2. Ər-arvad. Bu sahədə Nizami çox yazmamışdır. Hərçənd ki, onun qadınlara münasibəti çox
yüksək olmuşdur. Şair qadını evin aparıcı qüvvəsi, övladların ümdə tərbiyəçisi və
cəmiyyətin yarısı hesab etmişdir. Lakin ər-arvad münasibətlərində ara-sıra bəhs edən
Nizami bu münasibətlərdə səmimi olmağın və bunun övlad tərbiyəsinə böyük təsiri
olduğunu vurğulamışdır. Əsərlərinin birində insan özünə cütlük seçəndə özünə münasib
tay tapmağı tövsiyə etmişdir. Lakin Nizami əsərlərindən məlum olur ki, o, qadına gözəl
münasibət bəsləyir, yeri gəldikdə kişiləri onların vasitəsilə ağıllandırır. Ancaq
zəhmətkeş kişini ailə başçısı kimi alqışlayır. Doğru danışmaq və vəfadarlığın hər iki
108
cinsə aid olduğunu göstərir. Ailə təkqanadlı quş deyil, o, ancaq iki qanadı ilə zəngin
səmalara qalxa bilər.