ÇÖLÜM ÖZGƏNİ YANDIRIR...
Çölüm özgəni yandırır,
Mən yanıram öz içimdə.
Burum-burum tüstü cıxır,
Kül çırtlayır köz içimdə.
Doyüşdədir mən ilə mən,
Kim haqlıdı, bilim nədən.
Canım qurban, a cangüdən,
Qış içimdə, yaz içimdə.
Haqqı nahaq əzən gündü, –
Abdal kimi gəzən gündü.
İtən ömür dözən gündü, –
Bağırırsan... döz içimdə.
101
Sallanıban maral keçir,
Hörükləri qumral keçir...
Xəyalımdan bir xal keçir, –
Qan ağlayır qız içimdə.
Kəm baxışdan əriyən mən,
Ağlayan mən, kiriyən mən.
Ölənəcən diriyəm mən,
Yaşayacam duz içimdə.
***
Sənin məndə nəyin varsa, almısan...
Dəvəsini itik bilən ərəbəm.
Taleyimi tufanlara salmısan,
Bu yollarda azıb gələn ərəbəm.
Bir iynənin ucu boyda yuxuya
Gözlərimi dikirəm ki, yatam mən.
Sənin məndə nəyin vardı almısan,
Bir yuxuma dəymə indi, dəymə sən.
Nəyin qalıb... bu ocaqda küldü kül,
Ocağı da, külünü də al apar!
Sənin məndə nəyin vardi almısan...
Ürək qalıb, gəl onu da al apar.
|