Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə20/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   16   17   18   19   20   21   22   23   ...   111
 
BİR KƏNDİN SƏRGÜZƏŞTİ     
(Hekayədən bir hissə) 
 
...Doğrudan  da  sabahı  gün  Əmi  şəhərə  getdi. 
Alver  edib  kəndə  qayıtdı.  Qubernatoru  nəinki  gör-
mədi hətta qorxusundan qubernator olan küçədən də 
keçmədi….  Məhəllə  adamı  Əminin  şəhərdən  gəl-
diyini  eşidib  bir-birinə  dəydilər.  Xalq  Əminin  evinə 
töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir 
verdilər. Əmi bunlara cavab verərək dedi: 
– A kişilər, siz bilmirsinizmi mən ölənədək varı-
mı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul 
görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul 
xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın 
atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə 
oturunuz,  işin  aqibətini  gözləyiniz”.  Biçarə  məhəllə 
adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəllə-
sindən bir neçə adam qazamata düşdü…. 
  İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə 
bir  ayaq  aldı  ki,  daha  o  məhəllənin  qorxusundan, 


32 
 
axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa 
bilməzdi. 
Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda 
isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və 
bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlə-
rinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət 
edib  lazımınca  sərəncam  çəkərdi.  Nə  üçün  də  etmə-
yəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi…. 
Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş 
adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda 
şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazım-
dır işlərini düzəldirlər. 
  Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də 
yaxşı  gedəcəkdir.  Həqiqət  kəndxuda  olmayan  işləri 
N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə 
naçalnik,  qubernatorun  yanında  hörməti  günbəgün 
artırdı. 
  Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. 
Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə 
çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. ca-
maatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düş-
dülər. Kəndxudanın getməyindən bir gün müqəddəm 
Əmi  öz  məhəlləsinin  adamlarını  yığıb  gülə-gülə  on-
ları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu 
zalım  balası  başımıza  nə  oyunlar  gətirdi.  İndi  biz 
gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan 
narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola 
düşəndə  heç  kim  onu  ötürməyə  çıxmasın.  Onunla 


33 
 
salamlaşmasın.  Fəqət  bir  mənim  getməyim  məslə-
hətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: 
bilsin, düşünsün ki, biz də varıq…. 
Camaat buna razı oldu. 
  Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb 
kəndxudanı  ötürməyə  hazırlaşdılar.  N.  məhəlləsin-
dən  isə  Əmidən  başqa  bir  adam  yox  idi.  İ.  məhəllə-
sindən  vəkillər  bir-bir  qabağa  yeriyib  kəndxudanı 
alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı. 
Bu halda Əmi də qabağa yeriyib dedi: 
– Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsi-
nin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox 
heyfsilənirik  ki,  sizi  bizdən  ayırdılar.  Allah  sizi  bizə 
çox görməsin. Sizi özümüzə ata bilirdik…. 
Hətta  yalandan  dodağını  da  büzdü  ki,  guya 
ağlamaq istəyir…. 
Həqiqi  halda  isə  N.  camaatının  bu  yığıncaqda 
olmamağını  kəndxuda  heç  bilmədi  və  hiss  etmədi. 
Çünki  o  heç  vaxt  camaatı  görməmişdi.  Camaatın 
əvəzinə həmişə Əmi söylərdi o da ki, burada. 
  Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, 
amma  ürəyində  açılmaz  düyün  qaldı.  Kəndxuda 
gedə-gedə öz aləmində fikir edirdi: “N. məhəlləsinin 
camaatı  qəribə  bir  camaatdır.  Bunlar  ya  çox  yaxşı 
adamlardır, ya da ki, çox axmaq.   
   
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin