PAŞA QƏLBİNUR
(1952)
Paşa Qəlbinur (Paşa İsmayıl
oğlu Musayev, həkim, şair, pub-
lisist, alim, pedaqoq) 1952-ci il
martın 30-da Şəmkir rayonunun
Çinarlı qəsəbəsində qulluqçu
ailəsində anadan olmuşdur. Bu-
rada Müşfiq adına kənd orta
məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nə-
rimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsində təhsilini davam
etdirmişdir (1968-1975).
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun göz xəstəlikləri kafedrasının professoru
(1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci
ildən).
“Gözlər” adlı ilk şeirini 13 yaşında yazmışdır.
1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında çap
olunan “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən ilhamı
gözlərimlə görmüşəm” şeirlərindən üzü bəri dövri
mətbuatda vaxtaşırı çıxış edir.
“Ay bir əlçim buluddur”, “Gözün yarımkeçirici
baryerləri”, “Payız məktubu”, “Rəngli gözyaşları”,
“Biologiya və təbabətdə RMT-nin poliadelləşdirməsi
problemi”, “İtmiş həsrət kimi”, “Təbabət poeziyanın
fəlsəfi əyarı kimi və ya maye işıq”, “Ağlıma gələnlər
106
başıma gəldi”, “Qara su (roman, rus dilində)”, “Qara
su, Göz dağı (roman)”, “İdrak ətri (Esseler)” və başqa
kitabların müəllifidir.
1992-ci ildən AYB-nin üzvüdür.
GÖRƏ BİLMƏSƏM
Məni imtahana çəkir taleyim –
Suda balıq olub qarmağı görəm...
Məni imtahana çəkir taleyim –
Ov olub tətikdə barmağı görəm...
Yük oldu qeyrətim illər uzunu –
Boynuma minənlər yəhər bildilər.
Gözlərimdə çaxan ildırımları –
Yadlar yox, doğmalar səhər bildilər...
Ürəyim – əlləri qabar fəhlədi
Neylədim qiymətsiz-urvatsız oldu.
Mənim hər hüceyrəm qarışqa yüklü –
Bu yükün altında qəddim əyildi...
...Qurşağacan yerə mismarlanmışam
Dizimdə fil gücü, zəncir çeynərəm.
Top atsan – elə bir qəzəbəm ki, mən
Onu nəfəsimlə susdura billəm!
107
Məni imtahana çəkir taleyim –
Suda balıq olub qarmağı görəm,
Ov olub tətikdə barmağı görəm,
Bəs görə bilməsəm, görə bilməsəm?..
14 avqust, 1999
AY NURU KİMİ
Qurd kimi yalnızam, şir kimi güclü!
Sən mənim yoluma çıxa bilməzsən.
Sən deyən deyiləm; sən olammaram –
Pul kimi hamının xoşuna gələm...
Mənim bir az – gülnən yaxınlığım var,
Mənim bir az – aynan yaxınlığım var.
Ayın nurundan çox üzdə həyam var...
Kürün suyundan çox ilham payım var...
Düşmənim, dostlarım saysız-hesabslz!...
Taleyim – Cənabi Haqqın nurunda!
Sən mənim haqqımı tapdayammazsan!
Aya, göyə, suya atılan, güllə –
Gücün nə olsa da; zərrəsən, tozsan,
Sən mənim haqqımı tapdayammazsan!...
24 iyun, 2001
|