Milli Kitabxana
395
Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə gen-bol bir imarət idi. Bundan
başqa evin baş tərəfində üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu,
Hüseynqulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri
xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki
otağın ağzı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri
saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib
Hüseynqulu ağa üçün açıq saxlanırdı. Burada Hüseynqulu ağa nahardan sonra
uzanıb bir az rahatlıq edərdi. Bu otağın bircə dənə pəncərəsi vardı, o da qeyri
pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng
şüşələri içəriyə bir o qədər işın buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu
otaq ağalıqda "Baba otağı" adı ilə məhşur idi. Axır vaxtlarda Ağca xanım müqəssir
olduqda, onu tənbeh üçün bu otağa salırdılar. Qaraca qız çəpər uzunu gəlib, evin
başına çatdıqda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yasıl,
qırmızı, Sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür
olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki,
oradan baxsın. Bunu Ağca xanım içəridən görürdü. Barmağı ilə şüşəni döydü ki,
özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşə cingilti ilə sınıb yerə
töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də,
yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağca xanım sınan
şüşənin yerindən baxıb yavaşcadan Qaraca qızı çağırdı. O da özünü ona göstərib
dedi:
-
Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?
-
Bəli, onu sən haradan bildin?
-
Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab
oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi.
-
Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovanın acığı tutanda,
məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb
özün üçün bağda azad gəzirsən.
-
Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsən.
-
Yox, məni heç kəs ilə oynamağa qoymurlar, gəzəndə həmişə Mariya
İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm.
Qaraca qız dedi:
Milli Kitabxana
396
-
Nə etməli, səni mənimlə oynamağa qoymurlar.
-
O qucağındakı nədir, - deyə Ağca xanım soruşdu. Qaraca qız xallı pişiyi
ona göstərib dedi:
-
Bu pişik balasını bu sabah bağdan tapmışam.
-
Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü.
-
İstəyirsən, sənə bağışlayım.
-
Çox yaxşı, gətir bu deşikdən ver.
-
Oraya nə tövr gəlim, qapıdan gəlsəm, məni görərlər və qoymazlar.
-
Gör çəpərdən keçə bilərsənmi?
-
Yaxşı, görüm keçə bilərəmmi, - deyə Qaraca qız ağacdan düşüb çəpərdən
keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu
gördü, bu deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çrxdı. Sonra
gizlincə gəlib pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi:
-
Haradan keçdin?
-
Su arxının deşiyindən. Al, gör nə yaxşı pişikdir.
Ağca xamm pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:
-
Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.
Ağca xanım dedi:
-
Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də
gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də
gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış ya yox. Bunu
deyib Ağca qapını çəkdi, qapı açıldı.
-
Ah nə yaxşı oldu, tez ol gəl.
Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini
qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar.
Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı
qarışıb, Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi.
Lakin bu unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq
üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. Bir dəfə də
çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağca xanımın rəngi qaçıb
bədəninə titrətmə düşdü. Özünü elı itirmişdi ki, anasının sualına cavab verə
bilmirdi.
|