Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə40/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   36   37   38   39   40   41   42   43   ...   111
GÖYLƏR ÇAĞIRIR 
   
Torpaqla asiman arasındayam, 
Yer məni səsləyir, göylər çağırır. 
Cismimi yer çəkir, ruhumu göylər, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Yetişib mənzilim, başadır mənim, 
Torpaq, səma – qibləm, qoşadır mənim, 
Ömrümü üç balam yaşadır mənim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Şaqraq gülüşlərim, şən nəğmələrim, 
Nakam sevda dolu qəm nəğmələrim, 
Bir qu nəğməsiydi son nəğmələrim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 


69 
 
Xoşbəxt tale payım sən – Rəna oldun, – 
Şam idim, başıma pərvanə oldun, 
Hər bir əzabımdan divanə oldun, 
Əfv elə, gedirəm, göylər çağırır. 
   
Rəşidə, boyunun qurbanı olum, 
Rəşidəm, mehrinin heyranı olum! 
Qoy uçum göylərə tərlanın olum, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Rəşadım, bir dünya könül varımsan, 
Nurumsan, möhtəşəm dağ vüqarımsan, 
Mənim ciyərparam, ilk nübarımsan, 
Bağışla, gedirəm, göylər çağırır. 
   
Sən mənə Nicatsan, sən mənə arxa, 
Kişiyə yaraşmaz ölümdən qorxa, 
Sınma, bir də gələr su gələn arxa, 
Bağışla, gül balam, göylər çağırır. 
   
Dünya pəncərədi, ömür həvəsdi, 
Hər bir cəfamıza dözdün də, bəsdi. 
İmdadım, imdada yetmə əbəsdi, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 
 


70 
 
Ana, qolların aç, ağla məni, 
Sel kimi gözündə yaş, ağla məni, 
Artıq yanındayam, qucaqla məni, 
Ruhum qala bilmir, göylər çağırır. 
   
Dayağım, sirdaşım olan dostlarım, 
Bulud tək boşalıb, dolan dostlarım, 
Sizə xatirəmdi qalan, dostlarım, 
Mən qala bilmirəm, göylər çağırır. 
(18 Noyabr, 2002. Moskva.   
Mərkəzi Klinik Xəstəxana) 
   
YAXŞILIQ 
   
Qaranlıq yollarda işıq yandırar, 
Dumanın yolunu tutar yaxşılıq. 
Soluxmuş gülləri pərvazlandırar, 
Arzunu arzuya qatar yaxşılıq. 
   
Nadanı sındırar – hünərsiz eylər, 
Gödəldər dilini, kəsərsiz eylər. 
Namərdə divanı xəbərsiz eylər 
Yamanın gözünə batar yaxşılıq. 
   
Günəşdən ucadır öz baxışıyla, 
Ölçülüb çəkilməz dünya varıyla. 
Bir insan nəslinin cığırlarıyla 
Qayıdıb özünə çatar yaxşılıq. 


71 
 
KÜSMƏ 
 
Dindirsəm, qar yağar qaş qabağından, 
Sən məndən deyinib-küsəndə, küsmə. 
Bu qədər dəyişib sozalmaz, gülüm, 
Ayaz dəymiş nərgiz, süsən də, küsmə! 
   
Baxışlar daşıyar hər dərdi, səri, 
Baxışlar söyləyər nəğməni, şeiri, 
Gözüm kövrək-güllü qafiyələri, 
Qumral gözlərinə düzəndə, küsmə! 
   
Köksümdə əriyər həsrət düyünü 
Əlim əllərinə dəysə o günü. 
İntizarın, sənsizliyin kökünü 
Sinəmdən qoparıb üzəndə, küsmə 
   
Alışdırdın mənim sonsuz sevgimi, 
Qığılcım – baxışla, yanar qov kimi. 
Həsrət dodaqlarım cüt alov kimi 
Titrəyib üzündə əsəndə, küsmə! 
   
Sərdarın həyatı gül nəfəsində, 
Gəl məni söndürmə bircə əsimdə. 
Qaynar baxışının od kürəsində, 
Qovrulan da mənəm, dözən də, küsmə! 
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin