24
MİRZƏ ƏLİXAN LƏLİ
(1845-1907)
Mirzə Əlixan Ləli və ya Mirzə Əlixan İrəvani
Azərbaycanlı şair, həkim. 1845-ci ildə Təbrizdə
dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz
mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillə-
rini öyrənib. Sonra o dövrün məşhur həkimlərindən
təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmil-
ləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıda-
raq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini
artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi
şəhərlərinə səfərlər edib. İranın ən məşhur həkimlə-
rindən biri sayılıb.
Ləlinin hikmətli sözləri dillərdə əzbər olub və
zərbi-məsəllərə çevrilib. Şair-həkim bir sıra həcvlər də
qələmə almışdır. Müzəffərəddin şahın Təbrizdə
vəliəhd olduğu vaxtlarda tanınmış xəstələrindən bir
neçəsini müalicə edib sağaltdığı üçün Mirzə Əlixan
Ləliyə “Şəmsül-hükəma” ləqəbi də verilib.
Mirzə Əlixan Ləli 1907-ci ildə Tiflisdə dünyasını
dəyişib.
Şeirlərinin çoxu Azərbaycan türkcəsindədir. Qə-
sidələri, qəzəlləri, dübeytləri və növhələri vardır.
Dostları ilə paylaş: