Hüseynlinin təşəbbüsü və tərtibatı ilə araya-ərsəyə
gələn həkimlərin şeir və hekayələrindən ibarət ilk
toplu imkan verir ki, gələcəkdə bu istiqamətdə daha
fundamental işlər görülsün, onların yaradıcılıq nü-
munələri ətraflı şəkildə araşdırılsın. Əfrahim Hü- seynlinin bu xeyirxah işi ədəbiyyatımıza gözəl bir
töhfədir. Kitabın tərtibatında vaxtaşırı öz məsləhət-
lərini verən digər həkim-şair Musa Urudun əməyi
böyükdür. Təəssüf ki, toplunun həcmi bütün həkim
yazarları əhatə etməyə və onların yaradıcılığı haq-
qında tam məlumatları verməyə imkan yaratmır. Yə-
qin ki, gələcəkdə bu ənənə davam etdiriləcək və növ-
bəti toplularda qələm əhli olan bütün həkimlərin ya-
radıcılıq nümunələri yer alacaqdır.
Azərbaycan ədəbiyyatına verdikləri söz töhfəsinə
görə həkim yazarlar ucalıqda dayanmağa layiqdirlər.
Oxucunun əlində tutduğu yaradıcı həkimlərin ilk
poetik toplusu bu ucalığın əlçatmaz nümunəsidir.