Dünyanı dərk etmə Dünya haqqında çox şeylər yazılıb və çox sözlər deyilib. Nizami dövrünün
mütəfəkkir islamşünası İmam Məhəmməd Qəzali belə xülasə edir: «Dünya özü də bir
cadugərdir ki, onu insan çətin başa düşər».
Gözəl bir qadın adamı özünə aşiq edib, sonra evinə aparıb öldürə bilər.
Nizami xəmsə böyu «Sirlər xəzinəsi» əsərindən tutumuş ta «İskəndərnamə» yə
qədər dünya və onda pis-yaxşı cərəyan edən hadisələrdən geniş bəhs etmişdir. Xeyir və
şər, küpə girən qarı, zülm və rahatlıq, doğru-yalan kimi hadisələr oxucuya tam açıqlığı
ilə çatdırılmışdır. Bu, hər şeydən əvvəl şairin özünün dünyaya baxışı ilə izah edilməlidir.
Nizami fəlsəfəsinə görə dünya bir divdir. Xalqın qanı, onun abi-həyat, günəşin
çeşməsi onun nəməkdanıdır. Dünya həm də ziddiyyətlərlə doludur. Hələ heç kəs bundan
nə doymuş, nə də baş açmışdır.
Şirinin ölümü zamanı Nizami bu fikrə gəlir ki, dünyaya etibar yoxdur. Nə verirsə,
axırda onu da alır. Eşq olan yerdə, qəm də var. Əgər yarpaq gül açırsa, sonra yüz tikan
verir. Cavanlıq şadlıq gətirirsə, qocalıq ölümlə nəticələnir. Ölümlə olum arasında
əslində elə də çox bir zaman yoxdur.
Nizami bu əqidəyə gəlir ki, ancaq ağıllı adamlar bu dünyadan yaxşı istifadə edə
bilərlər. Onda ölüm onlar üçün qorxulu olmaz. Ömrün müvəqqəti, dünyanın daimi
olduğunu bildirən mütəfəkkir şair ondan bəhrələnməyin vacib olduğunu bildirir. Nizami
yazır ki, çətinliklə dünyaya gəlib, elə o tərzdə də dünyadan getməliyik. Əgər şeytan
insanı aldada bilməsə, insan dünyada çox şadyananıqla yaşaya birlər. Sadəcə olaraq
yaşamağı bacarmaq və dünyanın nəbzini tutmaq lazımdır.