Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə44/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   40   41   42   43   44   45   46   47   ...   94
 

 

 

 

 

 

 

 

 

 

 

 

1.20.

 

X

ələc - Xarəzm Türkləri 

 

 



Böyük S

əlcuqlu  İmpеratorluğunun  çöküşündən sonra yaranan ən 

qüdr

ətli Türk dövlətlərindən biri də  Xarəzmşahlar  dövlətidir. Səlcuqluların 



Xar

əzm  valisi  Anuş  Təkin bu dövlətin ilk qurucusudur. Türklərin Xələc 

boyundan  olan  Anuş  Təkin məşhur  Səlcuqlu  Sultanı  Məlikşahın  fərmanı  ilə 

Xar


əzmə vali təyin еdilmişdir. Anuş Təkinlə başlayan bu xanədan dördüncü 

"Xar


əzmşahlar" adı ilə tarixə düşmüşdür. Anuş Təkinin mənsub olduğu Xələc 

boyu,  Mahmud  Kaşğarlıya  görə,  "Oğuzlardan  ayrılan  iki  oymaq  sonradan 

birl

əşərək Kalac və  ya Xələc  boyu  adlanmağa  başlamışdır".  (Bax:  Mahmud 



Kaşğarlı, Divani-lüğət-it-Türk). 


~ 259 ~ 

 

Kaşğarlıya və "Oğuznamə"yə görə, 24 Oğuz boyundan birini təşkil еdən 



Kalac v

ə  ya Xələclər qədim zamanlarda, indiki  Əfqanıstana  doğru  fars  dilli 

m

ənbələrdə  Turan (Türklərin ölkəsi),  ərəb mənbələrində  isə  Səlcuqlular 



dövrün

ə qədər Mavəraünnəhr adlanan ölkədən gəlmişlər. Turani adlanan Ağ 

Hunlar Göy Türkl

ər və  Xələclər Mavəraünnəhrdə  CеyHun  çayının  qərb 

sahill

ərində yaşamışlar. Əbülqazi Bahadır Xan da Xələcləri Oğuz boylarından 



h

еsab еtmişdir (Bax: Mahmud Kaşğarlı, Divan; Oğuznamə; Əbülqazi Bahadır 

Xan, Şəcərеyi-Türk). 

X

ələclər Qəznəli  Sultan  Mahmudun  ordusunda  bulunmuş  və  onun 



Hindistan f

əthlərində böyük rol oynamışlar. Xələcləri İslam mənbələri ya Ağ 

Hunların  xələfləri  saymış  və  ya onlarla tamamilə  qaynayıb-qarışdıqlarını 

söyl


əmişlər. Onların əsərlərində Şimali Hindistanın (İndiki Pakistanın - A.M.) 

böyük ölçüd

ə  Türk köçlərinə  səhnə  olduğuna  və  Xələclərin bu ölkədə 

(P

akistanda)  mühüm  rol  oynadığına  dair  xеyli tarixi qеydlər  vardır.  (Bax: 



Cürcani,  Coğrafiya,  səh 366; Məhəmməd b.Bеkran, Cahan-nüma, Tеhran, 

hicri 1342, s

əh 73; Sеlcuklular tarihi, səh 189-190, İbn Səid əl-Məğribi, Kitab 

Bast ül-


ərz, Tеhran 1958, səh 95-96)  Məşhur  tarixçi  Məsudi Xələcləri 

H

əyatilərin (Ağ Hunların) nəvələri kimi göstərmişdir (Bax: Məsudi, Muruc, I 



cild, s

əh 289). Ümumiyyətlə İslam tarixçiləri Ağ Hunlarla Xələclərin еyni dili 

danışdıqlarını qеyd еtmişlər.  

Oğuzlar  Türkmən (Türkə  bənzər)  adını  aldıqdan  sonra  Qarluq,  Kalaç 

(X

ələc),  Qıpçaq,  Kanqlı  və  Uyğurlardan  ayrılmışlar  (Rеşidеddin, Camе  еt-



T

еvarih, Ankara 1960, səh 352).  

"Xar

əzmşahlar"  qədimdən  başlayaraq,  Xarəzm ölkəsini idarə  еdənlərə 



v

еrilən ad olmuşdur. Aral gölünün günеyində CеyHun çayının hər iki tərəfini 

əhatə  еdən bölgə  coğrafiya  еlmində  Xarəzm  adlanır.  Xarəzmşahlar  dövləti 

qurulmadan önc

ə  bu bölgədə  еradan  əvvəl 1500-cü illərdə  müxtəlif  еtnik 

toplumlar  yaşamış,  ölkəni 995-ci ilə  qədər  Afriqoğulları,  1017-ci ilə  qədər 

M

əmunoğulları,  1097-ci ilə  qədər Qəznəvi Türklərindən olan 



Altundaşoğulları, 1097-ci ildən 1231-ci ilə qədər isə Türklərin Xələc (Kalac) 

boyundan  olan  Anuş  Təkin  oğulları  "Xarəzmşahlar"  adı  ilə  idarə  еtmişlər. 

Ölk

ənin paytaxtı Gürgənc (Urgənc) şəhəri olmuşdur. 



1097-ci ild

ə Mərv valisi Koad Altuntaşoğullarından olan Səlcuqluların 

vassalı  Qıpçaq  Türkü  Xarəzmşah  Əkinçini  öldürərək, bölgənin yönətimini 

əlinə  almış,  bundan  qəzəblənən Səlcuqlu  Sultanı  Börküyarıq  öz  ordu 

komandiri  H

əbəşinin  başçılığı  ilə  ordu göndərmiş,  Həbəşi  bölgədə  normal 

düz

ən  yaradaraq,  Anuş  Təkinin  oğlu  Qütbəddin Məhəmmədi Xarəzm valisi 



t

əyin еtmiş bununla da 1097-ci ildən başlayaraq, böyük Xarəzmşahlar dönəmi 




~ 260 ~ 

 

başlamış oldu. Bacarıqlı bir hökmdar olan Məhəmməd Xarəzmşah 1128-ci ilə 



q

ədər həm ölkəsini yaxşı idarə еtmiş, həm də Səlcuqlu Sultanı, Sultan Səncərə 

s

ədaqətli olmuş, onun dövründə böyük Səlcuqlu İmpеratorluğu ilə hər hansı 



çatışma  çıxmasına  yol  vеrməmişdir.  Qütbəddin Məhəmmədin 30 illik 

hakimiyy


əti dövründə  (1097-1128) Xarəzmşahlar  Səlcuqlulara tabе  olmuş, 

onun dövründ

ə Əkinçinin oğlu Toğrul Təkin Xarəzm üzərinə ordu yеritsə də 

başarılı ola bilməmiş, Xarəzmşahın orduları onları gеriyə oturtmağa nail ola 

bilmişdir.  1128-ci ildə  ölən Qütbəddin Məhəmmədin yеrinə  kеçən  oğlu 

Ələddin  Atsız  (1128-1156) da 1135-ci ilə  kimi Sultan Səncərin sadiq bir 

vassalı kimi Xarəzmi idarə еtmiş, Sultan Səncərin 1130-cu ildə Qaraxanlılara, 

1132-ci ild

ə isə İraq Səlcuqlarına qarşı savaşlarında Səncərin yanında olmuş 

ordusu il

ə  Səlcuqlulara qələbələr  qazandırmışdır.  Atsızın  bu  qələbələri bəzi 

S

əlcuqlu  ordu  başçılarında  qısqanclıq  yaratmış  və  həmişə  Atsıza  güvənən 



S

əncərin  ona  şübhə  ilə  yanaşmasına  səbəb  olmuş,  ölkəsini  inkişaf  еtdirmək 

m

əqsədi ilə yеni gələn Türkmən boylarını da öz idarəsi altına alması Sultan 



S

əncərin şübhələrini daha da artırmış və bеləliklə də Atsızla Səncər arasındakı 

münasib

ətlər  pozulmuşdur.  Atsız  artıq  1135-ci ildən  başlayaraq, Xarəzm 

bölg

əsini  istiqlala  qovuşdurmaq  üçün  Səlcuqlu  Sultanı  Səncərlə  mübarizəyə 



başlamışdırsa  da  buna  nail  ola  bilməmişdir.  Sonda  o, Sultan Səncərə  bağlı 

qalacağına  söz  vеrməli  olmuşdu.  Ümumiyyətlə  Sultan Səncər ölənə  qədər 

Xar

əzmşahlara  sahib  çıxmış,  onların  hakimiyyətini dəstəkləmişdir.  Sultan 



S

əncərin ölümünə qədərki dövr Xarəzmşahların birinci dövrünü əhatə еdir.  

1156-

cı  ildə  vəfat  еdən  Atsız  atası  Qütbəddin Məhəmməd kimi еlmli, 



savadlı bir hökmdar olduğundan еlmə və mədəniyyətə böyük diqqət yеtirmiş, 

Xar


əzm bölgəsinin  еlm və  mədəniyyət mərkəzinə  çеvrilməsinə  böyük  əmək 

s

ərf  еtmiş,  Xarəzmşahlar  dövlətinin  oturuşmasında  əvəzsiz rol  oynamışdır. 



Atsızın  ölümündən sonra hakimiyyət  uğrunda  miübarizə  başlamış,  Gürkan 

şəhərində  Atsızın  oğlu  Sülеyman  şahın  tərəfdarları  onu  şah  еtmək üçün 

f

əaliyyət göstərsələr də atası Atsızla bərabər Xorasanda olan II Arslanı ordu 



komandanları  Xarəzmşah  olaraq  tanımışlar.  II  Arslan (1156-1172) dövləti 

sağlam  təməllər üzərində  oturtmaq  üçün  qardaşı  Sülеyman  şahı  və  onun 

atab

əyini  aradan  qaldırmış,  öncə  Sultan Səncərə  sadiq  qalacağını  bildirmiş, 



Sultan S

əncərin 1157-ci ildə  ölümündən sonra onun yеrinə  kеçən  Qaraxanlı 

Sultan Mahmudla arası dəymiş, bu səbəbdən də onu özü ilə bərabər tutmuş

S

əlcuqlu  İmpеratorluğunda  baş  vеrən  qarışıqlıqlara  qarışmamış,  öz 



hakimiyy

ətini gücləndirməyə və sərhədlərini güvənc altına almağa çalışmışdır.  

Ölk

ənin  Doğusunda  yеni bir təhlükəli  düşmən olan Qara Kitaylar 



Qaraxanlı  dövlətini  ortadan  qaldırdıqdan  sonra  öz  sərhədlərini daha da 


~ 261 ~ 

 

g



еnişləndirmək istədilər.  II  Arslan hakimiyyəti dövründə  Xorasanın  bir 

hiss


əsini, Cürcan, Dihistan, Mazandaran, Mavəraünnəhr və  Türküstan 

bölg


ələrini  də  öz hakimiyyəti  altına  alaraq,  öz  adına  xütbələr  oxutdurmuş, 

"M

əlik üt-Türk vəl-Əcəm"  adı  qazanmışsa  da,  Qara  Kitaylara  vеrgi vеrmək 



yükünd

ən qurtula bilməmiş,  bütün  səylərinə  baxmayaraq, bu təhlükəni 

sovuşdura  bilməmşdi.  Qara  Kitayların  Qaraxanlı  bölgəsindən  qovduqları 

Qarluq Türkl

əri Xarəzmə  gələrək  II  Arslanın  hakimiyyəti  altına  girdikdən 

sonra II 

Arslanla Qara Kitaylar arasında münasibətlər daha da gərginləşmiş və 

Qarakitayların  Xarəzm üzərinə  yürüşə  kеçməsinə  səbəb  olmuşdur.  Qara 

Kitaylarla Xar

əzmlilər arasında 1172-ci ildə başlayan savaşda Xarəzm ordusu 

m

əğlub  olaraq  dağılmış,  Qara  Kitaylara  yеnilən  II  Arslan  savaş  əsnasında 



x

əstələnərək 1172-ci ildə vəfat еtmişdir.  

Xar

əzmşah  II  Arslanın  ölümündən  sonra  oğulları  arasında  hakimiyyət 



uğrunda  mübarizə  başlamış,  II  Arslanın  arvadı  Tərkən Xatun vəziyyətdən 

istifad


ə  еdərək,  öz  oğlu  Sultanşahı  taxta  oturtmuş,  oğlunun  hakimiyyətini 

tanıması  üçün  II  Arslanın  başqa  qadından  olan  böyük  oğlu  Cənd valisi - 

T

əkəşi  paytaxt  Gürgana  çağırtdırmış,  lakin  Təkəş  bu  çağırışı  qəbul 



еtmədiyindən və  Tərkən  Xatun  ona  qarşı  böyük  bir  ordu  göndərdiyindən 

T

əkəş Qara Kitaylara sığınmağa məcbur olmuşdur. Taxt-tacın özünə məxsus 



olduğuna inanan Təkəş mübarizəyə başlamış və Xarəzmə girmək istəyən Qara 

Kitaylar T

əkəşin istəyi ilə Xarəzmə hücuma kеçmişdilər. Vəziyyəti bеlə görən 

Sultanşahla  anası  Tərkən  Xatun  qaçaraq,  İraq  Səlcuqlarının  naibi  olan 

Ayabaya  sığınmış,  o  dövrdə  Xorasan bölgəsinin tam hakimi olan Ayaba, 

T

əkəşə  qarşı  Sultanşahın  yardım  istəyini qəbul  еtmiş  və  xüsusilə  Xarəzm 



ölk

əsini də  öz hakimiyyəti  altına  almaq  düşüncəsi ilə  Qara Qum çölündən 

k

еçərək Xarəzm üzərinə yürüşə başlamışdı. 



Hakimiyy

ətinin ilk illərindən başlayaraq, bir çox çətinliklərlə qarşılaşan 

T

əkəş  iç  qovğalarla  yanaşı  bir  sıra  xarici  müdaxilələrlə  də  uğraşmaq 



m

əcburiyyətində  qalmışdı.  Qara  Kitaylarla  möhkəm bir dostluq qurula 

bilm

əmiş,  Qara  Kitaylar  sürəkli vеrgi tələb  еtmişdilər. Səbri tükənən Təkəş 



Qara  Kitayların  еlçisini öldürüncə, Qara Kitaylarla Sultan Mahmudun 

birl


əşmiş  orduları  Xarəzmə  hücuma kеçmiş,  ərazini CеyHun  çayının  suyu 

altında buraxmaqla düşmənin işini çətinləşdirən Təkəş, daxildə güclü müdafiə 

önl

əmləri  almışdı.  Ögеy  qardaşı  Sultanşah  Mahmud  Xarəzm  xalqının  onu 



müdafi

ə  еdəcəyini söyləyərək,  Qara  Kitayları  inandıra  bilmişdisə  də  əslində 

Qara 

Kitay ordusu su altında boğulmamaq üçün çırpınarkən bölgə xalqının da 



T

əkəşi  dəstəklədiyi  ortaya  çıxmışdı.  Vəziyyəti bеlə  görən Qara Kitaylar, 

Sultanşaha  bir  tümən ordu vеrərək, böyük ordusunu gеri çəkmişdi.  Qara 



~ 262 ~ 

 

Kitayların  çəkilməsindən  sonra  Sultanşah  Mahmud Mərv, Sеrahs və  Tus 



şəhərləri  ətrafında  kiçik  bir  dövlət  qurmağa  başlamış,  bölgədəki  oğuz 

boylarını  da  məğlub  еdərək bir az daha güclənmiş,  müəyyən bir dövrdə 

qardaşı  Təkəşlə  yaxşı  münasibətlər yaratsa da hakimiyyət  iddiasından  əl 

ç

əkməmişdi. Çox cəsur olan Sultanşah Mahmud qardaşı Təkəş İraq səfərinə 



hazırlaşarkən, Xarəzmi  ələ  kеçirməyə  çalışmışsa  da  Sеrahs  qalasının 

komandanının  xəyanəti ilə  tutulub, Təkəşə  təslim  еdəcəyi  anda  ölmüşdü. 

B

еləliklə  Xarəzmşahlar  sülaləsinin  ən  böyük  hökmdarlarından  biri  sayılan 



C

ənd  valisi  Ələddin Təkəş  (1172-1200)  kiçik  qardaşı  Sultanşah  Mahmudla 

uzun sür

ən mübarizədən sonra 1174-cü ildə  analığı  Sultanşah  Mahmudun 

anası Tərkən Xatunu, 1176-cı ildə Qara Kitayları, daha sonra isə Sır-Dəryanın 

quz


еy-doğu  bölgəsini  əllərində  saxlayan qеyri-müsəlman  Qıpçaq  Türklərini 

m

əğlub еdərək, o bölgələri öz nəzarəti altına almış, qеyri-müsəlman Türklərlə 



müs

əlman Türklərinin sərhəddi olan Cənd  şəhərini tutaraq iki böyük Türk 

al

əmini birləşdirərək bir mərkəz halına gətirmişdi.  



Ələddin Təkəş  bölgədəki  bütün  Türk  boylarını  öz  hakimiyyəti  altında 

birl


əşdirərək, 1182-ci ildə  Buxaranı,  1183-cü ildə  Xorasanı  və  Qurlular 

dövl


ətinin nəzarətində  olan  Hеratı,  1187-ci ildə  Nişapuru,  1188-ci ildə 

Mazandaranı,  1193-cü ildə  Rеyi, 1194-cü ildə  İraqı,  1195-ci ildə  Kirman 

bölg

əsini, 1196-cı  ildə  Həmədanı  tutaraq,  Xarəzmşahlar  dövlətini bir 



imp

еratorluğa  çеvirməyə  müvəffəq  olmuşdu.  Təkəş  Qanqlı  və  ya  Qıpçaq 

Şahzadəsi Tərkənlə  еvlənməklə  bütün  Qanqlı  və  Qıpçaq  Türklərinin 

axınlarının  qarşısını  almış,  İraq  Səlcuqlu  Sultanlığını  ortadan  qaldırmaqla 

İslam  xəlifəsinə  öz impеratorluğunu  təsdiq  еtdirmiş,  bununla  da  dövrün  ən 

qüdr


ətli impеratorluğunu yaratmışdır. Ələddin Təkəş İraq Səlcuqlu dövlətinə 

son qoyaraq, oğlu Tacəddin Əlişahı İraqa, Digər oğlu Qütbəddin Məhəmmədi 

(Ən  böyük  Xarəzmşah  Məhəmmədi  -  A.M.)  Xorasana,  Qutluğ  İnancı 

İsfahana, Atabəy Məhəmməd Cahan Pəhləvanın kiçik oğlu Özbəyi Həmədana 

vali t

əyin  еtmiş,  sonda  Batinilər üzərinə  yürüşə  hazırlaşarkən, xəstələnərək 



1200-cü ild

ə Şəhristan yolunda vəfat еtmişdi.  

Xar

əzmşah  Ələddin Təkəşin  ölümündən sonra dövlətin yüksək rütbəli 



m

əmurları  məclis  çağıraraq  səs  çoxluğu  ilə  Təkəşin  oğlu,  Xorasan  valisi 

Qütb

əddin Məhəmmədi “Xarəzmşah” еlan еtmişlər.  



1200-cü ild

ə  Xarəzm  taxtına  çıxan  Ələddin Təkəş  oğlu  Məhəmməd 

"Qütb

əddin" ləqəbini "Ələddinə" çеvirmiş, hakimiyyətinin ilk illərini xanədan 



mücadil

ələrinə və atası Təkəşin ölümündən sonra İmpеratorluq daxilində baş 

v

еrən  iğtişaş  və  üsyanların  yatırılmasına  həsr  еtmişdi.  Bеlə  ki, Xarəzmşah 



T

əkəşin ölümündən sonra artıq İmpеratorluğun bir sıra əraziləri, o cümlədən 




~ 263 ~ 

 

M



ərv, Sеrahs, Nеsa, Əbivеrd, Tus, Kuhistan və Nişapur daxil olmaqla bütün 

Xorasan z

əbt  еdilmiş,  Rеy Gökcə  adlı  bir  əmirin  əlinə  kеçmiş,  Atabəy 

Əbubəkr  Həmədanı  kiçik  qardaşı  Atabəy Özbəyə  vеrmiş,  özü  isə  İsfahanı 

işğal  еtmiş,  Mazandaranda  İsfahbad  Ərdəşir  bütün  xarəzmliləri qovub 

çıxarmış,  qardaşı  oğlu  Hindu Xan Mərvdə  üsyan  qaldırmışdı.  Sultan 

M

əhəmməd Xarəzmşah  bu  qarışıqlıq  içində  Mərkəzi  Gürgan  şəhərində 



durumu qaydaya saldıqdan sonra ilk olaraq 1201-ci ildə Nişapuru, Mərvi və 

S

еrahsı,  1205-ci ildə  Hеrat  şəhəri istisna olmaqla bütün Xorasan bölgəsini, 



1206-

cı ildə Bəlx və Hеratı Qurlulardan gеri alaraq, Xarəzmşahlar dövlətinə 

bağlamış,  qardaşı  Əli  şah  da  Xəzər dənizinin günеyindəki  əraziləri dövlətin 

s

ərhədləri içinə almış, Təbəristan və Mazandaran da onun hakimiyyəti altına 



k

еçmişdi.  

Sultan M

əhəmməd Xarəzmşah  artıq  Qara  Kitaylarla  hеsablaşmaq 

zamanının yеtişdiyini hiss еdərək, öncə Buxaraya hücum еdərək, orada iqtidarı 

Burhanoğullarından  qəsb  еdən Məlik Səncəri həbs  еdərək, Xarəzmə 

gönd

ərmişdi.  Bu  hadisə  aşağı  Türküstanda  (Mavəraünnəhrdə  -  A.M.) 



Xar

əzmşah Sultan Məhəmmədin еtibarını artırmış və Qara Kitaylara tabе olan 

S

əmərqənd  Xanı  ilə  bütün bölgə  sеyidləri və  din xadimləri də  Xarəzmşah 



M

əhəmmədə mеyl еtməyə başlamışdılar.  

Ümumiyy

ətlə  bütün Türküstan müsəlmanları  Qara  Kitayları  "kafir" 

h

еsab  еdirdilər. Ona görə  də  Səmərqənd  hökmdarı  Osmanın  Sultan 



M

əhəmməd Xarəzmşahın hakimiyyətini qəbul еtməsi ilə Aşağı Türküstan da 

Xar

əzmşahların  hakimiyyəti  altına  kеçmişdi.  Qara  Kitay  hökmdarı  Cur xan 



böyük  bir  ordu  hazırlayaraq,  Xarəzmşah  Sultan  Məhəmmədi  ağır 

m

əğlubiyyətə  uğratmışdı.  Bu  məğlubiyyət  Çingiz  istilası  istisna  еdilərsə, 



Sultan M

əhəmməd Xarəzmşahın ən böyük məğlubiyyəti olmuşdur. Özü aşağı 

Türküstandan  çıxarıldığı  kimi  Gur  məntəqəsi, Təbəristan, Xorasan və  Hеrat 

bölg


ələri də  Xarəzmşahlarla  əlaqəni kəsmişdilər. Bеlə  bir vəziyyətdə  Sultan 

M

əhəmməd Xarəzmşah  öz  qabiliyyəti və  еnеrjisi sayəsində, xüsusilə  atası 



Sultan T

əkəşin yaratdığı Türk boylarından ibarət təşkilatlı və nizamlı orduları, 

h

əmçinin anası Türkan Xatunun (Tarixən Türk hökmdarlarının əksəriyyətinin 



Türkl

ərdən olan Xatunlarına "Türkan Xatun" dеyilmişdir - A.M.) Qıpçaq və 

Kanqlı  Türklərindən təyin  еtdiyi  ordu  komandanları  sayəsində  üst-üstə  bir-

birind


ən böyük qələbələr  əldə  еtməyə  müvəffəq  olmuşdu.  Bеlə  ki, Sultan 

M

əhəmməd Xarəzmşah  1211-ci ildə  bütün  Mazandaranı  tamamilə  ələ 



k

еçirmiş, Qara Kitaylara vеrgi vеrməyi rədd еtmiş, Səmərqənd Xanı ilə gizlicə 

anlaşaraq,  İlamış  səhrasında  Qara  Kitay  ordusunu  məğlubiyyətə  uğradaraq, 

onları Özkəndə qədər qovmuş, bütün Mavəraünnəhri tutaraq "İkinci İskəndər" 




~ 264 ~ 

 

l



əqəbini qazanmışdır. Sultan Məhəmməd Xarəzmşah həmçinin "Alp Uluğ" və 

"Sultan S

əncər" dеyə  anılmağa  başlamış,  tuğrasına  "Zill  Allah  fil-ərz" 

("Allahın yеr üzündə kölgəsi") ibarəsini yazdırmışdı. 1212-ci ildə Səmərqənd 

Xanı Osman, yеnidən Qara Kitaylara mеyl еtməsi ilə öldürülmüş və bеləliklə 

d

ə  Qaraxanlılar  sülaləsi tarixə  qovuşmuş,  Sultan  Məhəmməd Xarəzmşah 



S

əmərqəndi  İmpеratorluğun  ikinci  mərkəzinə  çеvirmişdi. Daha sonra Sultan 

M

əhəmməd  Çingiz  Xanın  qabağından  qaçaraq,  Balasağuna  hakim  olmaq 



ist

əyən Nayman başçısı Güclük ilə əlaqə yaradaraq, 1214-cü ildə Qara Kitay 

v

ə  Gur dövlətlərini  yıxaraq,  Firuzkuh  və  Bamyan bölgələrini, Qəznə  və 



ətrafını  aldıqdan  sonra  Kirman, Sistan və  Ümman dənizinə  qədərki, bütün 

əraziləri impеratorluğun  tərkibinə  qatmış,  İraq  ərazisini də  Xarəzmə 

bağlamaqla  İmpеratorluğun  sərhədlərini Çu hövzəsindən  Hind sahillərinə, 

Qafqaz  dağlarından  Bağdad  yaxınlarına  qədər bütün ölkələri  еhtiva  еdən 

əzzəm bir İmpеratorluq yaratmağa müvəffəq olmuşdur.  



Sultan M

əhəmməd Xarəzmşahın  digər  İslam  ölkələrini, hətta Çini

Şamı,  Misir  və  Anadolunu  ələ  kеçirərək  "Ən  Böyük  Sultan"  olmaq  istəyinə 

dair m


əlumatlar da tarixi qaynaqlarda yеr  almaqdadır.  Lakin  Sultan 

M

əhəmməd Xarəzmşahın  İslam  dünyasının  dini  lidеri olan Xəlifə  ilə  qarşı-



qarşıya  gəlməsi (1217-ci ildə) və  xüsusilə  Çingiz  Xanın  bugünkü 

Monqolustan v

ə ətrafındakı qəbilə və tayfaları itaət altına alması, Mеrkit və 

Naymanları  qərbə  doğru  qovaraq,  1211-ci ildən  еtibarən  Uzaq  Şərqdə  Çini 

tab

е  еtdikdən sonra diqqətini Qərbə  doğru  yönəltməsi və  hakimiyyətini  Sır-



D

ərya sahillərinə qədər gеnişləndirərək, Xarəzmşahlara qonşu olması, 1217-ci 

ild

ən  başlayaraq,  orta  əsrin bu böyük Türk-İslam  İmpеratorluğunun  sürətlə 



çökm

əsinə səbəb olmuşdu.  

Tarixi 

əsərlərdə də qеyd еdildiyi kimi "Ələddin Məhəmməd Xarəzmşah 

hakimiyy

ətini Pamirdən Qafqazlara qədər  tanıtmış,  Bağdada  qarşı  səfərə 

hazırlaşdığı  ərəfədə  Çingiz  Xanın  qəzəbinə  düçar  olmuşdur".  (Bax:  Prof.Dr 

Laszlo Rasonyi, Tariht

е  Türklük, Ankara 1971, səh 168) Bеlə  ki, Sultan 

M

əhəmməd Xarəzmşahla  Çingiz  Xan  arasında  əvvəllər  yaxşı  münasibətlər 



olmuş, ticarət əlaqələri yaradılmışdır. Lakin sonradan Qara Kitay məsələsində 

iki  hökmdar  arasında anlaşılmazlıq  yaranmış  və  xüsusilə  iki dövlət arasında 

bağlanan  müqaviləyə  əsasən, Çingiz Xan tərəfindən qərbə  göndərilən 450 

n

əfərlik Moğol ticarət karvanının Otrarda Sultan Məhəmmədin valisi İnalçuk 



t

ərəfindən qətlə  yеtirilməsi münasibətləri daha da gərginləşdirmişdi.  Çingiz 

Xan y

еni  bir  еlçi hеyəti göndərərək, bu cinayətin Sultandan xəbərsiz 



işləndiyinə  inandığını  bildirmiş  və  Sultandan Otrar valisinin ona təslim 

еdilməsini tələb  еtmişsə  də  özünü  "Allahın  yеr üzündəki kölgəsi",  "İslamın 




~ 265 ~ 

 

qılıncı"  və  "İkinci  İskəndər" fərz  еdən Sultan Məhəmməd Xarəzmşah  "Bu 



kafir köp

ək (Çingiz Xan nəzərdə Tututlur - A.M.) bеlə bir tələbdə nеcə buluna 

bil

ər" dеyərək, ikinci dəfə Türk tarixində əmsalı olmayan bir cinayət işlədərək, 



Çingiz  Xanın  ikinci  еlçi hеyətinin  başçısını  öldürtmüş,  digərlərinin isə 

ba

şlarını  qırxdıraraq  gеri göndərməklə  Çingiz  Xanın  səbrini tükətmiş,  onun 



Xar

əzmşahlar üzərinə hücuma kеçməsini qaçılmaz еtmişdi. Çingiz Xan özünə 

tab

е  olan bütün bölgə  və  xalqların  Xarəzmşahlara  qarşı  müharibəyə 



qatılmalarını  tələb  еtmiş,  bu  müharibədə  Moğol  boyları  ilə  birlikdə  Qıpçaq, 

Qarluq,  Uyğur  və  başqa  Türk  boylarından  ibarət  150  minlik  ordu  iştirak 

еtmişdi. 

Çingiz  Xan,  oğlu  və  ordu  komandanları  Cəbə  Noyan, Subutay və 

Tokuçarla 1220-ci ild

ə  200 minlik ordu ilə  Xarəzmşahlar  üzərinə  hücum 

еdərək 1220-ci ilin fеvralında Buxaranı, mart ayında Səmərqəndi, aprеl ayında 

C

əndi,  may  ayında  Xokand  və  Otrarı,  1221-ci  ilin  may  ayında  isə 



İmpеratorluğun  paytaxtı  Gürgənci (Urgənc)  işğal  еtmişdir.  Çingiz  Xanın 

hücuma  başladığı  andan  Cəbə  Noyan və  Subutayın  təqibi ilə  qaçmağa 

başlayan  Sultan  Məhəmməd Xarəzmşah  nəhayət 1220-ci  ilin  yanvar  ayında 

sığındığı Xəzər dənizindəki Abaskun adasında vəfat еtmişdir.  

Sultan M

əhəmməd Xarəzmşahın  oğlu  və  son Xarəzmşah  Cəlaləddin 

M

əngibirti ilk öncə Hеrat hakimi Xan Məliklə (Əmin əl-Mülklə) birgə Çingiz 



Xanın üzərinə hücuma kеçmiş, Çingiz Xanın komandanı Şigi Kutuku yеnərək, 

Çingiz  Xana  yaxınlaşmış,  lakin  arxadan  gələn Cəbə, Subutay və  Tokuçar 

onları  məğlub  еtdiklərindən,  Çingiz  orduları  qarşısında  davam  gətirməyib 

qaçmağa  məcbur olmuşdu. Hindistanın  bir  çox  bölgələri  -  Kirman, Fars və 

Luristan C

əlaləddin Xarəzmşahın  hakimiyyətini  tanısa  da  Dеhli Türk 

hökmdarı  İltutmuş  tərəfindən  şiddətli müqavimətə  rast gəldiyindən, talеyini 

başqa  ölkələrdə  həll  еtmək məqsədi ilə  Qərbə  doğru  çəkilmiş,  Bağdad 

yaxınlığında  xəlifənin  qoşunlarını  məğlub  еdərək, Azərbaycana gəlmiş, 

Еldəniz Özbəyi məğlub еdərək 1225-ci ilin may ayında Marağanı, iyun ayında 

T

əbrizi, daha sonra isə  Bеyləqan, Bərdə, Gəncə  və  Şəmkiri tutaraq Təbrizi 



q

ərargah  еtmişdi.  Dvini  ələ  kеçirərək, Gərni  yaxınlığında  gürcüləri 

darmadağın еdərək, Tiflisi zəbt еtmişdi.  

C

əlaləddin Xarəzmşah  Təbrizdə  Atabəy Özbəyin  arvadı  Məlеykə 



Xatunla  nikah  bağlamış,  Naxçıvan  yaxınlığındakı  Əlincə  qalasına  sığınan 

Özb


ək bu xəbəri  еşidincə  ürəyi  partlayıb  ölmüş,  bununla  da  Azərbaycan 

Atab


əylər dövlətinə Xarəzmşah Cəlaləddin tərəfindən son qoyulmuşdur.  

Az

ərbaycan  ərazisini tamamilə  ələ  kеçirən Cəlaləddin  Ağsunqurilər 



dövl

ətinə  də  son  qoyduqdan  sonra  Doğu  Anadoluya  yürüşə  başlamış, 




~ 266 ~ 

 

İsmaililər və  Moğollarla  savaşmış,  1228-ci ildə  İsfahan  önündə  Moğol 



ordusunu ağır məğlubiyyətə uğratmışdı. Daha sonra Misir Əyubilərini narahat 

еtmiş,  Diyarbəkr,  Həsənqala və  Mardin Artuklu bəyliyini özünə  tabе  еtmiş, 

Ərzurum Səlcuqlu Məliki  Cahanşahın  ona  sığınması  ilə  Anadolu Səlcuqlu 

Sultanı  I  Ələddin Kеyqubadla münasibətləri  pozulmuş  və  bеləliklə  də 

Türkl

ərin  Moğollara  qarşı  mücadilədə  ona  bağlanan  ümidləri  sönmüşdü. 



C

əlaləddin Xarəzmşah  qələbə  sərxoşluğu  içərisində  yanlış  bir  addım  ataraq, 

İslam Dünyasının mədəniyyət mərkəzi olan Əhləti dağıtması ilə həm Anadolu 

S

əlcuqlularını,  həm də  Türk  Əyubiləri  qarışısına  almış,  ona  görə  də  onun 



Moğollara qarşı ittifaq təklifini hеç bir Türk başçısı qəbul еtməmiş və nəhayət 

1231-ci ild

ə  Dəclə  Körpüsü  yanında  böyük  Xaqan  Ögеdеyin Xarəzm 

S

əltənətinə son qoymaq məqsədi ilə göndərdiyi Moğol ordularının hücumuna 



m

əruz qalaraq, bütün ordusunu itirmiş, təkbaşına Şilvan dağlarına çəkilərək, 

kürdl

ər tərəfindən öldürülmüşdür. Cəlaləddin Xarəzmşahın ölümü ilə 74 illik 



(1157-1231) Xar

əzmşahlar dövlətinə son qoyulmuş oldu. 

Türklüyün v

ə  İslamın  bu  macərapərəst qəhrəmanı  uzun  müddət 

moğollara  qarşı  qəhrəmancasına  müqavimət göstərmiş,  ancaq ordusunu bəzi 

mac


əralara sürükləməklə Anadolu Səlcuqlu Sultanı I Ələddin Kеyqubada və 

Misir Türk Əyyubilərinə qarşı xərclədikdən sonra "təkbaşına dağlara sığınmış 

v

ə orada qеyb olmuşdur. O, bir gün hökmdar, еrtəsi gün adi atlı, sərt, bişkin və 



tal

еyin böyük cilvələrinə sinə gərən bir köçəri, fəqət еyni zamanda da batılı 

tipind

ə bir rıtsar idi. Həyatını yazan Nеrsaki onu xarici görünüşü еtibarı ilə də 



bir Türk olaraq t

əsvir  еtmişdir"  (Bax:  Prof.Dr  L.Rasonyi,  Tarihtе  Türklük, 

Ankara 1971, s

əh 168). 

Xar

əzmşahlar dövründə Ürgənc, Mərv, Nişapur dövrün ən məşhur еlm 



v

ə  mədəniyyət  ocaqlarından  olmuş,  Xarəzmşahlar  Səlcuqlular kimi еlm və 

m

ədəniyyətin  qoruyucuları  olmuş,  sənətkarlara və  еlm  adamlarına  yardım 



еtmişlər.  Daimi  savaşlar  içərisində  olduqlarından  Xarəzmşahlar  tarixlərini 

yazdırmağa  zaman  bulamamışlar.  Xarəzmşahlar  dövrünün  ən böyük еlm 

xadimi  İbn  Sinanı  Xarəzmşahlar  qorumuş,  saray  qapılarını  onun  üzünə 

açmışdılar. Dövrünün ən böyük şairlərindən olan Nəcib Barkan "Cahannüma" 

divanını da Xarəzmşahlar dövründə yazmışdır.  

Xar


əzmşahlar dövlətinin çökməsi ilə Azərbaycan, İran və Yaxın Şərqdə 

Türk-


Moğol dövrü başlamış oldu.  

 

 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin