82
... HAVASI VAR
Şuşa həsrətiylə ürəyim sancdı,
Şuşanın üstündə sar havası var.
Şuşa havasıyçün ürəyim acdı,
Ay aman...Vətənin dar havası var.
Hərə bu halımı bir cürə yozdu,
Yazmalar, yozmalar kefimi pozdu.
Gördüm göylər tutqun,
yerlər bombozdu,
Sən demə bayırda qar havası var.
Nə olmur bu ömrün olacağında?-
Birdir verdiyin də, alacağın da.
Görürsən eşqinin oğlan çağında
Gülün də başında xar havası var.
Saf
hislər qoynunda süslənən ərsən,
İlk bahar sübhütək təzəsən, tərsən.
Qışda
diqqət ilə baxsan görərsən,
Donmuş budağın da bar havası var.
Yüz yaşa, min yaşa...
bəllidir sonun,
Qayada mamırın, suda yosunun.
Belədir yaşayış,
belədir qanun, –
Hər mərmər sinənin nar havası var.
83
Nədən qarışdırdın çölü, çəməni,
Göldə süzən ilə göldə çiməni?
Deyən nəsə, kimsə çağırır məni, –
Duyğunun başında yar havası var.
16.12.1997.
OLMAYIB
Elə yaşamışam,
məndən
İnciyib küsən olmayıb.
Tutduğum işə, əmələ
Bir dodaq büzən olmayıb.
Əynimə alov geymişəm,
Çörək deyil, od yemişəm.
Elə yerində demişəm, –
Sözümü kəsən olmayıb.
Sözüm Vətənə and olub,
Hecama qızıl qan dolub.
Taleyim tərs-avand olub,
Üstümdə əsən olmayıb.
Neynim belə yaranmışam,
Bahar gəzən...qaranquşam.
Elə dürüst davranmışam,-
Başımda gəzən olmayıb.
84
Dünya tamam satqı, alqı...
Mən Tanrı bilmişəm xalqı.
Duyğun olan yerdə haqqı,
Tapdayıb əzən olmayıb.
17.10.1999.
Dostları ilə paylaş: