25
BİR DEYƏN
Bir deyən yoxdur, ey xudavənda,
Bu bədən qurquşundu, ya misdi?
Kürəxanə
deyil bizim mənzil,
Nəyə lazımdı bu qədər isti?
Bizim ev Məkkə,
mən ərəb deyiləm,
Ərəbistan
deyil bu, Tiflisdi.
Bu hava
xətti-istivadə gərək,
Sakinani-şimalə çox pisdi.
Bunu göndər ki, özgə bəndələrin
Cümləsi acü urü müflisdi.
Güclülər doldurub kitab arasın,
Biri molla, biri müdərrisdi.
Birəvü mığmığavü
kor milçək,
Cəm olub, bir qəribə məclisdi.
Şəhəri qızdırıb, çölü soyudub,
Bilmirəm bu necə mühəndisdi?!
Dostları ilə paylaş: