Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə154/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   150   151   152   153   154   155   156   157   ...   196
Milli Kitabxana

366


-

Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol geyin, gedək.

Nurəddin Əmiraslanı  acıqlı  görüb  dinməz-söyləməz  tezcə geyindi.  Yol  uzunu

Əmiraslan  fikirdə olub bir kəlmə söz demədi. Əmiraslan bu ittifaqdan  sonra  yenə

öz  pis  fikrindən əl  götürməyib.  Nurəddin  isə başına  gelən  xataları  qəza  işi  bilib,

Əmiraslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir defə Əmiraslan

onunla  bazardan  evə qayıdanda  yolda  çəpər  üstündə bir  gürzəni  qıvrılıb  yatmış

gördülər. Əmiraslan dedi:

-

Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimə verək yesin.



Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz.

-

Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir.



-

Yox, sən tanımırsan, koramaldır.

-

Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur.



-

Onu sənə kim deyibdir?

-

İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.



Əmiraslan qəhqəhə ilə gülüb dedi:

-

Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən.



Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanın başından vurub öldürdü.

-

İndi bax, gör ilandır, ya koramaldır.



Bu halda yol gedən iki adam buna baxıb dedi:

-

Əlbəttə, ilandır, özü də gürzədir.



Adamlar gedəndən sonra Əmiraslan ilanın o yan-bu yanına baxıb dedi:

-

Düzdür,  mən  səhv  edirəm,  bu  koramal  deyil.  İlan  koramala  çox  oxşayır,



ona görə səhv etmək olar.

Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi:

-

Sənə qulaq assaydım indi meyidim bu yol üstündə qalmışdı.



Bu    ittifaqdan sonra  Nurəddin Əmiraslandan şəklənib,    sərvaxt  dolanmağa

başladı.


Bir  dəfə Nurəddin  sərçəsini  götürüb  bağçada  oynamaq  bəhanəsi  ilə qaçıb

İmamverdi babanı yoxlamağa getdi. İmamverdi baba döşəkdə yatırdı, azardan çox

zəif  düşmüsdü.  Yazıq  kişi  Nurəddini  qucaqlayıb,  sevindiyindən  ağladı.  Nurəddin

də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı.

Nurəddin axırıncı ilan



Milli Kitabxana

367


fəqərəsini

1

nağıl etdikdə, İmamverdi baba daha səbir edə bilməyib, zəif səsi ilə belə



qışqırdı:

-

Yox,  daha səni  orada  qoymaq  olmaz.  Mən  azarlıyam,  durmağa  taqətim



yoxdur,  səni  o  iki  şeytanın  şerindən  mühafizə erməyi  bacarmıram.  Oğlum,  gərək

tezliklə şəhərə Baharın  yanına  qayıdasan.  Yoxsa  tələf  olarsan.  İndi  get,  mən  də

görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma.

İmamverdi  baba  Nurəddini  qucaqlayıb  öpdü.  Zavallı  kişinin  gözlərindən  yaş

dolu kimi yağıb, üzünü, ağ saqqalını islatdı.

Murəddin  çox  qəmgin  evə qayıdırdı.  Yol  uzunu  başına  gələn  qəza-qədərdən

fikir edirdi:

-

İndi  anlayıram  ki, Əmiraslan  nə məqsəd  ilə məni  gah  uca  nazik  budağa



çıxardırmış,  gah  dərin  suya  salınırmış  və gah  da  ilanı  koramal  adına əlimlə

tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən

ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. -

Bu barədə fikirdə ikən birdən Baharın bu sözü  yadına düşdü: "Qorxma, ağam,  nə

qədər sən sağsan, Gülpəri sənin bir qəpiyinə də əl vura bilməz", - Demək ki, mən

ölsəm  malım  Gülpəriyə düşəsidir. Əlbəttə,  belədir,  bu  sadə fikri  mən  indiyə kimi

niyə anlamamışam?!

Nurəddin evə qayıdanda, həyətdə Əmiraslana rast gəldi.

-

Haradan gəlirsən?



-

Bağçadan  gəlirəm, - deyə Nurəddin  cavab  verdi  və qızarıb  başını  aşağı

saldı,  çünki  Nurəddin  ömründo əvvəlinci  dəfə idi  ki,  yalan  deyirdi.  Bunun

halətindən yalan deməyini duyub Əmiraslan acıqlı yenə soruşdu:

-

Düzünü de görüm, harada idin?



-

İmamverdi babanı yoxlamağa getmişdim.

-

Sən  nə cürət  edib  mənim əmrimdən  çıxırsan? - Əmiraslan  bunu  deyib



qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi.

Bu  İttifaqdan  iki  gün  sonra  İmamverdi  babanın  iflic  azarından  dili  tutulmaq

xəbəri  gəldi.  Gülpəri  və Əmiraslan  cəld  geyinib  getdilər,  amma  Nurəddini

aparmadılar. İlan fəqərəsindən bəri Əmiraslan Nurəddinlə

Əhvalatını




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin