QARACA QIZ
Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə
yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə
keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq
etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında
Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından
"Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla
çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı
sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar,
çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca
qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadincliyindən qonşulara
şikayət edib deyərdi:
- Qaraca qızı su batırmaz, od yandırmaz,
Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə
düşsəydi, yoldaşları ilə bölüşərdi.
Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. Bir qış həmin şəhərdə
böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı, xalq şirin yuxuda ikan
ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər
açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub
əllərində kürək, bel, külüng uçuqları qazımağa başladılar. Ata oğulu, oğul ananı,
qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar. Bir dəstə də Usta Zeynalın
evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyidi çıxdı.
Bir azda qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu
qız həmin Qaraca qız idi.
O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohum-
əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi.
Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub
düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına
apardı və orada ona yemək və paltar verib,
Milli Kitabxana
380
ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir
kəsi olmayıb qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.
Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl,
yumşaq təbiətli, şad ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni
hamı sevərdi; amma onun əri Yusifi heç kes sevməzdi, çnüki o, çox bədxasiyyət,
tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul
qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı
oynadardı.
Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin
bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı
da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca
qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə
deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən
xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub
gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu
dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən
qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sifəti, hələ qara və pırtlaq
gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin
tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət
verəcəyini söylədi.
- Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm
kimi oynamaq öyrədəcəyəm və
üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə
oynadacağam, sənin üçün pul yığacağam.
Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.
* * *
Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə
yerdə, çay qırağında, meşə kənarında, mənzil edib çadır qurmaq, nağıl söyləmək -
bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin
ayısından qorxurdu. Amma sonralar öyrəşib onunla çox dost olmuşdu. Ayı da
onunla oynamağı sevirdi.
|