51
2.
Məhəbbətəm, sevdiciyim,
Gözlədiyin o məhəbbət!
Dərə enib
dağ keçmişəm,
Sənə gəlib yetəm, fəqət.
Gec də gəlsəm,
tez də gəlsəm,
Şirin Xatın, gəlib çıxdım!
Sən ümid, mən səadətəm,
İntizarı vurub-yıxdım!
Geciksəm də, yazın oldum,
Qaçaq saldım soyuq, qarı.
Qanadınam,
gücə doldum,
Bu qanadla uçaq, barı!
İndi mənim cahanımsan,
Demə “cahan mənə dardır”!
Sənin
üçün ürəyimdə
Bir də böyük cahan vardır!
Dostları ilə paylaş: