Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə62/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   58   59   60   61   62   63   64   65   ...   95
1.
 
İffət   
Şəhvətin  ən yüksək pilləsi iffətdir. Nizami irsiyyətə böyük əhəmiyyət verir və 
nəfsin toxluğunu  əsas hesab edir. Bu sahənin  ən mühüm əsəri «Xosrov və  Şirin»dir. 
Dastandakı  Şirin surəti iffətin  ən yüksək mərtəbəsidir. Bu təmiz iffətin nəticəsidir ki, 
Şirin özünü Xosrovun Şəhvətindən azad edib onu həqiqi mənada sevməsinə nail olur.  
Məhinbanunun  Şirinə verdiyi nəsihət tam iffətlə doludur. O, şaha baş  əyməməyi, 
tez  şirin sözlərə inanmamağı  və  şəhvət hesabına iffəti itirməməyi qardaşı  qızı  Şirinə 
tövsiyə edərək deyir:  
«Gər u mah əst, ma afitabim,  
Gər u Keyxosrov əst, ma Əfrasiyabim».  
O, aydırsa, biz də günəşik,  
O, Keyxosrovdursa, biz də Əfrasiyabıq.  
Şirinin öz növbəsində  Məhinbanunun nəsihətlərinə qulaq asması onun özünün 
iffətinin qorunmasına və şəhvətinə qalib gəlməsinə səbəb oldu.  
Nizami iffətdən bəhs edərkən aşağıdakıları nəzərdə tutmuşdur:  
Allahdan qorxma, pəhrizkarlıq, şərm və həya, səbr və etiqad.  


104 
 
 
Nizami sonda belə  nəticəyə  gəlir ki, şəhvət lazımdır, ona görə ki, bu, nəslin 
davamıdır. Ancaq yaxşı olar ki, bu iş savab və halal yolla həyata keçirilsin. Zinadan 
əmələ gəlmişlərin işindən yaxşı bir şey gözləmək mümkün deyil.  
Qənaət  
Xacə Nəsir Tusi deyir ki, qənaət insanın nəfsinin bütöv olması və sabahını nəzərə 
almasıdır. İnsan, heyvan deyil ki, elə əlinə keçəni dərhal yeyə.  
Nizami deyib ki, heyvanlar yaşamaq üçün əllərinə keçəni yeyib onunla da qane 
olurlar.  
İnsan isə şüuru hesabına əlinə nə keçsə toplayır, sabahı düşünür. Əlindəkindən bir 
qədəri gedəndə naləsi asimana çıxır.  
Həyatda qane olmaq asudəçiliyin rəmzidir. İnsanın az yaşamasını nəzərə alsaq cüzi 
nemətlər ona bəsdir. Şairin fikrincə qənaətlə ye ki, həmişə yeyə biləsən, başqalarını da 
yedizdirə biləsən.  İsrafçılıq insanların müflisləşdirə bilər. Nizami bütün əsərlərində bu 
məsələyə toxunmuş və dönə-dönə bundan bəhs etmişdir.  
«İskəndərnamə» əsərində Nizami bu məsələni çox qabarıq bir şəkildə göstərməyə 
nail olur. Mütəfəkkir həkimin fikrincə insan yaşamaq üçün yeməlidir, lakin tamahını 
saxlamağı da bacarmalıdır. Bir halda ki, dünya malı dünyada qalır.  
Nüşabənin  şam yeməyi vaxtı iskəndərin qarşısına boşqabda ləl-cəvahirat 
qoydurması şahı təəccübləndirir.  
İskəndər soruşur ki, yemək əvəzinə bu qızıl-gümüş nədir? Nüşabə cavab verir ki
sən ölkələri qarət etmək məqsədiylə gəlirsən, ona görə də mən səni belə qarşılayıram ki, 
doyasan.  
İskəndər bu sözdən çox tutulur və Nüşabəyə öz dost əlini uzadır. Əsərin sonunda 
hətta, o dostluğun nəticəsi kimi Azərbaycana hücum edən rusları İskəndər Azərbaycan-
dan qovur və Nüşabəni əsirlikdən azad edir.  
Nizaminin fəlsəfəsinə görə ağlın da hamısını birdən işlətmək olmaz. Ona da qənaət 
et ki, sənin bərk ayaqda köməyinə gəlsin.  

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin