Allahı dərk etmə Nizamiyə görə özünü tam dərk edən insan, allahı tanımalıdır. Çünki, kamil insan
bilməlidir ki, o, çox şey edə bilər lakin dünya yarada bilməz. Şair özünün hər bir əsərini
allahın adı ilə başlamışdır.
Bismillahi rəhmani rəhim
Həst kelid də gənce həkim. (110-1)
Xəzinənin hər bir açılışının açarı ilk olaraq allahın adı ilə bağlıdır. Şairə görə
allahını yad edənləri, allah da yad edir.
Ağıl Quranda yazılmışdır ki, insan əqli əgər salimdirsə, o, çox şeyə qadirdir. Nizaminin
əqidəsinə görə ağıldan güclü heç nə ola bilməz. İnsan ancaq mövcudatını düşünsə, ağılla
çalışmasa, bir heyvandır. Həkim şair ağılı insana ən vəfalı dost sayır və ağlın varsa, hər
şeyin var deyir.