78
Torpaq, boynuna sarılam..
Əhdinə düz ilqarınam
Səni sevən Sərdarınam,
Sinəndə bir gülə döndüm...
18 Noyabr 2002-ci il
(Moskva, SKB klinikası)
QƏŞƏNGİN NƏĞMƏSİ
(Qoşayarpaq qoşma)
Qovuşaq bir anı, gəzək dünyanı...
Gəzək bir gümanı deyə, qəşəngim.
Qoyma bu dumanı, bahar leysanı
Qumral saçlarını döyə, qəşəngim!
Qom hörüklər nizam,
tel düzüm-düzüm,
Gəlmir üzüm sənə, deyim sirr-sözüm.
Yox gecəm-gündüzüm, həsrətdi gözüm,
Ola
bir təbəssüm deyə, qəşəngim!
Məndən kənar gəzən, bircə biləsən,
Necə dözür görən bu dərdə dözən.
Qumrovlu qəh-qəhən qıylanmır nədən,
Niyə dönükmüsən, niyə, qəşəngim?
79
Çevir mənə sarı od yanaqları,
Lalə dodaqları gizlətmə barı.
İncitmə Sərdarı, qoyma yadları,
Düz əhdi-ilqarı əyə, qəşəngim!
BİR GECƏ
Taleyimə düşən paydı gecələr,
Günlərimi yaman saydı gecələr.
Görən bizə necə qıydı gecələr? –
Şirin gecə, nağıl gecə, sirr gecə.
Bir sevdaydı,
dayanaraq üz-üzə,
Əl-ələydik, göz-gözəydik, diz-dizə.
Saçlarına,
hər gələndə sən bizə,
Ulduzlardan səpilirdi zər gecə.
Yalvarardım, danış yenə, din yenə,
Sənin üçün darıxmışam mən yenə,
Deyərdim ki,
qurban olum, sən yenə
Saçlarını sinəm üstə sər gecə.
Öyrənmişdim tellərinin ətrinə,
Nəfəsinin, əllərinin ətrinə.
Bilirsən ki,
təkcə sənin xətrinə,
Sübhə qədər dayanardım hər gecə
80
Tez unutdun gecələri nədənsə,
Gəzdiyimiz
küçələri nədənsə,
Çağırmadım, nə mən geri nədənsə,
Nə sən geri qayıtmadın bir gecə...
Dostları ilə paylaş: