Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə136/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   132   133   134   135   136   137   138   139   ...   196
MİSTER QREYİN KÖPƏYİ

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir daxmada qoca

anası  ilə yaşayırdı.  Bu  gənc,  küçə aktyoru  idi,  Öz  şagirdi  balaca  Sen  O  ilə

bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və

mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.

Bəxti  gətirib  60-70  qəpikdən  çox  qazananda,  o  axşamı,  çörək  və soğandan

əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda "Ana can,

yuy... yuy..." deyə onu səslərdi.

Puan  Qayı  çinlilər  sevərdilər,  lakin  avropalılar  onu  görmək  belə istəməzdilər,

çünki  Puan  Qay  onların  pis  xasiyyətlərini,  məğrurluqlarını,  çinlilərə edilən  zülmü

pontamimi  tərzi  ilə gözəlcəsinə göstərib  xalqı  güldürürdü.  Bunun  üstə Puan  Qay

avropalılar  tərəfindən  neçə dəfə kötək  yemişdi.  Lakin  yenə də onların  təqlidini

çıxartmaqdan saqınmazdı. Ancaq şəhərin Avropa hissəsinə enməkdən çəkinərdi.

Bir  səhər  Puan  Qay  küçədə həsir  salıb,  üst  paltarını  soyunub  oyun  çıxarırdı.

Adamlar  yığılıb  ona  tamaşa  edirdilər.  Bu  zaman mister  Qreyin  aşpazı  bazardan

azuqə alıb evə qayıdırdı. Misterin məhşur köpəyi Bollu da onun arxasınca gəlirdi.

Bu ingilis buldoqu sahibi kimi qayət kinli, dəhşətli bir köpək idi. Bollunun qapdığı

iti  və insanı əlindən  almaq  mümkün  deyildi.  Ta  üstünə su  tökməyincə tutduğunu

buraxmazdı.  Bu  köpək  çinlilərə çox əziyyət verirdi.  Lakin  mister  Qreyin

qorxusundan kimsə onu vura bilməzdi.

Bollu adamların dəstəsinə yaxınlaşdıqda uşaqlar: "Mister Qreyin köpəyi gəlir",

deyə qaçmağa  başladılar.  Böyüklər  də kənara  çəkildilər.  Bu  zaman  Puan  Qay,

arxası  üstə uzanıb  ayaqları ilə Sen  O-nu  tez-tez  yuxarı atıb-tuturdu.  Köpəyin

diqqətini cəlb edən Puan Qayın həsirin üstə ilan kimi uzanan kəkili idi. Sen O onu

gördükdə qışqırdı.  Puan  Qay,  Sen  O-nu  yerə buraxıb  cəld  qalxdı.  Bu  vaxt  köpək

Puan  Qayın  arxalığını qapıb  qaçmağa  başladı...  Puan  Qay  öz  şeylərini  şagirdinə

tapşırıb  köpəyin dalınca  qaçdı.  Küçədən  daş  yığıb  köpəyə atırdı.  Lakin  Bollu

daşların  dəyməyinə baxmayaraq,  arxalığı  dişindən  salmırdı.  Daşın  biri  Bollunun

ayağına bərk dəymişdi. Lakin höcət köpək yenə də arxalıqdan əl çəkmirdi. Küçəni

dönərkən bir Çin polisi onun qabağını aldı:

- Nə üçün köpəyə das atırsan?



Milli Kitabxana

323


- Görmürsənmi, köpək arxalığı aparır...

- Görürəm və köpəyin də mister Qreyin olduğunu bilirəm.

- Deməli, mister Qreyin köpəyi üçün qanun yoxdur...

- Puan  Qay,  özün  də bilirsən  yoxdur,  nə üçün  soruşursan?  Ya  arxalığından əl

çək, ya da cürətin varsa, get misterdən al.

- Gedərəm və arxalığımı  da  alaram, - deyə Puan  Qay  yola  düşdü.  O  daha

qaçmırdı,  ahəstə gedirkən  dərin fikrə dalmışdı.  Böyük  və ulu  vətəninin  azğın,

qudurmuş  imperialistlər  pəncəsi  altında  boğularaq,  sızlayaraq  məhv  olduğunu

düşünürdü:

Bizim  üçün  nicat  yolu  yoxmu?  Hacana  kimi  dörd  yüz  milyonluq  Çin,  vəlişi

avropalılar əlində oyuncaq olacaqdır, - deyə öz-özünə sual verirdi.

- Var,  lakin  biz  biqeyrətlər,  hamımız  inqilabçı  Kanton  ordusuna qarışıb

vətənimizi imperialistlər əlindən xilas etmək əvəzinə, inqilabçıların qarşısına çıxıb

bunlarla  müharibə edirik.  Puan  Qay,  başında belə fikirlər  gəlib  mister  Qreyin

darvazasına  çatdı  və cürətlə içəri girdi.  Bu  zaman  mister  Qrey  balkonda  oturub

qəzet oxumağa məşğul idi. O, itin ayağının Puan Qay tərəfindən yaralanmasından

xəbərdar idi. İndi qəzəbli və səbirsiz onu gözləyirdi.

Mister Qrey başını qaldırıb Puan Qayı gördü və ayağa qalxaraq acıqlı soruşdu:

- Mənim itimi sənmi vurmusan?

- Bəli,  mən vurmuşam.  Arxalığımı  götürüb qaçdı,  mən  də daş  atdım  ki,  yerə

salsın, lakin buraxmadı.

- Sən bilirsənmi ki, ingilis köpəyi tutduğunu buraxmaz?

- Bəli, ingilislərin köpəkləri sahiblərinə oxşamışlar, tutduqlarını buraxmazlar.

- Doğrudur,  sən  üç  böyük  cinayət  etmisən,  ona  görə cəza  alacaqsan.  Birincisi

budur ki, mənim sevgili köpəyim Bollunu yaralamısan...

- Mister,  sizin  papağınızı  və ya  başqa  bir  şeyinizi  köpək  götürüb  qaçsa,  nə

edərsiniz?

- Tapançamı çıxarıb vuraram, yerində qalar.

- Mən ki hələ itinizi öldürməmişəm.

- Sənin  həddin  nədir  ki,  elə iş  edə biləsən.  İkinci,  təqsirin  bax  budur, - deyə

mister Qrey ona bir məktub göstərdi.

- Bu sənin arxalığının cibindən çıxmış, bilirsənmi nədir?!

- Kanton əsgəri dostumdan gəlmiş məktubdur.



Milli Kitabxana

324


- Yalan!  Kommunist  firqəsi  tərəfindən  nəşr  olunmuş proqlamasiyadır,  sən  o

firqənin gizli üzvüsən və oyun çıxarmaq ilə onun fikrini burada yeridirsən.

Bunu eşitdikdə Puan Qay səbir edə bilməyib dedi:

- Elə ki,  siz  imperialistlər  biz  çinlilərlə rəftar  edirsiniz,  axırı  hamımız  ona

gələcəyik. Üçüncü cinayətimi söyləyin.

- Üçüncü cinayət odur ki, izinsiz  mənim  həyətimə girmisən, o qapıda yazılanı

oxumadınmı?

- Xeyr, orada nə yazılmışdır?

- Orada bu yazılmışdır: "Çinlilərə və köpəklərə daxil olmaq yasaqdır".

- Mister o qanunmu?

- Bəli, qanun.

- O qanunu əlahəzrət Corcmu vermiş?

- Sus,  qanmaz  köpək,  onu  mən vermişəm,  hər  bir  ingilisin əmri  siz  vəhşi

çinlilər üçün qanundur.

- Onları verənləri inqilabçı Kanton tezliklə məhv edecək.

Bunu  eşitdikdə qan  mister  Qreyin  başına  sıçradı  və elə bağırdı  ki,  bütün

xidmətçilər səsinə töküldü.

- Bu  köpəyi  alın,  o  uzun  saçından  talvardan  asın,  mən əmr  etmədikcə xilas

etməzsiniz, haydı!..

Zavallı  Puan  Qayı  tutub  talvarın  altına  gətirdilər.  Mister  Qrey  də balkondan

enib oraya gəldi.

- İndi  ayı  kimi  bağırarsan, - deyə "mədəni,  nəcib" Qrey,  Puan Qayı  söyməyə

başladı.

Puan  Qayı  asarkən,  bozarmış  dodaqlarından  bir  kəlmə belə buraxmadı.  Lakin

qanlı  gözlərindən  qəzəb  atəşi  saçılırdı.  Qrey  cənabları  ingilis  "ədalətini"  İcra

etdikdən  sonra  yenə balkona  qalxıb  qəzet  oxumağa  başladı.  Aradan  xeyli  keçmiş

xidmətçi çinli  ona  çay  gətirirkən  Puan  Qayı  azad  etməyini  yadına  saldı.  Mister

saata  baxıb  dedi:  "Hələ iki  dəqiqə qalmış".  Sonra  qəzeti  masanın  üstə qoyub  çay

içməyə başladı.  Hərgah  mister  Qrey  o  zaman  dönüb  xidmətçinin  üzünə bassaydı,

onun baxışında özünə qarşı nifrət əlamətlərini aydın oxuyardı.

Mister  Qrey  çayını  içib  aşağı  endi  və Puan  Qayı  xilas  etməyə əmr verdi.  Onu

azad  etdilər.  Sonra  mister  Qrey  qayçı  gətirtdi  və öz əli  ilə Puan  Qayın o  uzun

saçlarını kəsib ona uzatdı:



Milli Kitabxana

325


- Bunu al, saxla, ta ki, tutduğun cinayəti unutmayasan.

Sonra  emr  etdi  ki,  onun  arxalığını versinlər.  Puan  Qay  illərlə bəslədiyi  saçını

alıb:

- Mister, mən and içirəm ki, heç bir an bu günü unutmayacağam, bu günə kimi



mən inqilabçı  deyildim,  siz  bu  saçları kəsməklə öz əlinizlə məni  inqilabçı

kantonçular  sırasına  göndərirsiniz,  sizə artıqca təşəkkür  edirəm, - deyə Puan  Qay

götürüldü.

Altı  aydan  artıq  idi  ki,  Puan  Qay  Kanton  inqilabçı  ordusunda  şücaətlə dava

edirdi.  İmperialistlərin  ümidi  olan  Şimal  ordusu  Qızıl  Kanton  ordusunun  dəhşətli

hücumları  qarşısında  davam  edə bilməyib əllərində olan  kənd  və şəhərləri

boşaltmağa məcbur olurdu.

Növbə Puan Qayın vətəni Xan Qou şəhərinə çatmışdı. Puan Qay irəlidə gedən

bölüyün sırasında idi. Şəhərə hücum başlandı. Puan Qay qızmış şir kimi müharibə

edirdi. Ən  atəşli  yerə özünü  atırdı.  Şəhərə girən  birinci  Puan  Qay  oldu.  Günorta

olduqda  Xan  Qou  Kanton əsgərləri tərəfindən  alındı.  Lakin  küçələrdə,  ara-sıra

güllə səsi gəlirdi.

Puan Qay, mister Qrey sakin olan küçə ilə evlərinə, anasını yoluxmağa gedirdi.

Birdən  qarşısına  misterin  köpəyi  Bollu  çıxdı.  Sanki  qəza  Puan  Qayın intiqamını

yerdə qoymaq  istəmirdi.  Puan  Qay  cəld  tüfəngi  döşünə alıb  iti  nişanəyə götürdü.

Güllə açıldıqda  köpək  yerə sərildi.  Puan  Qay  gedib  onun  quyruğundan  tutdu  və

sürükləyərək  mister  Qreyin  dərvazası  ağzına  gətirdi.  Misterin  dərvazası,  qapılan,

pəncərələri bağlı idi. Həyətdə, evdə bir insan görünmürdü. Puan Qay kəmərini açıb

itin  başına  keçirdi  və xeyli  çətinlik  ilə dərvazadan  asdı.  Sonra  cib  kitabçasını

çıxarıb  bir  varaq cırdı,  yazdı,  dərvazaya  bənd  etdi.  Sonra  fəxr  ilə oxudu:

"İngilislərə və köpəklərə içəri daxil olmaq qadağandır".

- Mister Qrey! İndi Puan Qayı ölənə kimi unutmazsan, - deyə yola düşdü.




Milli Kitabxana

326



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin