Milli Kitabxana
383
mışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən
yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif
səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb
Yasəmənə göstərdi.
-
Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.
Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar
Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər
ikisinə yer salıb rahat etdilər.
Axşam çağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox
qəzəbləndi və dedi:
-
Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla
gətirəcəkdir.
Qaraçılar Yusifi sakit edib dedilər:
-
Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durum bayıra
çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona
qulluq edər.
Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə
qaldı.
Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi.
Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə
rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması
getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.
Yazıq Yasəmən qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində
çapalayırdı. Onun gozləri həmişə yumulu idi.
Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı
törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı,
quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin
qırmızı şöləsindən parlayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi
yanaqları solub zanbağ rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə
ona dedi:
-
Hüsniyyə, Yusif haradadır?
-
Bayırdadır, bacım, çağırımmı?
-
Çağır, hamını çağır... ölürəm...
-
Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa, sənin üçün həkim
tapıb gətirəcəyəm.
Milli Kitabxana
384
Bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla
bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər. Yasəmən dedi:
-
Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq
as... Əmələ gətirməyə söz ver...
Bir az dayanıb yenə təzədən başladı:
-
Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən,
söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm
və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq son mənə söz ver ki, bundan
sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən...
Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:
-
Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ getirməyə söz verirəm.
Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi:
-
Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan muğayat ol. Ah, gözlərimə
qaranlıq çökür... Məni boğurlar... Yusif... Hüsniyyə... Qaraca qız... – deyə
Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.
* * *
Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin
sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başlandı. Hüsniyyə
bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında
idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün
səhər mənzildən çıxıb bır də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin üzünə
baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər
çəkir.
Axır vaxtlar Yusif bir pis əmələ də mürtəkib olmuşdur: belə ki, əlinə düşən
pulu içkiyə verib tez-tez məst oturdu.
Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.
Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan
oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif
etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı
cavanlara xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul
ilə doldurdular.
|