97
NƏDİR ÖLÜM
Nəcib insan, həmkarım Sura xanımın unudulmaz
xatirəsinə
Həyat əzəl
gündən mübarizədir,
Həyat üzərində zəfərdi ölüm!
İnciyən, yıxılan, yanıb-yaxılan
Ruhları qoruyan sipərdi ölüm!
Ölümdən qorxaraq qaçırıq bəzən,
Quştək qanad açıb uçuruq bəzən,
O bizi haqlayır, saxlayır həmən,
İki dünyamıza çəpərdi ölüm!
Uçsa da göylərə, çıxsa da dağa,
İstər ahıl olsun, istərsə çağa.
Torpaqdan yaranan düşür torpağa,
Torpağa qarışmış gövhərdi ölüm!
Uymayır ad-sana, vara, dövlətə,
Fərq qoymur, aldanmır,
şana-şöhrətə,
Bu fani dünyada ədəbiyyətə
Aparan
bir yoldu, səfərdi ölüm!
Həyat əfsanədir,
ölüm həqiqət,
Ruhu bədənindən ayıran qüdrət,
Bir gün içəcəyəm ən acı şərbət,
Büllur qədəh dolu zəhərdi ölüm!
Vaxtlı da, vaxtsız da kədərdi ölüm!