Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə170/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   166   167   168   169   170   171   172   173   ...   196
Milli Kitabxana

399


-

Hə,  qızım,  dustaqlıqdan  qaçmısan.  Çox  da  yaxşı  etmisən.  O,  dəli  ananın

sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək.

Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına

atıldı.  Sonra  başını əyib  divanın  altına  baxdı  və Qaraca  qızı  orada  görməyib  mat

qaldı. Hüseynqulu ağa soruşdu:

-

Qızım,  nə üçün  mat  qalmısan?  Söhbət  elə görək  nə var,  nə yox.  Ağca



xanım soruşdu:

-

Ata, sən çoxdanmı buradasan?



-

Nahardan sonra gəldim, qızım.

-

Sən gələndə qapı açıq idimi?



-

Yox, mən özüm açdım. - İçəridə kim vardı?

-

İçəridə,  bax,  bu  xallı  pişik  vardı, - bunu  deyə-deyə Hüseynqulu  ağa  dal



tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. - Qızım, bundan ötrümü soruşdun?

Ağca xanım pişiyi alıb dedi:

-

Yox, ata, bundan ötrü soruşmuram.



-

Bəs kimdən ötrü soruşursan?

Ağca xanım cavab verməyib fikrə getdi.

-

Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz.



Ağca xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona izin

verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi:

-

Ata, anama deməzsən ki, söyləyim.



-

Demərəm, qızım, söylə.

Ağca xanım əhvalatı ona söyləyib soruşdu:

-

Ata, bes Qaraca qız buradan necə çıxmışdır.



-

İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca

qız  ilə oynarsan  və həm  də onun  buradan  necə çıxmasını  özündən  soruşarsan. -

Bunu  deyən  Hüseynqulu  ağa  divanın  üstündən  qalxdı.  Ağca  xanım  şadlığından

bilmirdi ki, nə etsin.

Hüseynqulu ağa qızı ilə bağı gəzirkən Piri kişinin daxmasına çatdı. O vaxt Piri

kişi qapısında oturub  səbət  hörürdü. Qaraca qız da arxda  qabları yuyub, daxmaya

girirdi.  Qaraca  qız  Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.  O,  içəridən  döşək

gətirib  yaşıl  otların  üstünə saldı.  Hüseynqulu  ağa  oturdu  və üzünü  qızlara  tutub

dedi:



Milli Kitabxana

400


-

Siz də gedin bağda oynayın.

Qaraca  qız  qavalını  götürüb  Ağca  xanımilə gəzməyə və oynamağa  getdilər.

Ağca  xanım  və Qaraca  qız əl-ələ verib  bağda  qaçmağa  və oynamağa  başladılar.

Ağca  xanım  başına  gələni  Qaraca  qıza  nağıl  etdi,  o  da  Baba  otağından  necə

çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba

otağında  görüşsünlər.  Qaraca  qız  Ağca  xanıma  qaval  çalıb,  mahnı  oxumağı  və

oynamağı  öyrədirdi.  Axırda  hər  ikisi  göy  otun  üstündə oturub  söhbət  etməyə

başladılar. Ağca xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra

qayıtması yadına düşdükcə ürəyi sıxılırdı.

Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar.

Bunlar  qızları  götürüb  arı  pətəklərinin  tamaşasına  getdilər.  Qızlar  arıların

işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:

-

Bu pətəyin arıları çox vurağandılar, qızlarım, bunlardan özünüzü gözləyin.



Bir  başqa  pətəyə çatdıqda  gördülər  ki,  buranın  arıları  pətəyin  ağzında  qarışqa

kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:

-

Yaxşı  vaxtda  gəlmişik,  bu  saat  buranın  arısı  beçə verəcəkdir. - Sonra



üzünü  Qaraca  qıza  tərəf  tutub  dedi. - Qızım,  qaçaraq  get,  evimizdən  o  gün  sənə

göstərdiyim ağ torbanı götür gəl.

Qaraca  qız  yüyürərək  getdi,  bir  azdan  sonra  arılar  pətəkdən  dəstə-dəstə çıxıb

uçmağa  başladı.  Piri  kişi  onların  dalınca  düşdü.  Axırda  aılar  bir  gilas  ağacının

budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı

kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında

hazır oldu. Piri kişi Ağca xanıma dedi:

-

Ağca  xanım,  hər  yuvada  bircə dişi  arı  olar,  ona  şah  deyərlər.  Bir  yuvada



iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O

vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə

cür əhatə etmişlər.  İndi  biz  onu  tutub  təzə arı  səbətinə salmalıyıq.  Onda  arılar  da

onun başına cəm olacaqlar.

Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi:

-

Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz.



Qaraca  qız  pişik  kimi  ağaca  dırmaşmağa  başladı.  Ağca  xanım  Piri  kişidən

soruşdu:


-

Baba, o arılar Qaraca qızı sancmazlarmı?





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin