Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə140/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   136   137   138   139   140   141   142   143   ...   196
Qorxulu nağıllar


Milli Kitabxana

334



Milli Kitabxana

335


ƏHMƏD VƏ MƏLEYKƏ

Qışın  orta  ayı  idi.  Soyuqdan  qaçıb  evlərdə gizlənmişdi.  Hacı  Səmədin  külfəti

isti  otaqda  süfrənin  başına  cəm  olub,  yemək  üçün  onu  gözləyirdi.  O  isə o  biri

otaqda öz işinə məşğul idi.

Hacı  Səməd əlli  yaşında,  safürəkli,  rəhmdil  bir  kişi  idi.  Hacı  Səmədin  külfəti

qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında

qızından ibarətdi.

Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də

qızı  Fatmanı  şəhər  qız  məktəbinə vermişdi.  Hacı  Səməd  başqa  müsəlman  atalara

bərəks olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

Hacı  Səməd  işini  qurtarıb  yemək  otağına  gəldi.  O,  süfrənin  başında əyləşdi,

yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti

idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı,

gəzib-gördüyü  vilayətlərdən  danışardı.  Buna  görə də gözlüyü  gözünə taxıb əlinə

qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.

Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.

Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:

- Nənə, mənə bir qorxulu nağıl söylə.

Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi:

- İndi  ki,  qorxulu  nağıl istəyirsən,  bəs  niyə o  günü  nənəm  Məlik Məmməd

nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?

- Yox, mən heç qorxmurdum, - deyə Fatma cavab verdi.

Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:

- Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm,

bu şərtlə ki, qorxmayasan.

- Yox, ata, qorxmaram, söylə.

Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:

- Qızım,  biri  vardı,  biri  yoxdu,  şimal-şərqdə,  meşə içində,  çay  kənarında

Tatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və



Milli Kitabxana

336


çarvadarlıqla güzəran edərdi. Qızım,  həmin  nağıl olunan kənddə Nurəddin adında

bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə

adlı bir qızı və Xədicə adında bir arvadı vardı.

Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan

zaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan yanıb

tələf  oldu.  Çox  çəkmədi  ki, ətraf  və əknafda  aclıq  başlandı.  Payızın əvvəlindən

Nurəddin  arabasını  qoşub  şəhərə kirayəçiliyə getdi.  Orada  qazandığı  pulu  dörd

gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran edərdi.

Əhməd  kənd məktəbində oxuyurdu.  Atası  tərəfindən  gələn  məktubları asanca

oxuya  bilirdi.  Bir  neçə gün  bundan əqdəm Əhməd  yazıb  atasından  özü  üçün  bir

başlıq və bacısı  üçün  bir əlcək  istəmişdi.  Hər  ikisi  bu  şeylərin  tezcə alınmasını

xahiş  edirdi.  Lakin  beş  gün  keçdi,  bir  həftə keçdi,  on  gün  keçdi,  atalarından  bir

xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.

Bir  dəfə, əziz  balalarım,  söz  vaxtına  çəkər,  belə bir  gecədə,  qarlı çovğunun

şiddətli  vaxtında, Əhməd  və Məleykə atalarının  yolunu  səbirsiz  gözləyən  zaman,

kim isə qapını döydü. Uşaqlar cəld:

- Atam  gəldi, - deyə qapıya  tərəf  yüyürüşdülər.  Amma  onun əvəzinə kürkə

bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi

Nurəddinlə bərabər  arabaçılığa  getmişdi.  Bunu  görcək  Xədicənin  ürəyini  qorxu

aldı.


Uşaqlar:

- Əmi,  bəs  atamız  hanı? - deyə soruşduqları  vaxt  ondan  cavab almadılar.

Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər

verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.

Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb

zar-zar  ağladı.  Bunların  ah-naləsi,  boranın  gurultulu  səsi  bir-birinə qarışmışdı.

Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:

- Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik.

- Qorxma,  oğlum,  bu  saçlarımı  satıb  sizi  ac  qoymaram, - deyə Xədicə oğluna

təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar

yuxuya getdilər.



Milli Kitabxana

337


Amma  o  gecəni  Xədicə sübhə kimi  yata  bilmədi.  Fikir,  xəyalət  onu

götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar, aclıq ildə necə dolansın?

Bir  neçə müddət  keçdi.  Xədicənin  pulu  lap  qurtardı.  Yavaş-yavaş  ev  şeylərini

satmağa  başladı.  Xədicə bir  də baxdı  gördü  ki,  evdə heç  bir  şey  qalmayıbdır.

Uşaqlar  da  acdır.  Çörək  üçün  hansı  qonşuya  getdisə əliboş  qayıtdı,  çünki  hamı

bunların günündə idi. Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq

Xədicə hər  yerdən  ümidi  kəsilmiş,  dizlərini  qucaqlayıb  bir  küncdə mumiya  kimi

oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.

Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı...

Birdən Fatma özünü atasının qucağına atıb dedi:

- Ata, demə, demə! Qorxuram.

Hacı Səməd qızının başını sığallayaraq dedi:

- Qorxma,  qızım,  dalı  yaxşıdır.  Qulaq  as,  harada  qaldım?  Hə,  Xədicə

Məleykəni soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat

ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:

- Qızım,  Məleykə,  gözlərini  yumub  yat;  onda  gecə mələk  bacamızdan  sənə

çörək salar.

Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası

ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey icəri düşdü.

Ana  və oğul  diksinmiş  ayağa  qalxdılar  ki,  görsünlər  o  düşən  nədir.  Gördülər  ki,

ağzı  bağlı bir  torbadır.  Xədicə əli əsə-əsə torbanın  ağzını  açdı.  Gördülər  ki,  içi

çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd

dedi:

- Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.



Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən

kağıza  bükülmüş  bir  yumru  şey  çıxdı.  Açanda  gördülər  ki,  hamısı  qızıl  puldur.

Bunu  görən ana  və oğul daha da artıq təəccüb etdilər. Bu  halda Əhmədin  gözünə

pula bükülmüş kağızda yazı sataşdı:

- Ana, burada yazı var; qoy görək nədir? – deyə Əhməd kağızı oxudu.

"Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun

çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir



Milli Kitabxana

338


az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim.

Geri  qayıdıb

bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa,

qızım, yaşa, mən qoca babanı da yaddan

çıxartma. Xüdahafiz.

Səyyah Cəmaləddin".

Bu halda Məleykə oyanıb dedi:

- Ana, mələk bacamızdan çörək saldımı?

- Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, - deyə Xədicə Məleykənin

qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir

ana 

şadlıqlarından



bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm

yıxılıb yatdılar.

İndi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz.

Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.




Milli Kitabxana

339



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin