55
KİMİ
Hey çalış, hey vuruş mənası yoxdur,
Öz bəxtin üzünə gülənə kimi.
Qismətin nədirsə, qazancın odur,
Ondan artıq olmaz ölənə kimi.
Tənəzzüldə hər kəs yüyürər, yortar,
Görməz bəhrəsini cəhd – çarıq yırtar.
Baxarsan yüz azar artar, hey artar
Bir dərdi qəlbindən silənə kimi.
Kasıbın hər günü günündən betər,
Ölüncə ümidlə inləyər, ötər.
Bəylə dən əkənin çiynində bitər...
Haqq divan yerinə gələnə kimi.
Əgər olsa, Nadir, dərya kamalın,
Nadansan, yoxdursa bir xoş iqbalın.
Göylərə uçsa da tərlan xəyalın,
Şikarın qərq olar alana kimi.
DEYƏRLƏR
Olsa cəsarətin Koroğlu qədər,
Bəxtin gətirməsə, yasar deyərlər.
Elm dəryasının qəvvası olsan,
Cibi boş olanda susar, deyərlər.
56
Bədöy köhlən gərək gələ cövlana,
Yoxsa yabı deyər görənlər ona.
Şikarı olmayan qoca qartala
Ya qarğa deyərlər, ya sar deyərlər.
Adam var sözünü söyləyər qəti,
Soyulsa dərisi, kəsilsə əti.
Nadir, boşboğazın gopdu sənəti,
Xəlvətdə özündən “basar” deyərlər.
OLASAN
Ağası olunca dilqanmaz kəsin,
Gedib bir qananın qulu olasan.
Namərdin başında papaq olunca,
Bir mərdin atının çulu olasan.
Ağac var kölgəsi, ağac var barı,
Ağac var gülündə oturmaz arı.
Nəyə gərək barsız ağac kolları,
Bir barlı ağacın kolu olasan.
Nadir, bir mənbədən gəlməsə suyu,-
Müdam su tökəsən, su verməz quyu.
Gur yağışın olar ani səs küyü,
Tükənməz çayların gölü olasan.
57
OLANDA
Könül yaxşı tanı dostu, tanışı
Əldə şeş gətirən zərin olanda.
Nə təkəbbür olub alma qarğışı,
Nə də yanma, iki birin olanda.
Eşidib yaltağın min cür gopunu,
Bir gün alar zaman onun köpünü.
Axıtma selində saman çöpünü,
Arazın olanda, Kürün olanda.
Fitnə olub demə qəlbin sezilməz,
Hamı bilir mardan şərbət süzülməz.
Haqqı tutsan, Nadir, qəti üzülməz,
Böhtanın olanda, şərin olanda.
Dostları ilə paylaş: |