73
SIX SAZI SİNƏNƏ...
Sıx sazı sinənə oxu, qardaşım,
Şeirlərin muğan düzündən betər...
Qüssənin şaxtasın, kədərin qışın
Gördüm – cəhənnəmin üzündən betər...
Qüssələr qəlbini
oda yaxanda, –
Bağrım şan-şan olur sənə baxanda...
Görüb çəkdiyini, vallah, bu anda
Bezirəm canından bezəndən betər...
Sim kimi titrərəm nəfəsdən bele, –
Gəzərəm, dolannam belədən-belə...
Kədər ilan təki dolanar belə,
Çalar namərdləri özündən betər..
Zaman elə əsdi yolları kəsdi..
İndi xeyir şərnən nəfəs – nəfəsdi...
Könlümdən bir duyğu yel kimi əsdi...
Yanar tonqal üstə... gözündən betər!
Həsrətli gözlərdə bir damla yaşam, –
Kürəm, Araz qalıb məndən pərişan.
Dərddən qaralmışam, dərddən yanmışam...
Közüm atəşgahın közündən betər!
74
Dözülməz sitəmi biz duyanmışıq,
Kədər qabağında düz dayanmışıq,
Alov yaman gəldi, ele yanmışıq...
Sən
məndən betərsən, mən səndən betər!
NƏNƏMƏ
Çağırıram səsim sənə yetişsin,
Səslə məni, sən də səslə, ay nənə!
Xumarlanım, qığıldayım qucunda,
Gözləyirəm min həvəslə, ay nənə!
Nur camalın
ömrüm üçün yol açar,
Öp dilimdən, onda nəvən dil açar.
“Gəlişimdən, gülüşümdən gül açar”,
Gül açanda məni gözlə, ay nənə!
Tələsirəm, qollarında gəzməyə,
Sözlərindən sevinməyə, küsməyə.
Mənim üçün qurban deyib kəsməyə,
Bir qəşəngcə quzu bəslə, ay nənə!
Ömrüm-günüm, ürəyimsən, anamsan
Sən
bizlərə pərvanəsən, yanansan.
Mən Rəşadam, sən də mənim Sonamsan!
Sənsiz nəyik, bircə sözlə, ay nənə?!
1980.