Milli Kitabxana
370
din diksinib qalxdı və az qaldı ki, ağacdan yıxılsın. Zavallı uşağın ürəyi elə
atlanırdı kt, deyəsən bu saat partlayıb çıxacaqdır. Bir azdan sonra yenə səs təkrar
oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi:
-
Bayquşdur, ulayir. O vaxt kəndə gedəndə də bizi qorxutdu.
Bu ittifaqdan sonra daha Nurəddin yata bilmədi. Bütün bədəni ağrıyırdı.
Gecenin qaranlığı, meşənin vahiməsi yalnız uşağa deyil, hətta böyük adama da
qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi:
-
Hərgah Əmiraslan ilə Gülpərinin danışığını eşitməsəydi, indi meyidim
qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit
olardı.
Nurəddin fikrə getdi. Bütün keçmişi gözünün qabağından bir-bir gəlib keçdi.
Budur, balaca uşaqdır. Ata və anası ona hər gün bir şey bağışlayırlar ki, onu şad
etsinlər. Budur, əvvəlinci dəfə məktəb formasını geyib məktəbə gedir, anası onu
qucaqlayıb şirin-şirin öpür və sevindiyindən ağlayır... Ah, o gözel günlər nə tez
keçdi... Qara günlər başlandı. Anası öldü, Gülpəri gəldi. Atası öldü, İmamverdi
gəldi. Sonra Bahar... Köç... Əmiraslan... Yenə İmamverdi... Yenə Əmiraslan...
Gülpəri... Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha səbir
eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb
sakit etdi. Bir azdan sonra Nurəddin yenə yuxuya getdi. İkinci dəfə Nurəddini
qarğalar yuxudan oyatdı.
Demə Nurəddin yatan ağacın başında bir qarğa yuvası varmış. Sübh vaxtı ana
qarğa balaları üçün yem dalınca uçanda qəflətən ağacda bir qaraltı gördü. Qarğa
əvvəl səssiz, budaq-budaq atılıb diqqət yetirdi ki, görsün bu qaraltı nədir. Elə ki,
düşməni olan insan olduğunu yəqin etdi, bir elə qarıltı saidı ki, bir-iki dəqiqənin
ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. Köməyə gələn qarğalar
bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə
gəlib ağacda yatdığı yadına düşdü. Nurəddinin tərpənməsi qarğaların qarıltısını
artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki,
deyəsən bu saat onu dimdikləyib yerə salacaqdılar. Nurəddin işi belə görəndə
ağacdan enməyə başladı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya
gəldi. Nurəddin bunu gorüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
-
Oğlum, quşun yuvasını dağıtmaq günahdır.
Milli Kitabxana
371
-
Mən yuva dağıtmıram əmi, - deyə Nurəddin cavab verdi.
-
Bəs bu səhər ertəsi orada nə qayırırsan?
-
Mən bu gecə burada yatmışdım.
-
Nə üçün ağacda yatmışdın, oğlum?
-
Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım.
-
Ağacdan düş, oğlum, mən səni evinizə apararam. Nurəddin bu təklifdən
qorxub titrəyə-titrəyə belə cavab verdi:
-
Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm. Dilənçi
Nurəddinin titrəməsini görüb dedi:
-
Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam.
Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm.
Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib düşdü.
-
İndi söylə gorüm, oğlum, sən kimsən və haraya gedirsən?
-
Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı
sənə nağıl edərəm.
Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi.
Nurəddin alıb şirin-şirin yeməyə başladı. Nurəddinə ömründə heç bir xörək belə
ləzzət verməmişdi.
Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri
tamamilə dilənçiyə nağıl etdi.
-
Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, - dəyə
Nurəddin dilənçiyə yalvardı.
-
Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Ancaq gərək səbir edəsən.
Sizin şəhər buradan xeyli uzaqdır, pul da yoxdur ki, vaqon ilə gedək. Buranın iki
yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına
gedərik, bəlkə ondan pul tapdıq. İndi gedək.
Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü:
-
Yox, belə yaramaz gərək üstünü dilənçi üstünə oxşadaq, - bunu deyən
yolçu, qoltuğundakı köhnə paltarı ki, ona allah payı vermişdilər, Nurəddinə
geyindirdi və bir cındır yaylıq ilə başını örtdü.
-
Hə, indi hazırsan, gedək.
Hər ikisi yola düşdü. Dilənçi paltarı Nurəddini elə dəyişdirmişdi ki, onu
tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan bir çaparaq
atlı goründü. Nurəddin dönüb baxanda canına titrəmə düşdü.
-
Əmi, bu gələn Əmiraslandır. Məni axtarır, Durma qaçaq.
|