Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə149/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   145   146   147   148   149   150   151   152   ...   196
Milli Kitabxana

356


apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə

qədər yalvardısa da, bir şey çıxmadı. Atası çox təkid edəndə Əmiraslan dedi:

-

Dədə,  mən  məktəbə getməyəcəyəm.  Orada  molla  adamın  ayağını



falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim.

Tanrıqulu rusca oxumağın ziddinə gedənlərdən idi. Bu fikri onun başına  salan

və onu  şkolaya  düşmən  edən  kənd  mollası  axund  Molla  İman  idi.  O,  həmişə

deyərdi:


-

Tanrıqulu,  məbadə oğlunu  şkolaya  qoyasan.  Orada  müsəlman  uşaqları

təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar.

Oxutduqları da Sədi, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.

Tanrıqulu  axundun  birinci  dərəcə müridlərindən  hesab  olunurdu.  Odur  ki,

oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə

də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün

Əli  bəyin  yanına  getdi. Əli  bəy  elmli  və qoca bir  kişi  idi. Tanrıqulu  həmişə onun

hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli

bəygilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna Tanrıqulu əvvəlcə

bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: -

"Bu  mənim  yaxın  dostum  Mirzə Həsəndir,  tanış  olun" - dedi,  fikrini  dəyişdirib

əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi:

-

A  kişi,  heç  kəsin  sözünə qulaq  asma.  İstəyirsənsə oğlun  adam  olsun,



şkolaya  qoy.  O  ki  qaldı  axund  Molla  İman,  onun  fikri  başdan-ayağa  yanlış  və

xatadır.  Burada  heç  bir  uşağı  rus  etməmişlər. Əgər  etmişlərsə,  budur,  onların

müəllimi söyləsin.

Mirzə Həsən gülümsünüb dedi:

-

Əgər  islamlıq  başa  tük  qoyub,  şapka  geymək  ilə pis  olursa, belionda



Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən

də məəttəl  qalmışam.  Bu  fikir  Molla  İmanın  öz  başından  çıxma  bir  şeydir. -

Qardaşım, oğlunu tezliklə göndər gəlsin.

Peşman olmazsan.

Tanrıqulu bir iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu.

Əmiraslan  şkolada  çox  davam  etmədi.  Nadinc,  söyüşkən,  bu  doqquz  yaşında

uşaq,  cəmi  müəllimləri  təngə gətirmişdi.  Heç  bir  gün  olmazdı  ki, Əmiraslan  bir

uşaqla  savaşıb,  döyüşməsin.  Bunun  bəd əxlaqını  düzəltməkdə müəllimlər  aciz

qalmışdılar. Buna da bais ata-anası idi,



Milli Kitabxana

357


çünki  üç  saat  məktəbdə keçirdiyi  vaxtdan  başqa,  günün  yerdə qalanını Əmiraslan

hər  bir əmr  və nehydən  azad  idi.  Hər  nə könlü  istəyirdi  onu  edərdi.  Axırda

yoldaslarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric

etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.

Əmiraslan, əmisi  qızı  Gülpəridən  iki  yaş  böyük  idi.  Qardaşlar  bu  iki  tifili  bir-

birinə körpə vaxtlarından ad etmişdiler. Amma İmamverdi Əmiraslanın oxumayıb

belə bitərbiyə qalmasından  artıq  narazı  idi  və bu  barədə də qardaşını  müqəssir

edirdi.


-

Belə tərbiyə olmaz. Uşaq gerək izin olmayan şeyi tutmasın.

Böyük-kiçik  anlasın.  Bunun  axın  peşmançılıqdır, - deyə İmamverdi,  qardaşını

məzəmmət edərdi.

Əmiraslan  on  altı  yaşına  çatanda  ata-anası  dalbadal  vəfat  etdi  və nənəsi  Püstə

qarıdan başqa evlərində bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət

və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara

qoyub  tələf  etdi.  İmamverdi  nə qədər  çalışdısa  da  qardaşı  oğlunu  pis  yoldan

qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər

əlində dövlət  var  idi, Əmiraslan  Gülpəriyə yaxın  düşmürdü.  Amma  elə ki,  var-

yoxunun hamısı eyşi-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin

İmamverdi:

-

Ne qədər mən sağam, bu iş baş tutmaz, - deyə onun təklifini rədd etdi.



Gülpərinin  könlü əmisi  oğlunda  idi.  Ona  görə də qosulub  qaçmaq  istəyirdi.

Lakin Əmiraslan  bu əmrə razı  deyildi,  çünki  onun  fikri  Gülpərini  almaq  deyil,

əmisinin dövlətini ələ almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı.

Axırda, Əmiraslan  Gülpəridən əl  çəkib  bir  dövlətli  dul  arvad  aldı. Əmiraslan

arvadın gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola

öyrənmiş Əmiraslan  üçün  pul  lazım  idi.  Ona  görə yavaş-yavaş  oğurluğa  və yol

kəsməyə şüru etdi. Bu yolda neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə,

bir  oğurluq  olmazdı  ki, Əmiraslanın  orada əli  olmamış  olaydı.  İndi  faytonda

əyləşib Gülpərilə söhbət edən Əmiraslan belə hərifdi.

Əmiqızı  və əmioğlu  sözü  bu  yerdə qoydular  ki, Əmiraslan  Gülpəri  üçün

əmisinə elçi düşsün. Hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından

izinsiz Əmiraslana getsin.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin