61
TƏNHA ULDUZ
Soyuq
səmalarda bir yorğun ulduz
Gör necə titrəyir ay işığında.
Bu qış gecəsində o yorğun ulduz
Görəsən, nə gəzir ay işığında?
Dənizdə yol
azan bir gəmi kimi
Fikrim yer axtarır gecələməyə.
Niyə yandırırsan mənim qəlbimi
Odlara çırpınan pərvanə kimi?
Soyuq
səmalarda o tənha ulduz
Görəsən, nə gəzir ay işığında?
Mənim ürəyimdi o tənha ulduz,
Ruhuna qovuşur ay işığında.
GÖY ÜZÜ BİR DƏNİZDİR
(Mən dənizsiz yaşamadım...N. Xəzri)
Göyün üzü bir dənizdir,
Arzularım – ləpələri.
O ləpələr sevən
qəlbin döyüntüsü, –
ömürboyu canlı, diri!
O dənizin sahilində
qızıl qumlar...
Mən adımı axı necə
62
yazım orda?
Necə yazım? –
Oxunsun hər naxışında
ilk sevgimin
hərarəti,
şıltaqlığı, nazı orda!
İllər keçir,
Yandıracaq,
Donduracaq
ürəyimi
Neçə-neçə yayın odu,
Neçə-neçə qışın qarı.
Fəqət heç vaxt sönən
deyil
O sevginin ürəyimdə böyütdüyü
Dəniz boyda məhəbbəti – yadigarı!
Xəyalım da, ümidim də –
dəniz... dəniz...
"Mən dənizsiz yaşamazdım,
Görən, necə yaşayacaq dəniz mənsiz?"
1982.
Dostları ilə paylaş: