110
Ulu Tanrım,
bu səhər
Gündüzü gecəyə dönənlərə də –
Zülmətli gözlərə qoy İŞIQ dolsun.
...Barmağı tətikdə, əli nişanda,
Ovçuya da, ova da –
Allah özü kömək olsun!
Gəncə, 13 iyul, 1991
AYANIM
Sənə şeir yazmaq istədim
Ürəyimin gücü çatmadı.
Saçlarının ətrinə
Çörəyimin gücü çatmadı.
Nəfəsində
İşığın ətri, Günəşin dadı
Səsin –
Allahın adı...
Elə bil bağrımnan çıxan ürəksən
Elə bil bu dünya heç olmayıbdı,
Ya mən olmamışam
dünyada min il...
Gəl ürək,
gəl görək, gəl boynuma min! –
Ürəyim boynumda
dünyanı gəzək.
14
sentyabr, 1999