76
İNCİMƏ
Niyə göylər kimi dolmusan yenə?
Məndən incimisən, gülüm, incimə!
Çən
duman bürüyüb gülən çöhrəni
Nədən incimisən, bilim...incimə!
Cazibəndən
kənar çətin ki, gəzəm,
Elə ovsunladın məni, acizəm.
Sən mənim ilahəm, pirim, möcüzəm, –
İstəsən səcdənə gəlim, incimə.
Yağdır gül dodaqdan təbəssüm mənə, –
İlğımdan sıyrılsın, tələssin mənə.
Behişt nəfəsindən
meh əssin mənə,
Titrəsin telində əlim, incimə.
DÖNSÜN
Röyalı,
nəğməli aləmdə sənsiz,
Əzabdı, dözmərəm, ay ilə dönsün.
Nur ümmana çıxan
vüsal gəmisi
Azmasın, geriyə, sahilə dönsün.
Ruhumsan, sevgimin qədəri hanı? –
Əngin göylərdəki ulduzlar sanı.
Nəqşi – heyrət qoysun eşqin dunyanı,
Açılsın, əfsunlu tər gülə dönsün.
77
Razıyam, min dəfə alışım, sönüm...
Əsmər yanağında mən telə dönüm.
Bu eşqə rişələr atanda könlüm,
Avazı qumrovlu bülbülə dönsün!
Rayihən ömrümə bahar çiçəyim,
Əlvan
gül üstündə titrək ləçəyim,
Nahaqdan könlünə dəysəm, göyçəyim,
Arzum gözlərimdə nisgilə dönsün.
Dostları ilə paylaş: