Milli Kitabxana
354
Bu təklif cümlənin xoşuna gəldi. Ələlxüsııs Gülpəri şad idi ki, beləcə asan yolla
Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan
oldular. Səfərin qorxulu yeri qabaqda idi. Meşənin içilə səkkiz verst yol gedirdi.
Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və
fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də,
meşənin vahiməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı,
nə də bir yarpaq tərpənirdi. Odur ki, bir yandan bu sakitliyin özü də insanı
vahiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin
diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi:
-
Qorxma, xanım bayquşdur, ulayır.
-
Vay, allah səni yox etsin, gör nə murdar səsi var, - deyə Gülpəri qarğış
elədi,
Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını
kəsdi.
-
Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
-
Əmiraslan ağa, atına, mənəm.
-
Cəfər, sənsən?
-
Bəli, ağa, mənəm.
Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.
-
Cəfər, bu köç kimindir?
-
Ağa, Gülpəri xanımındır. Odur özü də daldan faytonla gəlir. Yolda
faytonumuzun biri sındı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər
İmamverdi babanı gozlədiksə də, gəlib çıxmadı, axırda naçar qalıb özümüz yola
düşdük.
-
Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, - deyə
Əmiraslan atını qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü:
-
Yaman yerdə qaranlıqladıq.
-
Qorxma, xanım yəqin sizin adamlardandır, qabağınıza gəlibdir, - deyə
faytonçu Gülpəriyə ürək verdi.
Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi:
-
İndi necəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?
Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
-
Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı?
Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızı gəlib çatmayıb, ya
başına bir iş gəlib?
Əmiraslan dedi:
Milli Kitabxana
355
-
Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər
çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel
aparması olmuşdur. Cəfərdən başınıza gələn hadisəni eşitdim. Əmiqızı, köçdən
belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək
verdiyi sözün üstündə dursun.
Gülpəri söhbəti dəyişdirmək üçün dedi:
-
Əmioğlu, deyəsən Nurəddini görmürsən?
Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:
-
Nurəddin, sən çox xoş gəlmisən. De görüm məndən qorxdunmu?
-
Səndən niyə qorxuram, adam da adamdan qorxarmı? - deyə Nurəddin
cavab verdi.
-
Oxuyan uşaq qorxaq olar.
-
Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağın elmi
olar, hər şeyin sirrini bilər, ona görə de qorxmaz.
-
Yaxşı, indi ki, sən elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az da mən
faytonda dincimi alım, - deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri
Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:
-
Yox, yox, Nurəddini at yıxar.
-
At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanınca sürər.
Ancaq atdan qorxan deyilsə...
-
Mən qorxaq deyiləm, - dedim!
Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin
özünü atın üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu.
Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi:
-
Maşallah, qoçaq uşaqdır.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı.
Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa
Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün
böyütmüşdü. Balaca Əmiraslan üçün "yox" kəlməsi yox idi. Her xahişi ata-anası
tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat
gerək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya
çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası ona heybə və çərəkə aldı. Təzəcə
paltar geydirib hədiyyə ilə onu mollanın yanına oxumağa
|