Milli Kitabxana
374
-
Kişi, gör bu nədir, - deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb
dedi:
-
Şükür olsun, axırda tapdım. - Sonra üzünü uşağa tərəf tutub dedi:
-
Sənin adın Nurəddindirmi, oğlum?
-
Bəli, - deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə
soruşdu:
-
Kişi, sən bunun adını haradan bildin?
-
Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu
əlimdəki də sənə nağıl etdiyim "Gülüstandır".
-
Bunu allah bizə övlad göndərmişdir.
-
Afərin Rəhimə, yaxşı anlamısan, - deyə Rəhim Rəhimənin sözünü təsdiq
etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya
getdi.
* * *
Rəhim, Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub
ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi.
İşinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək
işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq
övladları qırılıb vərəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda
arvadının təkidi və təklifınə görə, altı ay idi ki, almalısını alıb, satmalısını satmışdı;
Rəhimənin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə
başlamışdı.
Həkim təyin etdiyi vaxtdan da irəli. Nurəddin sağalıb ayağa durdu. Rəhim və
Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi
soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə
rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılını tamam edib Rəhimdən təvəqqe
elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi:
-
Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki,
özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə.
Kim bilir, yenə başına nə gələcəkdir.
Rəhimə sözünü qurtarmamışdı ki, Rəhim Nurəddinin kitabını əlinə götürüb
dedi:
-
Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
Milli Kitabxana
375
-
Bəli, atam söyləyibdir, - deyə Nurəddin cavab verdi.
-
İndi al, onun cildində yazılan yazını oxu. Nurəddin alıb oxudu.
"Yaxşılıq elə balığı at dəryaya balıq bilməsə xalıq bilər". İmza: Rəhim".
-
Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə
ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi, indi onun
borcunu qaytarıb sən oğluna verirəm, - dedi. -
Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm. Gülpəri qəyyum
olduğuna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz;
çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələr.
Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir
məişət başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən
atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. Bir dəfə dərsdən
qayıdarkən Nurəddin küçədə Cənnətəlini gordü. Çox sevindi, onunla görüşdü.
Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi.
-
Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm.
Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:
-
Həmişə belə et, oğlum. Fəqir-füqaranı yaddan çıxartma.
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər.
Rəhim Nurəddinə verdiyi sözə əməl edib, Baharın dalınca adam göndərmişdi.
Bir axşam Nurəddin, Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri
girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld
qalxıb dedi:
-
Bahar, məni tanımırsanmı? - Bu sözü deyib özünü onun üstünə atdı. Bahar
ancaq indi ayılıb dedi:
-
Vay, Nurəddin sağ imiş. - Bunu deyib Nurəddini bərk qucaqladı. Bunları
bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan
sonra dedi:
-
Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən
üç gün sonra kəndçilər papağını çaydan tapıb Əmiraslana vermişlər. O da divana
məlum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki,
Əmiraslanla Gülpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə
göndərdilər və mənə də dedilər:
|