97
1881-ci ildə «Nizami xəmsəsinin xülasəsi» adlı şeirlər kitabı Lidən şəhərində
çapdan çıxdı. Beləliklə Avropada sonralar «Xosrov və Şirin», «Yeddi gözəl» çap
olmağa başladı.
Eyni zamanda Vilhelm Baxer «Nizaminin tərcümeyi-halı və əsərləri» adlı kitabını
yazıb Almanca çapına nail oldu.
Nizaminin həyat və yaradıcılığı haqqında ən geniş və müfəssəl yazıb elmi
araşdırmalar aparan böyük rus alimi və şərqşünası Bertels olmuşdur. O, Nizaminin
«Xəmsə»sini ruscaya tərcümə etmiş, XX əsrdə Nizamidən ən çox yazıb araşdırmalar
aparan şərqşünasdır.
Ümumiyyətlə götürsək indinin özündə də bütün dünya şərqşünasları Nizamini tam
açmaq üçün böyük maraq göstərirlər. Çünki, Nizami elə bir dühadır ki, onda hələ
açılmayan mətləblər çoxdur. Onu dərk etmək üçün yalnız özünün səviyyəsində
olmalısan.
Dostları ilə paylaş: