Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ


GƏNC MAŞİNİSTKA VƏ QOCA YAZIÇI



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə139/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   135   136   137   138   139   140   141   142   ...   196
GƏNC MAŞİNİSTKA VƏ QOCA YAZIÇI

On  səkkiz  yaşında  sevimli  bir  qız. Keçmişi  bilməz.  Yaşmaq  görməmiş,  çarşaf

bürünməmiş,  molla,  seyid  tanımaz,  siğə kimi  çürük  məhv  olmuş  sözləri  anlamaz.

Cəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə Şura balasıdır. Adı

Nərgiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr,

saat  onda  qulluğunu  bitirər.  Nərgiz  çox  iti  işlər.  Yazdığı  zaman  barmaqları yazı

maşınında ləzgihəngi oynardı. Nərgiz həssas qızdır. Maşında yazdığı zaman əsərin

təəssüratını  onun  simasından  oxumaq  olar.  Dodaqlarında  təbəssüm - demək

əsərdən  aldığı  zövq,  nəşə qəlbini  şad  etmiş.  Barmaqları  altında  şaqqıldayan

düymələr  kimi  özü  də şaqqıldar - demək əsərdən  aldığı  zövq,  nəşə ona  artıq  təsir

etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar - bu da əsərdən aldığı bədii

həyəcandır.

Nərgiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq

bir  pulemyot  bölüyünə dönür.  Şaqqıltıdan  ağız  deyəni  qulaq  eşitmir,  fəqət  bu  hal

adət  etməyənlər  üçündür.  Maşinistkalara  gəldikdə,  onların əlləri  işdə olduqda

ağızları  da bikar  qalmayır.  Mehriban  söhbət  etdikdə pulemyotların  səsləri,  incə,

həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən sonra

qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

Bir  axşam,  yetmişə qədəm  qoymuş  bir  qoca əlində əsa,  ayaqlarında  qaloş,

əynində isti palto, boynu şərf ilə sarınmış, qoltuğunda zorba və özü kimi köhnə bir

kitab,  qapını  açdı.  Maşinistkalar  sanki  bir  komandaya  tabe  olaraq əllərini

saxladılar. Otaqda səslər kəsildi. Sükunət içində qapı yanında oturan gənc qız:

- Əmi, nə istəyirsiniz? - deyə soruşdu.

- Qızlarım, sizdən Nərgiz kimdir?

- Mənəm, - deyə pəncərə ağzında  oturmuş  gənc  qız  cavab verdi.  İxtiyar  onun

yanına gedərək:

- Qızım,  mənim  bu əski əlifba  ilə yazılmış əsərlərimi  maşınında yeni əlifbaya

keçirməlisən, çapa veriləcəkdir.

- Əmi, o kitabdan ölü iyi gəlir. Maşinistkalar gülüşdülər.

- Qızım, doğrudur, bu kitab ölülər zamanı yazılmışdır.

- Əmi, o ölülərin keçmişi biz dirilərə nə lazımdır'?..

- Yox, qızım, keçmişi bilmək lazımdır. Atalarımız demişlər:

Zimistan çəkməyən bülbül,

Baharın qədrini bilməz.




Milli Kitabxana

332


- Əmi, düzü, mən o ilan-qurbağa hərfləri bilmirəm, - deyə qız boynundan atmaq

istədi.


- Qızım, mən diktə edərəm, sən yazarsan, müdiriyyətdə belə qət olunmuş.

- Onda bir qədər səbir ediniz, əlimdə yazdığımı bitirim.

- Yaxşı, qızım, gözlərəm, - deyə qoca soyunmağa başladı.

Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şüru etdilər.

Yazı zamanı Nərgiz tez-tez dayanıb, eşitmədiyi sözlərin mənasını soruşurdu.

- Əmi, bu yazdığımız vəqələr hansı ölkədə zühur etmiş?

- Qızım, indiki Şura vətənimiz Azərbaycanın keçmişində, çar zamanında.

- Nə yaxşı mən o zaman olmamışam! - deyə Nərgiz öz halından şad oldu.

Qoca yazıçı ilə gənc maşinistkanın məşğulliyyəti 10-12 gün davam etdi.

Qoca  yazıçının yazdığı əsərlərin  gücü  ilə əski  həyata  atılaraq,  qanlı  faciələr

içində boğulan gənc qızlarla bərabər Nərgiz də boğulurdu.

- Əmi, bir az tənəffüs edək, - deyə Nərgiz tez-tez otaqdan çıxırdı.

Qayıtdığı zaman yaşarmış gözlərindən mütəəssir olduğu bəlli olurdu.

- Əmi, hekayənizin qəhrəmam bu yazıq qızcığaz axırda tələf olacaqdır? - deyə

Nərgiz sorduqda, sanki qocadan aman istəyərək, onu diri buraxmağını rica edirdi.

Qoca yazıçı gülərək:

- İndi ki, ona elə artıq acıyırsan, eybi yoxdur, qızım, öldürmərik, - deyə onunla

zarafat edirdi.

Əski əsərlərinin  gənc  qıza  belə təsir  etdiyini  gördükdə qoca  yazıçı  Nərgizə

dedi:


- Bəli, qızım, o zaman həyat belə idi. Ona görə də bu günkü gözəl və şən həyatı

qiymətləndirmək üçün, əski həyatı öyrənməliyik.

Nərgiz gülümsəyərək, qoca yazıçı ilə razılaşdı.

* * *


Şura Azərbaycanımız on beş ilin ərzində nə qədər irəliləmiş, nə qədər artmışdır.

Ölkəmizin  sosializm  quruluşu,  sosializm  mədəniyyəti

əski  həyatı  dərin

kölgəliklərdə buraxmışdır.

Bu  gün  Nərgiz  kimi  şura  balalarımız, əski  həyatı,  qaranlıq  keçmişi  yalnız

kitablardan və muzeylərdən öyrənirlər.




Milli Kitabxana

333


Qorxulu

nağıllar


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin