52
XANIMANA ƏLİBƏYLİ
(1920-2007)
Xanımana Əlibəyli (Xa-
nımana Sabir qızı Əlibəyli, hə-
kim, uşaq ədəbiyyatında əvəz-
siz rolu olan şair) 20 aprel 1920-
ci ildə Bakı şəhərində anadan
olmuşdur.
Gənc şairə Bakıdakı 13
nömrəli orta məktəbdə təhsil almışdır. 16 yaşında
ikən Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş
və 1942-ci ildə İnstitutu bitirən gənc həkim təyinatla
Masallı rayonuna göndərilmişdir. 1938-ci ildən etiba-
rən dövri mətbuatda dərc olunmağa başlamışdır. “Ba-
laca həkim” adlı birinci kitabı isə, 1955-ci ildə 30.000
min nüsxə tirajla çap olunmuşdur. 30-dan artıq kita-
bın müəllifidir.
1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın
görkəmli simalarından olan Mirvarid Dilbazi və Mi-
kayıl Rzaquluzadənin zəmanətləri ilə AYB-nə üzv qə-
bul edilmişdir.
Dövlət mükafatına və “Əməkdar İncəsənət xa-
dimi” adına layiq görülmüşdür.
7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şə-
hərində dəfn edilmişdir.
|