Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə64/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   60   61   62   63   64   65   66   67   ...   111
 
 


119 
 
KƏNDƏ ENƏN ZAMAN... 
 
Kəndə enən zaman azan durnalar – 
İşıq tellərinə dəyib öləndə
Bir anlıq qəlbindən keçir sən məni – 
Bəlkə o durnanın biriyəm mən də... 
   
Duman bürüyəndə bom-boz çölləri, 
Solğun çəmənləri döyəndə yağış 
Qəhərdən doluxmuş bir cüt göz axtar – 
O mənim gözümdür; qəmgin, yaşarmış... 
   
Gecələr uzanıb həddin aşanda, 
Payız köynəyini geyəndə dağlar 
Anla ki, ömrümə payızlar çökür – 
Ağla, məni ağla, qəlbində ağla... 
   
Qoşulub payıza gedirəm mən də 
Yaxşı ki, dünyada hələ sən varsan... 
...Payızlar gələndə düşsəm yadına 
O kənddə bir daşı sığallayarsan... 
   
*** 
Taleyim kədərli zümzümələrlə 
Mənə bu dünyanı qandırmalıymış. 
Bir gün ürəyimdə alışan sevda 
Bir gün ürəyimi yandırmalıymış. 
   


120 
 
Sönüb gözlərimin ümid işığı 
Tənha ürəyimdə nə səda, nə səs. 
Mənim ürəyimin boşluqlarını 
Çaylar min il axsa doldura bilməz. 
             
Mən deyə bilmərəm, ürəyim desin 
Bu sevda yolunda kiməm, nəçiyəm. 
Sənli günlərimi sədəqə versin: 
Zaman qapısında kor dilənçiyəm. 
           
*** 
Yaşamaq çətindir daha mənimçün, 
Hər şeyi bazara dönən ölkədə. 
Ata yurdlarına ağılar deyən 
Son kəndli şairi mənəm bəlkə də. 
       
Daha gərək deyil yaz yağışları, 
Qurumuş bulağam, solmuş çəmənəm. 
Nakam sevdalardan ağılar deyən 
Son sevgi şairi bəlkə də mənəm. 
   
Hər yanda gözyaşı, qüssə, kədər, qəm 
Bu uzun yollarda mən də yoruldum. 
Bir də ayıldım ki, bəlkə də mənəm 
Ən qəmli şairi mənəm bu yurdun... 
   
Əməlli bir tale yaşamadım ki, 
Ömrümü taladım belədən-belə. 
Ey ana vətənim, ey Azərbaycan – 
Mənə bu dərdləri sən halal eylə... 


121 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin