Milli Kitabxana
360
Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi:
-
Sağ ayağı diz qapağından çıxmışdır. - Sonra şaqqıltı ilə ayağı yerinə saldı
vı qıçın dörd itrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs
çıxartmırdı.
-
Yaşasın belə qoçaq uşaq, - deyə Qara Hüseyn Nurəddini tərif etdi. Sonra
da evdı tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır. Heç tərpətməyin, sonra
gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi:
-
Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.
Qara Hüseyn xudahafiz edib getdi.
Gecədən xeyli keçdi. Amma Nurəddin ayağının ağrısından yata bilmirdi.
İmamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otaqda
xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş
pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi.
-
Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı?
-
Azacıq ağrıyır, baba.
-
Darıxma, oğlum allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni
gəzməyə aparacağam. Bir bax gör babanın nə gözəl bağçası vardır. Bu sözləri
deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı.
Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. Quşlar
gömgöy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzında bir tut və bir gilas
ağacı bitmişdi. Gilasın budaqları pəncərəyə o qədər yaxın idi ki, əl uzadanda
çatırdı. Bu ağacın üstü qırmızı gilasla dolu idi. Quşların bəzisi gilas və bəzisi də tut
ağacında oturub, gah oxuyurdular və gah da balaca dimdikləri ilə tutdan və
gilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan
sərçədən başqa qeyrilərini tanımırdı. Nurəddin bir də gördü ki, bir ana sərçə
ağzında bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi.
Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası
başlarını bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanın ağzına qondu.
Balaları, sarı ağızlarını açıb civiltini bərkitdilər. Ana sərçə ağzını açıb cücünü
birinin ağzına verib uçdu. Bir azdan soııra yenə ağzında cücü yuvasının yanında
hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra
dördüncüsünə
Milli Kitabxana
361
verdi. Bu qayda ilə ana sərçə balalarına dən daşıyırdı və bir dəfə də olsa növbəti
pozmurdu.
Bu sərçə yuvası və onun içində olan balaların yaşamaları Nurəddinə bir
məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağın içinə
düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.
-
Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver.
İmamverdi sərçəni tutub Nurəddinə verdi:
-
Oğlum, yaxşı öyrətməli vaxtıdır.
-
Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.
-
Yaxşı, oğlum, öyrədərəm.
İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib
muşqurmağa başladı. Sərçə muşquruğu eşidəndə cik-cik etməyə başladı, amma
uçub çağırışa gelmədi. İmamverdi baba dedi:
-
İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsın, o vaxt
muşquranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.
İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq
götürdü və Nurəddinə verdi:
-
Bu da sərçənin evciyi.
Nurəddin sevinib sərçəni qutuda rahat etdi.
-
Baba, sərçəm acanda nə verim?
-
Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. Mən
bağçamızdan tutub gətirərəm.
Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı
içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi:
-
Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa, buyur.
Nurəddin dedi:
-
Məndən Bahara salam-dua yetir, amma ayağımın çıxmağını demə, ürəyi
xarab olar və bir də mümkün olsa, mənim şəkil dəftərlərimi və rəng qutumu
göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.
-
Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz.
Allah sənə tezliklə şəfa versin, - deyə Cəfər getdi.
Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi:
|