Milli Kitabxana
387
çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi
yaralanmışdı. Bu halda ovçular bayırdan:
-
Axtar bas, Xalı bas, Gümüş bas, - deyə qısqırtdılar. İtlər cürətlənib yenə
özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan
sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı.
Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi.
Ovçuların biri:
-
Afərin, mənim gülləm.
-
Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir.
-
Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan
mənim gülləmdir.
-
Səbir edin, əzizlərim. Bu saat məlum olar, - bunu deyib, əvvəlki adam
atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib
diqqətlə baxmağa başladı:
-
Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra
üzünü nokərlərinə tərəf tutub dedi:
-
Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu
ovdan qayıtmayacağam. Elə öz meşəni tərif edib məni məsxərə edirdin ki, sizin
meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:
-
Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə
ayısı deyil. Əldə bəslənmiş ayıdır.
-
Elə iş ola bilməz. Onu haradan bildin?
-
Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu
deyirəm?
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı
ilə gülməyə başladılar. Hüsenqulu ağa əvvəl dostlarından sözünü zarafat hesab
etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına
qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə
içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
-
Deyəsən, mağarada yenə ayı var.
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək
Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra
çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca
qızı buraxdı, amma o, hərəkətsiz
Milli Kitabxana
388
qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə
gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüsenqulu ağa ondan soruşdu:
-
Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:
-
Hüsenqulu ağa, gormürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir.
Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından
qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı
ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.
Səlim bəy qıza diqqətlə baxıb dedi:
-
Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır,
sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd
etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə
qonaqlıq edib sizə böyük kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
-
Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki
mənim köpəyim tapmışdır.
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
-
Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadın Pəricahan xanım qaraçı
qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
-
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri
kişiyə verəcəyəm ki, o saxlasin.
Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə
ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç
dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola
düşdülər.
Qaraca qız özünə gəlib yol uzunu başıa gələn əhvalatı alayarımçıq nağıl etdi.
Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:
-
Çox gözəl oldu, indü heç kəs qızı məndən ala bilməz.
* * *
Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər
evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı
bir-birinə qarışmışdı. Ağca xanım bu səs-
|