Milli Kitabxana
358
* * *
Nurəddin Cəfərə çatdıqda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz
uşağa qulaq asmadı və qaraltıdan ürküb daha da bərk qaçmağa başladı. Nurəddin
gördü ki, atı öz gücü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin
qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə
istədi atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi.
Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Ceyranbasan idi və özü
də bir dinc at idi. Amma qızışıb qaçanda heç bir at dalından çata bilməzdi.
Döngənin birində qəflətən bir fayton yolu kəsdi. Ceyranbasan yoldan meşəyə sapıb
Nurəddini üstündən yerə atdı. Bu yerə dəyməyin zərbindən zavallı uşağın ürəyi
getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb
Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz, yerə sərilibdir.
İmamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı:
-
Sübhanallah, bu ki Nurəddindir. Bu, at ilə nə üçün gəlsin? İmamverdi cəld
uşağın başını dizi üstə alıb sinəsini açdı.
-
Oğlum, Nurəddin, mənəm, İmamverdi baba.
Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı.
İmamverdi Nurəddinin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradan-
ağrıdan nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı.
-
Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır.
-
Yox, oğlum, qorxma, sınmamışdır, yəqin çıxıbdır, - bunu deyərək
İmamverdi Nurəddini üsulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib
bunlara çatdı. İmamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və
onlan bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı:
-
Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı
meşəyə buraxmaq olarmı?
Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb
atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın.
-
Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı.
Sən gəlib çıxmadın...
Milli Kitabxana
359
-
Mən nə edim, günortadan bəri çayın o tərəfində körpünün qayrılmasını
gözləyirdim. Səhər sel gəlib aparmışdı, - deyə İmamverdi cavab verdi.
-
Ata, o da qəzadan deyilmi? Amma şükür allaha ki, axırı xeyirdir.
Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər.
Köç meşədən çıxdı. Bu vaxt ay da çıxmışdı. Nurəddini, İmamverdi baba
faytonun içində balışları düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib
kəndə çatdı.
Köç gəlib Güllücə kəndinə çatanda bu kəndin əhalisi yatmışdı. Kənd əhli gün
batanda yatıb, gün çıxanda da yuxudan durar. İmamverdi baba Güllücəni
Nurəddinə tərif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, bağ, meşə insana
başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salınıb, gün çıxan tərəfində yaxşı
meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərefındə gözəl
çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Güllücənin
dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə,
gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər.
Kənardan baxanda dağ döşündə salınmış bu kənd, bir gülüstan şəklində görünürdü.
Buna görə də Güllücə adına sahib olmuşdu.
İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox
gözəl mənzərələr açlırdı. İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə
daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı
gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli gül və çiçəklərlə dolu idi.
Bağçanın ortasında, bir soyuq bulaq torpaqdan çıxıb çarhovuza tökülürdü. Bu su
ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu tezə evin
bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.
İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez
salınmasa, yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir
balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Mehdi kişini göndərdi ki,
sınıqçı Qara Hüseyni yatmış da olsa, durquzub gətirsin.
Bir azdan sonra Qara Hüseyn gəldi. Bu işi İmamverdi yaşında, qırx ildən artıq
sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi.
|