İnsana bələdlik Nizamiyə görə insan ismi və əqli ilə bağlıdır. Hər iki ünsür bir-biriylə sıxı bağlıdır.
Şairin nəzərincə cismi ona yaşayış, ruhu və əldə etdiyi əqli isə ona yaşayış tərzidir.
Cismi bir ovuc torpaq və Sudan ibarətdir. Ağlı isə onun dərk etmə qabiliyyəti ilə ölçülür.
Yatmaq, yemək, zülm etmək, doğmaq, cahangir olmaq, mərdimazarlıq, yalan danışmaq,
malpərəstlik, alicənablıq onun əsas xislətidir. Bütün bunları Nizami öz əsərlərində
tərənnüm etmişdir. O, etiraf edir ki, insan yer üzünün əşrəfidir. Nizami eşqi bəşəriyyətin
fövqündə dayanan ən ümdə məslələrdən biri hesab edir. Çünki, eşq insana bəxş edilmiş
ən gözəl hissiyatdır, insan həm sevməli, eyni zamanda həm də sevilməlidir.
Nizami hikmətində əxlaqlı insan özünü dərk edirsə, o, allahını da dərk etmiş olur.
Övladına nəsihətdə deyir ki, özünü tanı ki, allahını da tanıyasan. Nizami ağlı insana dost
100
sayır. «Ağıldır insanın dövləti, malı» deyir. Ağıl həm fərdi, həm də iqtisadiyyat üçün
lazımdır. Çünki cəmiyyəti ağıllıar idarə etsə, onda inkişaf olar.