cəvidən tutmuş Əkmələddin Naxçıvaniyədək, Mirzə Əirzə dan tutmuş Abbas Səhhətə qədər, Məhəm- mədhüseyn Şəhriyardan tutmuş çağdaş ədəbiyyatı-
mızda olan neçə-neçə qələm əhlinə qədər zamanın
ələyindən keçərək ədəbiyyata öz möhürlərini vuran
həkimlərimiz az olmayıb...
Belə həkim-yazarlarımızı bir daha ədəbiyyat-
sevərlərə, el-obaya tanıtmağı özümüzə mənəvi borc
bilib bu layihəni həyata keçirmək qərarına gəldik. Bu
kitabın, əlbəttə, qiymətini oxucular verəcək. Bu top-
lunun ədəbiyyatsevərlərə, eləcə də ədəbiyyatımıza
gözəl bir töhfə olacağına inanırıq.
Bu layihənin ərsəyə gəlməsində əsaslandığımız
mənbə müəlliflərinə, dəyərli məsləhətlərini əsirgəmə-
yənlərə, eləcə də bu layihəyə qoşulanlara dərin min-
nətdarlığımızı bildiririk. Yardımçı olduqlarına görə
dünyasını dəyişmiş yazarlarımızın övladları Rəşad