Milli Kitabxana
385
-
Sağ ol, çox yaşa, Qaraca qız, - deyə cavanlar atlarını sürdülər.
Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:
-
Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən
kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, oraya içməyə gedir.
Amma bununla belə bir söz demədi.
Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib
ayını oraya bağladı və Qaraca qıza dedi:
-
Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.
Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya
getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun
budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət
kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.
Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ
oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana
gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə
qızı elə bərk vurdu ki, biçarə dik atıldı.
-
De görüm, ayı hanı? Mürtəd qızı mürtəd.
Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.
-
Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.
Yusif kola diqqətlə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də
yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə
qaçmışdır.
-
Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.
Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gah Qaraca qızı söyüb
qorxudurdu, gah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma
ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı geldi.
-
Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir.
-
Heç zad eşitmirəm, yalan deyirsən.
-
Bax, bax, yenə bağırır.
Bu dəfə Yusifin özü də eşitdi:
-
Doğru deyirsən, bağıran ayıdır.
Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə
ayının yeri yaxın görünürdü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını
tapdılar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və
Milli Kitabxana
386
bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl,
əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü.
Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifın üstünə
atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu
gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol
əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyidini buraxıb
Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü
və var gücü ilə qaçmağa başladı. (Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda
Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı
özünü ona çatdırdı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içinə
yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu
mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi
yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının
dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxuşu isə asan dırmaşa bilir. Ayı
axtarıb mağaranı taparaq içəriyə soxuldu. Qaraca qız sürünə-sürünə özünü
mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb
mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun
qorxusu nahaq idi, çünki indi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də,
onun orada olmasına şad olardı.
İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız
ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə
də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də
ayının vahiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya
yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın
qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-
hürə mağaranm ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan
sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən
ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin
bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq
|