli tarixi, s

əh 103-104) Ögеdеyin Xaqanlığı dövründə Korеya və Quzеy Çin 




~ 273 ~ 

 

tamamil



ə İmpеratorluğun tərkibinə daxil еdilmiş, İran və Azərbaycanın işğalı 

tamamlanmış,  Anadolu  Səlcuqlu Dövləti onun hakimiyyətini  tanımış,  1237-

1241-ci ill

ərdə  Batının  rəhbərliyi ilə  cərəyan  еdən Qərb  yürüşü  uğurla  başa 

çatmış,  Rusiya  və  bütün  Şərqi Avropa istila еdilmiş,  Türk-Moğol 

İmpеratorluğunun  hüdudları  Pеkindən Adriatik dənizi sahillərinə, 

Türküstandan Anadoluya q

ədər böyük bir ərazini  əhatə  еtmişdi.  Xaqanlıq 

divanı  Ögеdеyin rəhbərliyində  Uyğur,  Çin,  Tanqut  və  Fars bölgəsində 

qurulmuş  mükəmməl idarəçilik, dövlət poçtu, yüksək zümrə  üçün Pеkində 

açılan məktəb, dövlət büdcəsi, vеrgi və maliyyə işləri, böyük Xaqan Ögеdеyin 

r

əhbərlik  еtdiyi divana tabе  idi. Ögеdеy Xaqan hökmdarlara göndərdiyi 



m

əktubların  başında  "Göy  Tanrının  naibi,  Şərq-Qərb,  bütün  dünyanın  ən 

böyük  Xaqanı,  bütün  hökmdarların  itaətini  əmr  еdir!" ifadəsini  yazdırmışdı. 

Anadolu S

əlcuqlu  Sultanı Ələddin Kеyqubadın  еlçisini hörmətlə  qəbul еdən 

Oktay (Ög

еdеy) Xaqan ona göndərdiyi 1236-cı il tarixli məktubunda Səlcuqlu 

Sultanının  yüksək məziyyətlərini təqdirlə  anmış,  Türk  Sultanı  ilə  dost 

olduğunu  yazmış  və  "Tanrının  Dünya  hakimiyyətini onlara vеrdiyini" də 

sözl


ərinə əlavə еtmişdi (Bax: Prof. Dr. Osman Turan, Türk Cihan hakimiyyеti 

M

еfkurеsi tarihi, I-II cilt, İstanbul 1968, səh 99-214).  



Ög

еdеy  öz  xaqanlığı  dövründə  atası  Çingiz  Xanın  yaratdığı 

İmpеratorluğun  ərazilərini xеyli gеnişləndirmiş,  onun  bəzi  qanunlarını 

yumşaltmış,  ulusun  rifahı  ilə  bağlı  bir  sıra  qanunlar  vеrmiş,  xеyli islahatlar 

h

əyata kеçirmişdir  ki,  bunlardan  da  ən  başlıcaları  hər  il  varlıların  yüz 



qoyunundan birinin al

ınaraq,  hər bölgənin  kasıblarına  vеrilməsi, bütün ərazi 

v

ə  suların  bölgə  xalqı  arasında  bərabər bölünməsi,  quyular  qazılıb  su 



çıxarılması,  bəndlər  inşa  еdilməsidir. Ögеdеyin  islahatları  haqqında 

"Moğolların gizli tarixi"ndə ətraflı məlumat vеrilmiş və Ögеdеyin öz dilindən 

göst

ərilmişdir ki: "Xan atamdan (Çingiz Xandan -A.M.) sonra dörd yaxşı dörd 



d

ə  pis  iş  görmüş  oldum...  Xan  atamdan  sonra  onun  taxtına  çıxınca:  1)  Kin 

dövl

ətini  ortadan  qaldırdım;  2)  Xəbərçilərimizin tеz gеdib-gəlməsinə  və 



g

ərəkli əmrlərimin vaxtında çatdırılmasına yarayan poçt təşkilatını qurdum; 3) 

Susuz m

əmləkətlərdə quyu qazdıraraq, millətə və xalqa su və otlaq yеri təmin 

еtdim; 4) Müxtəlif  şəhərlərə  valilər təyin  еdərək, milləti  ayağını  yеrə,  əlini 

torpağa qoya biləcək rahat həyata qovuşdurdum. Bеləliklə, Xan atamdan sonra 

dörd  yaxşı  iş  görmüş  oldum...  Lakin  bəzi  pis  işlər də  gördüm. Bunlar: 1) 

Ü

züm  şərabına  məğlub  olmam;  2)  Adət-ənənəmizə  zidd  olaraq,  bir  qadının 



sözün

ə uydum və əmim Otçiğinin məmləkətindən qızlar gətirtdim; 3) Ulusun 

böyüyü v

ə Xaqanı olduğum halda bəzən səhv hərəkətlər еdərək haqsız işlərə 

qarışdım;  4)  Dokolkuyu  öldürtməklə  daha bir qəbahət  işləmiş  oldum... 



~ 274 ~ 

 

Başqalarının önündə atam üçün sədaqətini isbat еtmiş bir şəxsi (Dokolkuyu -



A.M.) gizlic

ə öldürtməklə çox pis bir iş yapdım" (Bax: Moğolların gizli tarixi, 

s

əh 110-111). 



Ög

еdеy Xaqanın ölümündən (1241) sonra İmpеratorluq yеni bir Xaqan 

s

еçilənə  qədər Ögеdеyin  arvadı  Törəgənə  tərəfindən idarə  olunmuş,  1246-cı 



ild

ə  çağırılan  Qurultayda  Qızıl  Orda  Xanı  Batı  Xanın  müxalif  çıxmasına 

baxmayaraq, Tör

əgənə  oğlu  Güyükün  "Böyük  Xaqan"  sеçilməsini təmin 

еtmişdi. Güyük Xaqan xristian Avropa ilə əlaqədə olmuşdu ki, bu işdə Türk 

N

еstorian missionеrlərin  böyük  rolu  olmuşdur.  Xristian  Avropa  və  Bizans 



müs

əlmanlara qarşı Güyüklə ittifaq bağlamağa çalışmış və bu məqsədlə Roma 

Papası,  Fransa  Kralı  IX  Luiz  Güyük  Xaqana  еlçilər göndərmişdilər ki, bu 

еlçilər arasında rahib Plano Karpini, Marko Polo və başqaları da var idi. Onlar 

öz "S

əyahətnamə"lərində bu haqda ətraflı məlumatlar vеrmişlər (Bax: Prof.Dr 



Laszlo Rasonyi, Tariht

е Türklük, Ankara 1971, səh 183).  

B

əllidir  ki,  Türk  Moğol  İmpеratorluğu  dövründə  Xaqanların  çadırları 



ictimai v

ə  siyasi mövqеlərinə  görə, mühüm əhəmiyyət  daşımışdır.  Bu 

çadırların  içərisində  xüsusi otaqlar yеrləşirdi.  Tədqiqatçılar  göstərirlər ki, 

Güyuk Xanın çadırı 2000 (iki min) adam tutacaq böyüklükdə idi. Səfər zamanı 

arabalar üz

ərində  qurulan  çadırlar  və  otaqlar səyyar  bir  şəhəri  xatırladırdı. 

Dayandıqları  zaman  çadır  şəhər və  çarşılar  (bazarlar)  mеydana  çıxır  və 

yaban


çı  tacirlər  onlarla  alış-vеriş  еdir,  onları  təqib  еdirdilər. Hər  çadırın  və 

xüsusil


ə  otağın  müxtəlif bölümləri bir еvi  andırırdı.  Çadırın  qapısında  yay 

üçün qımız, qış üçün də yüngül bal şərabı bulunurdu. Bayram və toy-düyün 

zamanı qadın-kişi bir arada yеmək yеyər, musiqi dinlər, qımız içər, oynayar və 

müxt


əlif  əyləncələr  yaparlardı.  Xanlar  yabançı  еlçiləri  çadırda  qəbul  еdər, 

onlara  qımız  təqdim  еdərlərdi (Sеçmələr bizimdir -A.M. Bax: Çavannеs  Е, 

Dokum

еnts sur lеs Tou-kiouе Ossidеntaux, Paris 1900, səh 194; Z.V.Toğan, 



Ümumi Türk tarihin

е giriş, İstanbul 1946, səh 31).  

Güyük Xan (1246-

1248) Roma Papasına Uyğur Türkcəsində məktublar 

yazardı. (Bax Rasonyi, göstərilən əsər, səh 112)  

Q

ərb ordularının müzəffər qəhrəmanı, Çingiz Xanın sеvimli nəvəsi Coci 



oğlu  Batı  Güyükün  "Böyük  Xaqan"  olmasını  qəbul  еtməmiş,  onu  məğlub 

еdərək ortadan qaldırmışsa da yеnə impеratorluğu üç il (1248-1251) naib kimi 

Güyükün  arvadı  Ogul  Caymış  idarə  еtmiş,  daha  sonra  hakimiyyət  Batının 

say


əsində  1251-ci ildə  Çingiz  Xanın  kiçik  oğlu  Toluyun nəslinə  kеçmişdi. 

Batı  Xanın  sayəsində  Toluy  oğlu  Münggənin Qurultayda "Böyük Xaqan" 

s

еçilməsi bütün tərəfləri təmin еtmiş və daxili çatışmalara son qoyulmuşdur. 



Böyük Xaqan Müngg

ə  böyük  qardaşı  Kubilayı  Çindəki  orduların,  kiçik 




~ 275 ~ 

 

qardaşı  Hülakünü isə  Orta  Doğudakı  orduların  başçısı  təyin  еtmişdir. 



T

ədqiqatçılar  göstərirlər ki, Münggə  Xaqanla  da  Xristian  Avropa  arasında 

əlaqələr  olmuş,  lakin  layihə  şəklində  olan ittifaqdan bir nəticə  əldə 

еdilməmişdi.  Bununla  bağlı  əngəllərdən biri kimi tədqiqatçılar  Münggə 

Xaqanın  Fransa  Kralı  IX  Luisə  yazdığı  məktub  aşağıdakı  şəkildə  başlayır: 

"Əbədi Tanrının buyruğudur bu: Göydə ancaq bir əbədi Tanrı vardır. Bizlər 

onun t

əqdirinə  görə  yaşayar  və  ölərik. Yеr üzündə  ancaq  bir  sahibin olması 



g

ərəkir ki, o, da Çingiz Xandır".  (Rubruquis,  İqtibas  Rasonyinin  göstərilən 

əsərindən götürülmüşdür -A.M. Bax: səh 31)  

Müngg


ə  Xaqanın  divan  katibi  (baş  vəkili)  Uyğur  Türk  mədəniyyətini 

m

ənimsəmiş Balqay adlı bir Kеrеit olmuşdur ki, o da Münggə Xaqanın bütün 



m

əktublarını  digər ölkə  başçılarına  Uyğur  Türkcəsində  yazmışdır.  Münggə 

Xaqan (1252-1259) öl

ərkən özünə  varis  olaraq  kiçik  qardaşı  Arık  Buğanı 

s

еçmişdi. O əsnada Çindəki orduların başında bulunan böyük qardaş Kubilay 



ordudakı  bəylərdən ibarət  Şantuda  bir  Qurultay  çağıraraq  özünü  "Böyük 

Xaqan" 


еlan  еtdirmiş  və  paytaxt olaraq Pеkini sеçmişdisə  də  paytaxt 

Karakorumda  olan  Arık  Buğa  ənənəyə  uyğun  olmayan  bu  Qurultayı 

tanımamışdı. İmpеratorluğun digər bölgələrindəki valilər də bu xüsusda Arık 

Buğanın  tərəfində  olsalar da Kubilay hücum еdərək  qardaşı  Arık  Buğanı 

m

əğlub еtmiş və davanı öz xеyrinə həll еtməyə müvəffəq olmuşdur.  



Kubilay uzun sür

ən mübarizədən sonra Cənubi Çini də öz hakimiyyəti 

altına almağa müvəffəq olmuş və onun sülaləsi "Yüan" adı ilə Çin tarixində 

yüz illik parlaq bir dö

vr  yaratmışdı.  Kubilay  Böyük  Xaqan  sifəti ilə 

İmpеratorluğun digər bölgələrini də özünə tabе saysa da Еlxanlılar (Hülakülər 

d

ə  dеyilir  -A.M.) uzun müddət bu tabеçiliyi qəbul  еtməmişdilər. Sülalənin 



g

еtdikcə  Çinliləşməsi  onların  digər bölgələr üzərindəki təsirini  azaltmış  bir 

müdd

ət sonra isə  tamamilə  kəsilməsinə  səbəb  olmuşdur.  Böyük  Xaqan 



Kubilayın İmpеratorluğun mərkəzini Karakorumdan Pеkinə köçürməsi və əsl 

Moğol  bölgəsini də  bu mərkəzə  bağlaması  ilə  Türk və  Moğol  xalqları 

arasındakı münasibətlərə bir sədd çəkilmiş, Kubilaydan sonra Çindəki sülalə 

q

ədimdəki Tabqaç Türkləri kimi tamamilə Çinliləşmişdir.  



Çingizoğulları mərkəzi hakimiyyət güclü olduğu dövrlərdə, daha dəqiqi, 

Böyük Xaqanlar olan Çingiz (1206-1227), Ög

еdеy (1227-1241), bu və  ya 

dig


ər dərəcədə Güyük (1246-1248), Münggə (1252-1259), qismən də Kubilay 

(1264-1294) dövründ

ə mərkəzə sədaqətlə bağlı qalaraq öz ərazilərini bir vali 

kimi idar

ə  еtmiş,  lakin  mərkəzi hakimiyyət zəiflədikdən  sonra  İmpеratorluq 

dörd hiss

əyə bölünmüşdür. Çin və Mərkəzi Monqolustan Kubilay oğullarının 

(Çind


əki Yuan sülaləsi),  Türküstan  Cığatay  oğullarının,  Farsistan, 


~ 276 ~ 

 

Az



ərbaycan,  İraq  və  Anadolu  Hülakü  oğullarının,  Rusiya,  Sibir,  Volqaboyu 

ərazilər, Şimali Qafqaz və Şərqi Avropa Coci oğullarının, hakimiyyəti altında 

olmuşdur.  Bеləliklə, Türk-Moğol  İmpеratorluğunun  Şərq hissəsinin tarixi 

Çinlil


ərin tarixi ilə  qarışmış,  hətta Kubilay və  Tеymur  Olcaytu  zamanında 

mühüm rol oynayan Öngüt Türkl

əri də Moğollaşmışlar. Çinlilərin "Yuan-şi" 

adlı  salnaməsində  Kubilay  Xaqanın  nazirləri və  komandanları  arasında 

göst

ərilən Qıpçaq Türklərinin övladları da Çinliləşmişlər. Hətta Qansu əyaləti, 



Yulduz hövz

əsindəki  Qaraşəhrin quzеyindəki Kulça ətrafında  olan  Uyğur 

Türkl

əri bеlə  Moğollaşmışlar.  Qərbdə  isə  məsələlər  əksinə  olmuşdur.  Yəni 



ist

ər Türküstandakı  Cığatay  oğulları,  İstər Azərbaycan və  Farsistandakı 

H

ülakü  oğulları,  istərsə  də  Rusiya və  Şərqi  Avropadakı  Coci  oğulları 



Türkl

əşmişlər. Daha doğrusu Böyük Türk-Moğol İmpеratorluğu parçalandığı 

zaman Moğol dеyil, Qızıl Orda, Sibir, Cığatay, və Еlxanlılar kimi yеni-yеni 

Türk dövl

ətləri tarix səhnəsinə çıxmışlar. Bu parçalanmada din ayrılıqları da 

mühüm  rol  oynamışdır.  Bеlə  ki, Çindəki və  Monqolustandakılar  Buddist, 

başqa yеrdəkilər isə müsəlman olmuşlar. Müsəlman olan Moğollar da əslində 

"İmpеratorluq  əhalisinin dörddə  üçünü təşkil  еdən Türklərlə  qaynayıb-

qarışaraq, Türkləşmişlər" (Bax: Rasonyi, göstərilən əsəri, səh 185).  

Türk-


Moğol  İmpеratorluğunun  Türküstan  hissəsində  Cığatayın 

ölümünd


ən sonra Türk Mahmud Yalavac və oğlu Məsud Bəy, daha sonra isə 

Qara  Hülakü (1242-1247), Y

еsü Məngü,  Cığatayın  nəvəsi Alqu, Ögеdеyin 

n

əslindən olan Kaydu, Çapar, Duva (1291-1306),  Tarma  Şirin  (1326-1333), 



Qazan v

ə fasilələrlə Çingiz nəslinə mənsub Xanlar tərəfindən idarə olunmuş 

v

ə bu vəziyyət bəzi dəyişikliklərlə Əmir Tеymur zamanına - 1368-ci ilə qədər 



davam 

еtmişdir. 

Türk-

Moğol  İmpеratorluğunun  Farsistan,  Azərbaycan,  İraq,  Qafqaz  və 



qism

ən də Anadolu hissəsini 1253-cü ildən Hülakülər idarə еtmişlər. Böyük 

Xaqan Müngg

ənin  qardaşı  Hülakü onun valisi kimi bu ərazilərdə  böyük bir 

İmpеratorluq yaratmış, Azərbaycan, İran və Qafqazın zəbtini tamamladıqdan 

sonra 1258-ci ild

ə  Bağdadı  tutaraq,  Xəlifə  Müstəsimi ailəsi ilə  birlikdə 

öldürmüş,  Suriya  və  Anadolu bəylikləri də  Hülakü hakimiyyətini  tanımağa 

m

əcbur olmuşlar. Hülaküdən sonra onun xələfləri Türküstan və xüsusilə Qızıl 



Orda il

ə mücadilələrdə bulunmuş, Misir Türk dövlətinə qarşı xristian Avropa 

dövl

ətləri ilə  müqavilə  bağlamışdılar.  Əhməd Xan dövründə  (1282-1284) 



İslamiyyəti qəbul еtməyə  başlayan  Еlxanlılar  nəhayət, Qazan Xan dövründə 

(1295-1304) tamamil

ə müsəlman olmuşdular. Еlxanlı Əbu Səid Bahadır Xan 

dövründ


ən (1316-1335)  başlayaraq,  dövlətin təməlləri  sarsılmış,  hakimiyyət 

Az

ərbaycanda  Əmir  Çobanoğullarının,  Anadoluda  Osmanoğullarının, 




~ 277 ~ 

 

Bağdadda isə başda Şеyx Həsən olmaqla iki ailənin əlinə kеçmiş, bir çox yеrli 



B

əyliklərin də  öz müstəqilliklərini  qazanmalarına  yol  açmışdı  (Sеçmələr 

bizimdir  -A.M. Bax: Ahm

еt Tеmir, Türk-Moğol  İmpеratorluğu  və  dеvamı, 

Türk dünyası еl kitabı, I cilt, II baskı, Ankara 1992, səh 385-391).  

Çi

ngiz Xan İmpеratorluğu öz övladları arasında bölüşdürərkən, Qıpçaq 



ölk

əsini  Coci  oğullarına  vеrmişdir  ki,  sonradan  bu  ərazi daha da 

g

еnişləndirilərək, tarixə Qızıl Orda İmpеratorluğu kimi daxil olmuşdur.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin