Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə153/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   149   150   151   152   153   154   155   156   ...   196
Milli Kitabxana

364


Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi

ki,  Gülpəri  onu  özü  ilə aparmadı. Şəhərin  natəmiz  havasından  saralıb  heyvaya

dönən  Nurəddini  bir  ayın ərzİndə tanımaq  olmurdu. Ətə-cana  gəlib  üzü  lalə kimi

qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbextlik çox çokmədi. Gülpəri əre

gedəndə öz  razılığı  və Nurəddinin  razılığı  i]e  onu  atasrnm  yanında  qoymuşdu.

Amma  indi  nədənsə fikrini  deyişdirib,  Nurəddini  öz  yanma  aparmaq  istəyirdi.

Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə de hər gün ata və qız arasında

bu barede qovğa vardı. Bu isə Nurəddinə çox tesir edirdi. Axırda Nurəddin dedi:

-

Baba,  daha  Gülpəri  ilə dalaşma,  men  razıyam.  Onun  yanında  olanda  nə



olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm.

İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə köçdü.

Az bir müddətdə Əmiraslan Gülpərinin əlində olan nəqdi pulunu gah yalvarmaq və

gah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmiraslan elə bilirdi ki, Gülpəri

Hacı  Nəsirin  dövlətindən  lazımınca  yükünü  tutubdur.  Amma  onun əliboş  olması

tezliklə məlum oldu. Bu cəhətə Əmiraslan gündə Gülpəri ilə dava-qalmaqal etməyə

başladı.  Gülpəri  işi  bu  halda  gördükdə neçə müddətdən  bəri  ürəyində Nurəddinin

dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmiraslana söylədi və ondan bu işə çarə

istədi. Əmiraslan çox şad olub dedi:

-

Hərgah  indiyə



kimi  bunu  məndən  gizlətməsəydin,  çoxdan  çarə

tanımışdım. Yenə də taparam. Sənin işin yoxdur.

* * *

Nurəddin  elə bilirdi  ki,  hər  vaxt  istəsə,  İmamverdi  babanın  yanına gedə bilər.



Lakin bu fikrin yanlış olması ertəsi günü ona məlum oldu. Bu tərəfdən də Gülpəri,

və ələlxüsus, Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmiraslan öz

fikri  cəhətincə Nurəddinlə mehriban  dolanıb  onu  yanından  iraq  qoymayırdı.

Haraya gedirdi  özü  ile  apa-nrdı.  Bir  dəfə Əmiraslan  Nurəddini  götürüb  bağına

gezməyə apardı.  Orada  onu  gilas  ağacına  çıxartdı  ki,  gilas  dərsin.  Nurəddin  gilas

ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmiraslan dedi:

-

Nurəddin,  o əlinlə tutduğun  budağın  başında  gör  nə çox  gilas  var,  çıx  o



şaxı sındır. Eləcə evimizə aparaq.


Milli Kitabxana

365


Nurəddin dedi:

-

Budaq nazikdir, qorxuram sına.



-

Bəs  sən  deyirdin,  mən  qorxaq  deyiləm.  O  budaq  mən  yekəlikdə adamı

götürər.

Bu sözlərdən Nurəddin qeyrətə gəlib yuxarı dırmaşdı. Ağacın başına çatdıqda,

budaq şaqqıltı ilə sınıb yerə düşdü. Amma Nurəddin iki budaq arasına pərçim olub

ölümdən  xilas  oldu.  Nurəddin  aşağı  düşəndə Əmiraslan  sınıq  budağı  çiyninə

götürüb dedi:

-

Gedək,  Nurəddin,  allah  bu  səfər  səni  ölümdən  qurtardı, - bunu  deyib



qəhqəhə ilə güldü.

Nurəddin Əmiraslanın  "bu  səfər"  deməsinə və gülməsinə təəccüb  etdisə də

onun fikrini anlamadı.

O biri gün Əmiraslan Ceyranbasanı çullayıb dedi:

-

Nurəddin,  atımızı  apar  həm  çayda  sula  və həm  də bir  az  gəz.  Nurəddin



razı olmayıb, dedi:

-

Mən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm.



-

Axırı  ki,  qorxaqlığını  boynuna  aldın.  Bunu  deyib Əmiraslan  atın  belinə

sıçradı.

-

Elə isə gəl tərkimə min, gedib cayda çimək.



Nurəddin çimməyi cox sevirdi. Ona görə də tez razı oldu.

Çayda Əmiraslan  soyunub  atı  mindi  və suyun  dərin  yerinə salıb  bir  necə dəfə

üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi:

-

Hərgah qorxmursan gəl səni də mindirim.



Nurəddin  razı  oldu, Əmiraslan  Nurəddini  ata  mindirib,  noxtanın  ucundan

yapışdı. Əmiraslan atı lap dərin yerə salıb bir neçə dəf’ üzdürdu. Bir dəfə at dərin

yerə düşəndə qəflətən  ipi  çəkdi,  at  burxulub  Nurəddini  üstündən  saldı.  O,  suya

batdı  və bir  neçə saniyədən  sonra  suyun  üzünə çıxıb  üzməyə başladı.  Hərgah  bu

dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərindən parlayan odu və

üzündə zuhur  edən  acığı  görərdi.  Nurəddin  üzüb  kənara  çıxanda Əmiraslan

soruşdu:

-

Bu üzməyi haradan öyrənmisən?



-

İmamverdi  baba  öyrətmişdir.  Sizə gəlməmişdən əvvəl  hər  gün  çayda

çimirdik. İndi İmamverdi baba azarlamışdır.

-

Onu haradan bilirsən, yoxsa qaçıb getmisən?



-

Xeyr, dünən bağbanından eşitdim.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin