Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə143/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   139   140   141   142   143   144   145   146   ...   196
NURƏDDİN

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını

qurtarıb  diqqətlə öz-özünə oxuyurdu  və qələtlərini  də düzəldirdi.  Fatma  isə əlləri

ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu.

- Qızım, nə fikrə getmisən?

Fatma cavab verdi:

- Ata,  müəllimimizin əmrinə görə,  gərək  sabaha  bir  elə nağıl  düzəldim  ki,

ondan belə məna çıxsın: "Yaxşılıq elə, əvəzini görərsən". İndi qulaq as, söyləyim,

gör yaxşıdırmı?

- Çox gözəl, qızım, söylə görüm.

Fatma söylədi; atası da bəyənib tərif etdi. Məmməd dedi:

- Ata,  mənə də müəllimimiz  atalar  sözündən  olan  "Yaxşılığa  yaxşılıq  hər

kişinin  işidir,  yamanlığa  yaxşılıq ər  kişinin  işidir"  sözünə münasib  bir  hekayə

düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram.

- Oxu, oğlum, görüm nə tövr yazmısan.

Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu:

- Ata, hansınınızınkı yaxşıdır?

- Qızım, qoy birisini də mən söyləyim, sonra baxaq görək kiminki əladır, - deyə

Hacı Səməd cavab verdi.

- Söylə, ata, söylə, - dedilər.

Hacı Səməd başladı:

- Övladlarım,  Qafqazda  Hacı  Nəsir  adlı bir  tacir  sakin  idi.  Bu  tacirin  Həlimə

adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan

da  gözəldi.  Bu  arvadın  dünyada  övladsızlıqdan başqa  bir  qəm-qüssəsi  yox  idi.

Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü  şadlıq edib,

şəhərin  fəqir-füqərasına pul və xörək  payladı.  Oğlanın  adını  Nurəddin  qoydular.

Ata və ana, gecə və gündüz Nurəddinin başına dolanırdılar.

Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu

üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu



Milli Kitabxana

345


üçün kibrit qutusu irilikdə bir "Gülüstan" kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi

haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:

- Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir nəfəri körpü üstündə

başım aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.

Kişi dedi:

- Mən əhl-əyal  sahibi  bir  kasıb  adamam. Əslim  iranlıdır. Əldə xırdavat

satmaqla  üç  yüz  manat  pul  düzəldib  buraya  gəldim  ki,  mal alıb  aparam.  Bir  saat

bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.

Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:

- Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma.

Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.

Kişi əlimdən  öpüb  adımı və mənzilimi  soruşdu və sevinə-sevinə çıxıb  getdi.

Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:

- Hacı,  sovqat  üçün  bundan əziz  bir  şeyim  yoxdur, - deyə "Gülüstan"  kitabını

mənə uzatdı. - Qoy  mən  Rəhim  tərəfdən  sevgili  övladınız Nurəddinə Sədinin  bu

"Gülüstan" kitabı yadigar olsun. Sonra dubarə razılıq edib getdi.

Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi:

- Oğlum böyüyəndə bu kitabı oxuyar.

Nurəddin  böyüyüb  səkkiz yaşına  çatdı.  Hacı  Nəsir  oğlunu  məktəbə qoydu.

Nurəddin oxumaqda birinci şagird idi.

Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini

istəyərdi.

Çox çəkmədi ki, Hacı Nəsirin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş var-

yoxu əlindən  çıxmağa  başladı.  Vəfalı  Həlimə ərinə ürək verib,  çox  qəm-qüssə

çəkməyə qoymazdı.

Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı.

Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə

de,  sətələcəm  azarından  sağalda  bilmədi.  Həlimə doqquzuncu  gecə,  "Nurəddin"

deyə-deyə vəfat etdi.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin