Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə152/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   148   149   150   151   152   153   154   155   ...   196
Milli Kitabxana

362


-

İndi,  oğlum,  ayağın  yaxşıdır,  daha  sarımayacağam.  Ancaq  bir  müddət

gərək  üsullu  dolanasan.  Atılıb  düşməyəsən.  Bir-iki  gün  evdən  çıxma.  Yavaşca-

yavaşca evdə gəz. Eyvanda otur, babanın bağçasına tamaşa eylə, sonra səni bağıma

gəzməyə aparacağam.

Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul

etməyib dedi:

-

Mən  heç  vaxt  pul  qəbul  etmərəm.  Hələ səninlə dostluğum  dursun,



Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığın əvəzində mən ona heç bir

şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm.

Qara  Hüseyn  gedəndən  sonra  İmamverdi  baba  Nurəddinin  başını  sığallayıb

dedi:


-

Görürsən,  oğlum,  yaxşılıq  nə gözəl  şeydir.  Atanın  yaxşılığının əvəzini

övladına  edirlər.  Bax,  oğlum,  bu əyləşdiyin  evi  atanın  köməkliyi  ilə tikdirmişəm.

İndi mən də bunu və qabağındakı bağçanı vəsiyyət etmişəm ki, sənə verüsin. Bunu

bu kənddə hamı bilir. Mən öləndən sonra bunlar sənindir. Bunların Gülpəriyə dəxli

yoxdur.


Gülpəri pəncərənin qabağından keçərkən bu sözləri eşidib dedi:

-

Ata, o nə şeydir ki, mənə dəxli yoxdur?



-

İçəri gəl deyim.

Gülpəri gəldi, İmamverdi baba dedi:

-

İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağındakı bağça



onundur,  sənə dəxli  yoxdur.  Bu  vəsiyyətimi  sənə deyirəm,  qızım,  bunu əmələ

gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasının pulu ilə tikilmişdir.

Gülpəri dedi:

-

Ata, əmrini  yerinə yetirməyə hazıram.  Ancaq  mənim  də səndən  bir



təvəqqəm var.

-

Söylə, qızım, görüm nədir?



-

Mən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir.

-

Məni Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də



siz  bura  gələndən  bəri,  o,  Nurəddini  yoxlamağı əldə bəhanə edib,  bura  tez-tez

gəlməsin, yoxsa qovaram.

-

Ata,  elə iş  etmə,  bu  gün  o  səndən  bir  şey  təvəqqə edəcəkdir.  Onun



təvəqqəsini qəbul et, çünki, mən də o təvəqqeyə şərikəm.

-

Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz.




Milli Kitabxana

363


-

Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla.

-

Gülpəri, açıq danış, görüm nə istəyirsən?



-

Bu  gün Əmiraslan  sənə mənim  üçün  elçi  düşəcəkdir,  sənin  razılığım

istəyirəm.

-

Heç vaxt!



-

Onda sənsiz olacaqdır!

-

Nə qədər sağ varam, bu iş baş tutmaz.



-

Baxarıq!  İndi  də mən  balaca  qız  deyiləm  ki,  iyirmi  beş  yaşında,  hər

ixtiyarı  öz əlində bir  arvadam.  Mən  dedim  ki,  bu  iş,  ata  izini  ilə olsun,  sən

istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə

qarışmayasan.

Bunu  deyəndən  sonra  Gülpəri  hirslə qapını  vurub  çıxdı.  İmamverdi  baba

kürsüyə çöküb, başı aşağı xeyli fikrə getdi.

Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə

yerdə qaldığını  Nurəddin  bilmədi.  Ancaq  oradan  İmamverdi  babanın  qışqırığı

gəlirdi.


Bu  ittifaqdan  üç gün  keçmiş,  Gülpəri  atasından  izinsiz,  kəbinini  kəsdirib

Əmiraslana gəlin köçdü.

Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.

Gülpəri  Nurəddinin  İmamverdi  babanın  yanında  qalmağına  mane  olmadı.

Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban

rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızının belə itaətsizliyi İmamverdiyə

artıq dərəcədə təsir etmişdi.

Nurəddinin  ayağı  təmiz  sağalmışdı.  Hər  gün  İmamverdi  baba  ilə gah  bağçada

bal  ansına  tamaşa  etməyə məşğul  idi,  gah  da  ipək  qurduna  tut  yarpağı  daşıyırdı,

gah da meyvə bağına gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq

tuturdu  və burada  çimirdi,  gah  da  meşəyə gedib  moruq,  göbələk  yığırdı.  Haraya

getsəydi,  sərçəsini  də özü  ilə aparırdı.  İmamverdi  baba  sərçəni  qırmızı  rəngə

boyamışdı.  Ona  görə Nurəddin  ona  Qızılca  adı  qoymuşdu.  İndi  Qızılca  elə

öyrənmişdi  ki,  Nurəddin  haraya  getsəydi,  sərçə də çağırılmamış,  öz-özünə uçub

onun dalınca gedərdi.

Hər  həftə şənbə günləri  Güllücə kəndində bazar  olardı.  Bu  günləri ətraf  və

ətrafda  sakin  olanlar  tökülüb  bazara  gələrdilər.  Kimi  mal  almağa,  kimi  mal

satmağa  gəlirdi.  İmamverdi  baba  da  hər  şənbə Nurəddin  ilə bazara  çıxardı.

Nurəddinin  məktəb  paltarı  cümlənin  nəzərini  özünə cəlb  edərdi, ələlxüsus  kənd

uşaqlarının...





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin