102
Ölüm
Ölümdən dəhşətli bir şey dünyada yoxdur. Yaşayanların hamısı gərçi aqibətlərinin
belə olacağını öncədən bilirlər. Ancaq filosof və ağıllı adamlar əslində ölmürlər. Ona
görə ki, onların əməlləri yaşadıqca özləri də yşayırlar. Ölümə çarə yoxdur.
Ölüm fəlsəfi
həkim Nizamidə yaşayış üçün ibrət və tənbehdir.
Nizami «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl»
və «İskəndərnamə» qəhrəmanlarının ölümlərini və son əcəl aqibətlərini
müxtəlif tərzdə
göstərsə də, axırı qara torpaq olduğunu vurğulayır. Keyxosrovları, İsgəndərləri udan
qara torpaq gələnin bir gün gedəcəyinə bariz nümunədir. Dünya tülkü kimi hiyləgərdir.
Nizaminin
tövsiyəsi budur ki, ömründəki həyatını o qədər yaxşı keçirt ki, ölüm
ayağında peşman olmayasan, ömrü şadlıqla yaşayasan.
Ölümü ölümdən qabaq düşün
deyən Nizami ondan da qorxmamaq lazımdır əqidəsinə gəlir.
Ömrü ömür kimi başa
vuranlar xoşbəxtdir. Bütün mübarizələr həyatda ancaq diri olanda olur. Ölümdən
sonra
iki ad qalır: «Yaxşılıq və pislik».
Birinciylə yaşayanları nikbin, iknciylə yaşayanları bədbin anıb yad edirlər.
Dostları ilə paylaş: