Milli Kitabxana
352
-
Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? –
deyə Bahar soruşduqda:
-
Yox, Bahar, əziyyət olsa da ümid olub burada qoymaq olmaz, - deyə
Gülpəri cavab verdi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır
olandan sonra Gülpəri ona dedi:
-
Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya
bilmərəm.
Bahar nə qədər yalvardısa da Gülpəri razı olmadı. Nurəddin də təvəqqə etdi,
mümkün olmadı.
-
Yox, yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, - deyə Gülpəri
təvəqqəni rədd etdi. Həccə getmirik ki, üç aydan sonar yenə buradayıq.
-
Bahar, xudahafiz, evdən yaxşı muğayat ol!
Bahar Nurəddini qucaqlayıb öpdü.
-
Yaxşı yol, allah səni bəladan hifz etsin. Ah, görəsən, bir də səninlə
görüşəcəyəmmi?..
Baharı ağlamaq boğub, daha danışmağa qoymadı.
Koç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu.
Amma sonra görmədiyi yerlerə, vaqondan baxdıqca, qəmi yadından çıxdı.
Vaqon çox sürətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı
keçirdi. Mənzərələr tez-tez dəyişirdi; gah göy ot və çəmənlərlə bəzənmiş düzəngah,
gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr və gah da aydın çaylar
və yollar görünürdü.
Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu,
tüstülü şəhərdən bir qeyri yerə çıxmamışdı.
Gülpəri bir neçə gün qabaq, kağız vasitəsi ilə yazıb hansı gün çıxmalarını
atasına məlum etmişdi və əlavə fayton gözləməyini rica etmişdi. Lakin səfərin
ikinci günü gəlib oraya çatdıqda, vağzalda nə atasını və nə də bir tanış adam
görmədi. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər
hambal çağırtdı, yanındakı və bağajdakı şeyləri daşıdıb ikinci klas salonuna
yığdırdı.
Gülpəri Cəfəri götürmüşdü ki, onları buraya kimi ötürüb yenə geri qayıtsın.
Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi
getdikcə artırdı, çünki yanındakı qiymətli şeylərin tələf olacağından qorxurdu.
Hərçənd, bu şəhərdə tanışlara
Milli Kitabxana
353
vardı, amma onlara da ürəyi qızmırdı. Axırda Gülpərinin daha atasının
gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.
Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri
qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Şəhərdən
kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakin Gülpərini qorxuya salan dağlar
arasından və meşələr içindən keçən yollardı ki, onlarda çox vaxtı soyğunçuluq
ittifaq düşərdi. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və
faytonçulara da iti sürmək evəzində çay pulunu artıq verməyi vədə etmişdi.
Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-
yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən
vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi.
-
Allah, bu nə iş idi mənim başıma gəldi. İndi bu yol içində, bu qorxulu
dağlar arasında necə olacağıq. Görəsən, atamın başına nə iş gəldi ki, bu vaxta kimi
gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim.
Faytonçu:
-
Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq.
Gülpəri buna razı olmadı.
-
Yox, heç vaxtı şeylərini burada qoyub getmərəm, ayrı çarə varsa arayıb
tapın.
Faytonçular dedilər:
-
Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir
tövr sarıyardıq və yavaş-yavaş sürüb, özümüzü kəndə salardıq. İndi isə ümidimiz
bir allaha qalmışdır.
Bu sözlərdən sonra Gülpərinin iztirabı daha da artdı. Axşam oldu. Soyuq
düşdü. Dərələrdən duman qalxmağa başladı. Heç kəs gəlib çıxmadı. Gecə orada
qalmağın qorxusu çoxdu. Gülpəri üzünü faytonçulara tərəf tutub:
-
Bu gecə bu yol üstündəmi qalacağıq? - deyə soruşduqda, faytonçular
cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı.
Nurəddin öz siniflərində ən fərasətli uşaq sayılırdı. Nurəddin üzünü onlara tutub
dedi:
-
Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var.
Şeyləri bu atlara yükləyib biz gedərik, fayton sahibi burada qalar. Sonra kənddən
buna kömək göndərərik.
|