103
***
Sənin əlin nə istidi, sonası?-
Ürəyimin yarasına çək onu.
Əllərində çiçək bitər, gül bitər, –
Yaralarim arasına çək onu.
Sənin əlin nə istidi, sonası? –
Gözlərimin yuxusudu əllərin.
Bir tale ki, məndən qaçaq düşübdü,
Taleyimin yaxasıdı əllərin.
Sənin əlin nə istidi, sonası? –
Ağ saçımı qar yerinə əridər.
Sənin əlin bir layladı sübhəcən, –
Ağrıyanda ürəyimi kiridər.
Bütün qışı əllərinin odunda
Qızınmışam, qızınmışam, sonası.
Ürəyini ürəyimdə tapmışam,
Əllərini qazanmışam, sonası.
Dostları ilə paylaş: