TAĞI ŞAHBAZİ SİMURĞ
(1892-1937)
Tağı Şahbazi Simurğ (Yazı-
çı-publisist, həkim, ictimai xadim)
1892-ci il iyulun 2-də Bakıda ana-
dan olub. İbtidai təhsilini molla-
xanada alıb. 1902-1905-ci illərdə 9
saylı məktəbdə, sonra rus-tatar
məktəbində təhsilini davam et-
dirib. 1913-cü ildə Xarkov Darülfü-
nunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə
daxil olub.
Azərbaycan xalq maarif komissarının müavini
(1922-1923), “Maarif və mədəniyyət” jurnalının re-
daktoru, Azərbaycan MİK-in katibi (1923-1926),
ADU-nun rektoru (1926-1929), Azərbaycan xalq
səhiyyə komissarının müavini(1930-1937) vəzifələrin-
də çalışıb.
“Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”,
“Aclar” və s. hekayələrində istismar dünyası, dini fa-
natizm, xalqa yad “ziyalılar” tənqid olunub. Sovet
dövrü əsərlərində yeni həyat quruculuğu, qadın
azadlığı mövzuları əsas yer tutub. Bunlar “Haqsızlıq
dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi
Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”,
“Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz
əksini tapıb. 1932-ci ildə yazdığı “Düşmənlər” povesti
40
kollektivləşmə dövründə kənddə gedən sinfi mü-
barizədən bəhs edir.
Tağı Şahbazi Simurğ 1937-ci ildə repressiya qur-
banı olub.
QAYÇI
(Hekayədən bir hissə)
Məhəmməd Zəngəzurun qaçqın yetimlərindən
idi...
Səkkiz yaşında Məhəmməd və yeddi yaşında
bacısı Zeynəb yaşadıqları evlərdə səhərdən axşama-
dək çalışır, ev sahiblərinin bütün əmrlərini icra edir-
dilər. İndi də Gülcahan Məhəmmədi meşəyə gön-
dərmişdi...
***
...Odun şələsinin altında ikiqat bükülmüş Mə-
həmməd Məşədi Salmanın sorğularına cavab verərək
yalvarıcı bir baxışla qayçıdan xəbəri olmadığını bil-
dirdi. Məhəmmədin bu cavabı, Məşədi Salmanın
əsəblərini daha da qaldırdı: “Aha, inkar edir, məni
aldatmaq istəyir”, – deyə fikir edərək, Məşədi Salman
çocuğa yaxın gəlib, yenə qayçını sordu.
– Vallah ki, bilməyirəm, əmi!
Bu cavabı eşidər-eşitməz Məşədi Salman odun
41
qarışıq Məhəmmədə bir təpik vurdu. Çocuq şələ ilə
bərabər yerə yıxıldı və yıxıldığı vaxt odun parçası
üzünü cırdı, bir dəqiqədə Məhəmmədin üzünü al qan
bəzədi. Məşədi Salman Məhəmmədin başı üzərində
durub:
– İt oğlu, de görüm, qayçı haradadır? Bax, demə-
sən, bil ki, səni öldürəcəyəm... – deyə çığırdı.
Məşədi Salmanın gözləri həlqəsindən çıxmış,
üzü o qədər qabarmışdı ki, tanınmaz bir hala gəlmiş-
di.
Məhəmməd üzünün yeni yarasından axan qanı
çirkli əlləri ilə silərək ağladı.
– Vallah ki, xəbərim yoxdur, – deyə yalvarmağa
başladı. – Mən oduna getmişdim; bilməyirəm, sən al-
lah, əmi, məni döymə, qayçını görməmişəm. Gülca-
han bu əhvalatı görüb yaxın gəldi.
– Ay kişi, yetimdir, elə vurmaq olmaz; doğrudan
da, xəbəri yoxdur, – dedi.
– Danışma, vallah səni də ona qataram!..
Gülcahan Məşədi Salmanı yaxşı tanıyırdı. Belə
hallarda ona yaxın durmaq mümkün deyildi. Heç bir
vasitə ilə onu sakit etmək olmazdı. Məhəmməd Gül-
cahanı gördükdə, kömək dilər kimi:
– Ay xala, vallah ki, xəbərim yoxdur; qayçını gör-
məmişəm, – dedi. Lakin qayçının itməsinə Məşədi
Salman şərik ola bilməyirdi.
– Hara itəcək? Yəqin ki, oğurlayıb, indi də
boynuna almaq istəməyir. – Məşədi Salman Məhəm-
42
mədin qolundan yapışıb qaldırdı və əli ilə onu hədə-
ləyərək: – Deyirəm ki, səni öldürərəm, yandıraram,
bu saat qayçının yerini söylə, de görüm! – deyə ba-
ğırdı.
– Vallah ki, əmi, xəbərim yoxdur.
Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə,
Məhəmmədə bir şapalaq vurdu. Məhəmməd qışqırdı,
ağladı. Məşədi Salman Məhəmmədin ağlamasına
baxmayaraq, qolundan tutub təndirin yanına çəkdi.
Gülcahan Məşədi Salmanın nə edəcəyini düşün-
məyərək:
– Ay kişi, burax, incitmə, yetimdir, yazıqdır... –
deyə yalvarırdı. Təndirin yanında Məşədi Salman
Məhəmmədin belindən yapışıb qaldırdı və Məhəm-
mədi yanar təndirin içinə atdı. Məhəmmədin səsi ərşə
çıxdı:
– Vay yandım, aman yandım, öldüm!
Məhəmməd elə çığırdı ki, bütün qonşular eşidib
töküldülər. Məşədi Salman bir yana çəkilib durdu.
Gülcahan özünü itirib:
– Vaxsey, uşaq yandı, – deyə çığırmağa başladı.
Qonşular Şahpəri ilə Rəcəb kişi hamıdan əvvəl
təndirə doğru yüyürdülər və iki tərəfdən Məhəm-
mədi təndirdən çıxartdılar. Şahpəri mətbəxə yüyürüb
xəmir üzərindən yorğançanı alıb çocuğa sarıdı. Beləcə
Məhəmmədin odunu söndürdülər. Yenidən yorğanı
Məhəmmədə sarıyarkən, yorğanda bir şey cingildədi.
Baxdılar – qayçı idi.
43
– Ay Gülcahan, qayçı yorğanın içində, ala bax! –
deyə göstərdilər.
– Vay, yorğanı sırıyanda yaddan çıxıb içində
qalıbdır.
– Bunun üçün yazıq uşağı yandırdınız?
Gülcahan Məşədi Salmana baxdı. Məşədi başını
aşağı dikmişdi...
Dostları ilə paylaş: |